1.Dəmir-karbon ərintilərinin hal diaqramının (metastabil) çəkməli,onun xətlərini hərf-lərlə işarə etməli, temperatur və karbonun miqdarının mənasını göstərməli
2.Diaqramın müxtəlif sahələrində olan faza və struktur təşkiledicilərini göstərməli
3.Ərintiləri soyudarkən üfüqi xətləri HJB, ECF və PSK üzrə baş verən reaksiyaları yazmalı
4.Müəllim tərəfindən verilən ərintinin həmçinin tərkibində 0,3 və 1,2% karbon olan ərintilərin soyuma əyrilərini qurmalı və burada gedən struktur və faza çevrilmələrini Gibbsin fazalar qaydasını tətbiq etməklə araşdırmalı
5.Tədqiq olunan ərintilərdə (0,3 və 1,2%C) müəllim tərəfindən verilmiş temperaturlar-da parçalar qaydasını tətbiq etməklə fazaların tərkibini, struktur təşkiledicilərini və onların kütlədə payını (miqdarını) təyin etməli.
6.Yuxarıda göstərilən bəndlərə əsasən iş haqqında hesabat yazmalı