Laboratoriya iŞİ N3 DƏMİr-karbon sistemli ƏRİNTİLƏRİn diaqraminin öYRƏNİLMƏSİ



Yüklə 337,5 Kb.
səhifə2/4
tarix14.05.2023
ölçüsü337,5 Kb.
#113444
1   2   3   4
Fe-C sistem.ərinti.hal diaq.öyrən. (1)

böhran temperaturu adlanır.Onu A hərfi və münasib indekslə işarə edirlər(indeksdə sıra nömrəsi göstərilir və temperaturun yüksəlmə istiqamətində artır).Dəmir üçün 2100C-A0, 7270C-A1, 7680C-A2, 9110C-A3, və 13920C-A4 ilə işarə edirlər.
  • Tərkibində (0,01-0,1)% qatışıq olan dəmir aşağıdakı xassələrə malik olurlar.
  • 1.Brinel üzrə bərkliyi - (70-80) HB
  • 2.Dartılmada möhkəmlik həddi - σM.H = (250-250) MPa
  • 3.Nisbi uzanma - δ=(50-55)%
  • 4.Zərbə özlülüyü - KCU+20 = (220-250)kc/sm2
    • Şəkil 6.Dəmirin qızma və soyuma əyriləri
    • Sementit. Sementit dəmirlə karbonun kimyəvi birləşməsi olub, atom quruluşu çox mürəkkəb olan romb şəkilli elementar qəfəslərdən təşkil olunmuşdur. Sementitdə hər bir karbon atomu altı dəmir atomu ilə əhatə olunmuşdurş Odur ki, onun formulası Fe3C şəklində yazılır.Sementitdə atomlararası əlaqə kovalent metallik (Fe-Fe) və ko-valent (Fe-C) halında olub, çox mürəkkəbdir.Sementit metastabil fazadır,temperatur artdıqca onun dayanıqlılığı azalır. 9500C-dən yuxarı temperaturda bir neçə saat müd-dətində dəmirə və qrafitə parçalanır.Sementit bərk (≈800HB) və kövrək (δ=0) olub dartılmada möhkəmlik həddi çox kiçikdir (σM.H ≈ 40 MPa), ərimə temperaturu 12500C, Küri nöqtəsi (A0)- 2100C olub zəif maqnit xassəsi vardır.
    • Qrafit. Qrafit karbonun iki (almaz,qrafit) modifikasiyasından (şəkildəyişməsindən) biri olub, laylı (qatlı) struktur quruluşuna malikdir.Hər bir layda karbon atomları düz-gün altıbucaqlının təpəsində yerləşir.Hər bir atom üç qonşu atomla əhatə olunur. Atomlararası əlaqə möhkəm olub, kovalent, laylar (qatlar) arası əlaqə isə zəif mole-kulyar tiplidir. Qrafitin möhkəmliyi kiçib olub, laylara perpendikulyar istiqamətdə is-tiliyi pis keçirir. Kiçik qüvvə altında o asan laylara ayrılır.Qrafitin ərimə temperaturu 38500C-dir.
    • Qrafitin özünəməxsus quruluşu ona odadözümlülük, yüksək elektrik və isti-lik keçirmə qabiliyyəti, kiçik sürtünmə əmsalı və s kimi qiymətli xassələr verir.
    • Odur ki,qrafitdən reaktiv mühərriklərin, raketlərin müəyyən hissələri hazırla-nır. Eyni zamanda sürtünməyə davamlı hissələrin və yağlayıcı maddələrin hazırlanma-sında da qrafitdən istifadə edilir.Dəmir-karbon ərintilərində qrafit sementitdən fərqli olaraq stabil fazadır.
    • DƏMİR-KARBON HAL DİAQRAMI
    • Dəmir-karbon ərinrilərində karbonun miqdarını dəyişməklə müxtəlif struktur və xassələrə malik ərintilər alınır.Bu ərintilərin halının qrafiki təsvirini dəmir-karbon hal diaqramı göstərir (şəkil 7).Bu diaqram iki şəkildə olur, əgər yüksək karbonlu faza sementit olarsa, onda Fe+ Fe3C sistemli (metastabil) hal diaqramı yaranır.Əgər müəy-yən şəraitdə sementit əvəzinə qrafit kristallaşırsa, bu halda dəmir-qrafit (Fe-C) sis-temli stabil diaqramma yaranır. Bəzən dəmir-karbon ərintilərində çəkilmiş hər iki diaqrama görə öyrənilir. Fe-C ərintilərini yüksək sürətlə soyutduqda kristallaşma sü-rətlə gedərək adətən sementit alınır. Qrafitin əmələ gəlməsi ancaq yüksək karbonlu ərintilərdə onları kiçik sürətlə so-yutduqda müşahidə olunur.
    • Metastabil müvazinət diaqramında kənar ordinatlar təmiz komponentlərə uy-ğun gəlir. GNA-dəmir, KFD-sementiti göstərir (şəkil 7).
    • Şəkil 7.Dəmir-karbon ərintilərinin metastabil müvazinət diaqramı
    • N nöqtəsində aşağıdakı çevrilmə gedir.
    • G nöqtəsində isə aşağıdakı çevrilmə gedir.
    • D nöqtəsi sementitin ərimə temperaturunu (12500C) göstərir.
    • Fe-Fe3C sistemində dəmir və karbonun maye məhlulundan ibarət maye faza (L) və dörd bərk faza -δ-ferrit, γ-austenit, α-ferrit və Fe3C olur. Ferrit (F) HMK qəfəsə malik olub, karbonun δ-dəmirdə (δ-Fe) və ya α-dəmirdə (α-Fe) daxilə çəkilmiş bərk məhluluna deyilir. Ferrit yük-sək və aşağı temperaturlu olmaqla diaqramda AMH və GPQ xətlərindən solda yerləşir (şəkil 8).δ-dəmirdə karbonun həll olma həddi 0,1% (14990C), α-dəmirdə isə 0,02% (7270C) təşkil edir.Austenit (A) karbonun γ-dəmirdə daxilə çəkilmiş bərk məhlulu olub, ÜMK qəfəsə malikdir.Diaqramda austenit bir faza-lı NJESG xətləri ilə əhatə olunmuş sahədə yerləşir.
    • Karbonun austenitdə maksimum həllolma həddi 2,14% (11470C E nöqtəsi). Diaqramda ABSD xətti maye ərintidən (L) kristalların ayrılmasının başlanğıcını gös-tərir və
      Yüklə 337,5 Kb.

      Dostları ilə paylaş:
    1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin