Vm.h. ilə
|
Susuz NƏ,
%
|
Son NƏ,
%
|
Vurulan mayenin həcmi,
Vm.h. ilə
|
Araqatı-nın həcmi,
Vm.h. ilə
|
Susuz NƏ,
%
|
Son NƏ,
%
|
1
|
Palçıq Pilpiləsi yatağı
|
49,2
|
63,4
|
2,9
|
0,1
|
-
|
79,5
|
1,0
|
0,1
|
-
|
86,5
|
2
|
N/Daşları yatağı
|
50,5
|
65,4
|
2,9
|
0,1
|
-
|
80,7
|
1,0
|
0,1
|
-
|
89,5
|
3
|
Palçıq Pilpiləsi yatağı
|
-
|
-
|
|
0,1
|
62,4
|
79,7
|
1,8
|
0,1
|
66,6
|
86,3
|
4
|
Sanqaçalı.-Duvannı. yatağı
|
-
|
-
|
|
0,1
|
63,0
|
79,2
|
1,8
|
0,1
|
68,1
|
87,1
|
Cədvəldən göründüyü kimi, beşnöqtəli modeldə Palçıq Pilpiləsi və Neft Daşları yataqlarının neftləri dəniz suyu ilə sıxışdırılaraq həm susuz, həm də son neftvermə əmsalları təyin edilmişdir. Bunlar uyğun olaraq Palçıq Pilpiləsi və Neft Daşları neftləri üçün susuz neftvermə əmsalı 49,2 və 50,5, son neftvermə əmsalı isə 63,4 və 65,4 olmuşdur (1-ci, 2-ci sətirlərdə 3 və 4-cü sütunlar). Bu rəqəmlər bir neçə dəfə aparılmış təcrübələrin bir-birindən cüzi fərqlənən nəticələrinin orta qiymətləridir. Bu təcrübələrdə son neftvermə əmsalının alınması üçün modeldən keçən sıxıcı agent olan dəniz suyunun sərfi 2,9 məsamə həcminə bərabər olmuşdur (1-ci, 2-ci sətirlərdə 5-ci sütun).
Həmin təcrübələrin sonunda uyğun olaraq 0,1 məsamə həcmində yuxarıda qeyd olunan qaydada araqatı yaradaraq, qalıq neftin sıxışdırılması prosesi davam etdirilmişdir. Bu vaxt yenidən 1,0 məsamə həcmində dəniz suyu ilə araqatının sıxışdırılması nəticəsində con neftvermə əmsalları artaraq aşağıdakı kimi olunmuşdur: Palçıq Pilpiləsi üçün 79,5, Neft Daşları yatağının neftləri üçün 80,7. Qeyd etməliyik ki, bu rəqəmlər də bir-birindən cüzi fərqlənən, bəzən isə tamamilə üst-üstə düşən nəticələrin orta qiymətidir. Bunlar cədvəldə 1-ci və 2-ci sətirlərin 8-ci sütununda göstərilmişdir.
Üçüncü variantda baxmayaraq ki, hasilat quyularının sayı birinci, ikinci variantla müqayisədə bir ədəd azdır, yenə də həm susuz neftvermə əmsalı, həm də son neftvermə əmsalı kifayət qədər yüksək olmuşdur. Təcrübələr müxtəlif xassələrə və tərkiblərə malik neftlərlə aparılsa da ümumi mənzərə dəyişilməmişdir. Bu onu göstərir ki, üçüncü variantda məsaməli mühitin təsirlə əhatə olunması daha yüksək olduğundan bu halda neftvermə əmsalı da yüksək olmuşdur.
Nəticə olaraq təklif olunur ki, neftvermə əmsalının yüksəldilməsi üçün məsaməli mühitin təsirlə əhatə dairəsinin genişləndirilməsi mühüm şərtdir. Həmçinin bunun üçün quyular arasında korrelyasiya əlaqəsinin öyrənilərək, praktikada kompozisiyalarla laya təsir etdikdə iki quyudan istifadə olunması məsaməli mühitin təsirlə əhatə dairəsinin genişlənməsini təmin edir, xüsusilə bu təsir ekzotermik reaksiyanın nəticəsi olduğu halda çox vacibdir.
Dostları ilə paylaş: |