Şəkil 1. Şəkildəndə gördüyünüz kimi işçi sahə Word və Excel proqramlarından fərqlənir. Pəncərənin ümumi quruluşuna nəzər salaq.
Ənənəvi olaraq pəncərənin yuxarı hissəsi Başlıq sətri adlanır.
Başlıq sətrinin solunda Power Point proqramının kiçik piktoqramı yerləşir, bu piktoqramın yanında isə sürətli müraciət paneli mövcuddur.
Başlıq sətrinin sağ yuxarı hissədə pəncərəni idarəetmə düymələri, bu düymələrin altında isə Lenti gizlətmə nişanı yerləşir.
Başlıq sətrinin orta hissəsində açılmış sənədin adı yazılır, əsas sənəd yeri açılıbsa və ad verilibsə proqram avtomatik olaraq buraya “ Presentation 1” adını yazır. Prezentasiya - (ingilis sözündə götürülüb “presentation”- təqdimetmə deməkdir) – müəyyən mövzuya aid olan rəngli şəkil-slayd toplusudur.
Proqram pəncərəsinin aşağı hissəsində Vəziyyət sətri yerləşir. Vəziyyət sətrinin sol tərəfində Slayd nömrələri hissəsi ( faylın neçə slayddan ibarət olduğu və hansı slaydın aktiv olduğunu göstərir), Tema adı hissəsi (Slayd hazırlayan zaman istifadə olunan temanın adı burada yazılır) və dil hissəsi ( slayd hazırlayarkan istifadə olunan klaviatura dilini göstərir) var. Vəziyyət sətrinin sağ tərəfində isə görünüş düymələri (müxtəlif görünüş rejiminə keçmək üçün), miqyas düymələri və slaydın cari pəncərəyə uyğunlaşdırma düyməsi mövcuddur. Sonuncu düymə mausla sıxıldıqdan slaydın ölçüsü proqram pəncərəsinin ölçüsünə uyğunlaşdırılır.
Təqdimatların hazırlanması. Slaydlarla iş. Word proqramından fərqli olaraq Power Point proqramında işləyən adam xüsusi yaradıcılıq qabiliyyətinə və bədii zövqə malik olmalıdır. Power Point proqramında yaradılan faylları – rəngli şəkillər, səslər, animasiya müşayiət edir. Yaradılan slaydlara kompüterin ekranında baxmaq üçün xüsusi əmrlərdən, geniş auditoriyada baxmaq üçün isə xüsusi proyektorlardan istifadə edilir. Power Point proqramında yeni fayl yaratdıqda açılan dialoq pəncərəsində slaydın müxtəlif növləri (maketləri) təklif olunur. Lazımi maketi seçmək lazımdır. Maket seçildikdən sonra lazımi atributlar (şəkil, mətn, başlıq) daxil edilir. Slayd hazır olandan sonra dizayn işləri aparılır. Yəni mətnin formatlanması, slaydın fon rənginin təyin edilməsi, istifadə olunan şəkillərin ölçüsünü dəyişdirmək, sayını çoxaltmaq, animasiya effektləri vermək, və s.