925) Bu helmintlərdən hansı qara ciyərin öd yollarında parazitlik edir?
A) Fassiola
B) Paraqonium
C) Şistosom
D) Nanotiet
E) Bizquyruq
Fassiolanın 2 növü vardır: nəhəng və adi. Nəhəng 7 sm, adi növü isə 3 sm-dir. Yastı yarpaq formasındadır. Fassiola biohelmintdir, xaric olmuş yumurtaların sonrakı inkişafı suda gedir. Yoluxma invazion sürfələrlə baş verir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 67.
926) Hansı zənginləşdirmə üsulunun tətbiqi zamanı helmint yumurtalarını aşkar etmək üçün həm məhlul, həm də çöküntü tədqiq edilir?
A) Çökdürmə
B) Flotasiya
C) Fülleborn
D) Berman
E) Kato
Adları çəkilən üsullardan helmint yumurtalarını aşkar etmək üçün istifadə olunur. Fülleborn üsulunun yerinə yetirilməsi əlverişlidir və ucuz başa gəlir. Məhlul olaraq-doymuş NaCl məhlulu götürülür. Müayinə zamanı dördü məhlulun üst səthindən, ikisi çöküntüdən olmaqla üç əşya şüşəsi üzərində 6 preparat hazırlanır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 174.
927) Buğumunun eni uzunluğundan çox olan, ölçüsü 10-12 metr olan helmint hansıdır?
A) Enli lent qurdu
B) Kiçik lent qurdu
C) Donuz teniyası
D) Exinokokk
E) Öküz teniyası
Enli lent qurdu lentşəkillilərin ən irisidir. Xərçənglər və balıqlar qurdun aralıq sahibidir. İnsan baliq ətini yaxşı bişirməmiş halda yedikdə qurdun sürfələri ilə yoluxur. Insanın bağırsağında yetkin mərhələsi qidalanır. Qurd 10-12 m-dir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76.
Dostları ilə paylaş: |