İşin məqsədi. Dəmir-karbon hal diaqramını araşdırmaq,karbonun miqdarından və temperaturdan asılı olaraq ərintini qızdırıb və soyudarkən onda baş verən çevrilmələri, yaranan faza və struktur təşkiledicilərini izah etməkdən ibarətdir.
İşin nəzəri əsasları.Müasir maşınqayırmada tətbiq edilən ən mühim materiallar də-mir-karbon ərintisi olan polad və çuqundur.Bu ərintilərdə strukturun formalaşması prosesi dəmir-karbon hal diaqramına əsasən öyrənilir.Ərintinin xassəsi onun struktu-rundan asılıdır.Odur ki, ərintidə tərkib və temperaturdan asılı olaraq hansı faza və st-rukturun alınmasını bilmək lazımdır.Eyni zamanda ərintinin istismar xassələrini təmin etmək üçün hansı strukturun yaranmasını idarə etmək mümkündür.
Dəmir- Gümüşü ağ rəngli metaldır ,ərimə temperaturu 15390C və sıxlığı 7,86 qr/sm3, temperaturdan asılı olaraq müxtəlif kristallik qəfəsə malikdir.
Kristallaşmada (15390C) əvvəlcə δ-Fe yaranır.Onun kristal qəfəsi həcmi mər-kəzləşmiş kub (HMK) olub (şəkil 5-a), parametrləri a=0,293 nm, (14250C) δ-Fe 15390C-dən 13920C-dək mövcud olur.
13920C-də δ-Fe (HMK) atomlarının qruplaşması nəticəsində üzləri mərkəz-ləşmiş kub (ÜMK) qəfəsli γ-dəmirə çevrilir (şəkil 5-b).γ-Fe qəfəsinin parametri a= 0,365 nm (9500C), sıxlığı (8,0-8,1) qr/sm3 γ-Fe 13920C-dən 9110C-də polimorf çevril-mə baş verir və γ-Fe (HMK) qəfəsi olan α-dəmirə çevrilir.Onun qəfəsinin parametri a=0,286 (200C-də) olub, 9110C-dən mütləq sıfır temperaturunadək dayanıqlıdır.α-də-mir temperaturdan asılı olaraq müxtəlif maqnit halında olur.6580C-dən 9110C-dək (α-dəmir, δ-dəmir və γ-dəmir) paramaqnit, 6580C aşağıda isə ferromaqnit xassəsinə ma-likdir.7680C Küri nöqtəsi adlanır.Paramaqnit xassəli α-dəmirə bənzər β-dəmir deyilir. Dəmirin qızma və soyuma əyriləri isə şəkil 6-da verilmişdir.