293) Kəskin eritromiyeloz zamanı sümük iliyinin eritrokariositlərinə hansı müsbət reaksiyalar xasdır? A) Turş sulfatlaşmış mukopolisaxarid
B) Xlorasetatesteraza
C) Hər biri düzdür
D) Lipidlər
E) PAS reaksiya
294) Miyelom xəstəliyinin hansı forması zamanı sternal punksiya informativ deyil? A) Diffuz-ocaqlı formada
B) Hər birində
C) Solitar miyelomada
D) Diffuz formada
E) Heç birində
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
295) Kəskin leykozlar zamanı hemoqrammaya nə xasdır? A) Hər biri
B) Eritrositoz
C) Blastoz
D) Trombositoz
E) Neytrofilez
296) Qeyri-effektiv eritropoez nə vaxt müşahidə olunur? A) Meqaloblast anemiyalarda
B) Kəskin eritromiyeloz zamanı
C) Miyelodisplastik sindrom zamanı
D) Hemolitik anemiyalarda
E) Bütün sadalanan xəstəliklər zamanı
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
297) Xroniki miyeloleykozun geniş mərhələsində sümük iliyinin qan yaranması nə ilə xarakterizə olunur? A) Eozinofillərin sayının artması ilə
B) Miyelokariositlərin çoxalması ilə
C) Hər biri
D) Meqakariositlərin inkşafının artması ilə
E) L/E=20/1 indeksi ilə
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
298) Xroniki miyeloleykoz zamanı neytrofillər aşağıdakı hansı morfoloji və sitokimyəvi əlamətlərə malikdir? A) Hər biri
B) Hüceyrələrin anizositozu
C) Qələvi fosfatazanın aktivliyinin azalması
D) Nüvənin və sitoplazmanın asinxron inkişafı
E) Az və ya çox sitoplazmatik dənəvərlik