likvidus xətti adlanır. AHJECF xətti kristallaşmanın sonunu göstərib solidus xətti adlanır.
Diaqramın ikifazalı sahələrində aşağıdakı fazalar müvazinətdədir.
HJN - ferrit və uastenit kristalları,
JBCE - maye məhlul və austenit kristalları,
CDF - maye məhlul və sementit,
SECFK - austenit və sementit kristalları
QPSKL - ferrit və sementit kristalları
Diaqramdakı üfüqi xətlər ərintiləri üç fazalı müvazinət halına uyğun gəlir. Tərkibində 0,1%-dən 0,51%-dək karbon olan ərintilərdə 14990C-də HJB xətti üzrə pe-ritektik çevrilmə gedir.Ferrit kristalları (δ) onu əhatə edən maye məhlulla (L) əlaqədə olub, yeni bərk məhlul-austenit (A) əmələ gətirir. Bu reaksiya aşağıdakı kimi olur.
Diaqramda HJB peritektik xətti, J nöqtəsi peritektik nöqtəsi, austenit isə pe-ritektika məhsuludur.Tərkibində 0,16%C olan ərintidə ilkin fazalar (L+δ) elə nisbətdə-dir ki, peritektik reaksiya nəticəsində onlar ta-mamilə γ-bərk məhlula çevrilir. Tərki-bində 2,14%-dən 6,67% karbon olan ərintilərdə 11470C-də ESF xətti üzrə evtektik çevrilmə baş verir. Tərkibində 4,3% C olan maye ərintidən eyni zamanda austenit və sementit kristalları ayrılaraq evtektik qatışıq yaradır. Evtektika reaksiyası isə aşağıdakı kimi yazılır.
Alınan iki fazanın (A+S) evtektik qatışığına ledeburit deyilir. Tərkibində 2,14%-dən 4,3%-ə qədər karbon olan ərintiyə evtektikaya qədərki, 4,3% karbon olan ərintiyə evtektik, 4,3%-dən 6,67%-ə qədər karbon olan ərintiyə isə, evtektikadan son-rakı ərintilər deyilir.
Diaqramda AHN xətti karbonun δ-dəmirdə GPQ isə α-dəmirdə həllolma həd-dini göstərir. Karbonun konsentrasiyası 7270C-də 0,02%P nöqtəsi, 6000C-də 0,01%Q nöqtəsi, 200C-də isə 10-7% karbon təşkil edir.
Ferrit GPQ xəttindən solda doymamış GPQ xəttində isə doymuş bərk məh-luldur. Diaqramda PQ xəttindən sağda yerləşən ərintiləri soyutduqda 7270C-dən aşağı-da ifrat doymuş ferritdən karbon ayrılaraq, ferrit dənələrinin sərhədlərində tor şəklində üçüncü sementit (SIII) yaranır.
ES-xətti temperaturdan asılı olaraq austenitlə karbonun həllolma miqdarını (austenitin karbonla doymasını) göstərir.Karbonun həllolma miqdarı E nöqtəsində (11470C) maksimum olub, 2,14%-dir. Temperaturun azalması ilə karbonun həllolması azalaraq S nöqtəsində 0,8%-ə çatır.
Şəkil 8. A) Fe-C hal diaqramı B) I və II ərintilərini soyudarkən gedən faza çevrilmələr