1. Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi



Yüklə 69,46 Kb.
səhifə1/18
tarix22.05.2022
ölçüsü69,46 Kb.
#58971
  1   2   3   4   5   6   7   8   9   ...   18
C fakepathC fakepathC fakepathDiaq mühaz.


1.Texniki diaqnostikanın əhəmiyyəti və məqsədi
Texniki diaqnostika yeni elm sahəsi olub, son 10 illiklərdə müasir texnikanın tələblərinə uyğun olaraq yaranmışdır. Elektrik enerjisinin istehsalı, ötürülməsi və istifadəsi prosesində tətbiq olunan bahalı texniki sistemin təhlükəsizliyinə, arakəsilməz iş qabiliyyətinə, davamlığına olan tələblər bu sistemin etibarlığının əsas meyarıdır. Texniki diaqnostika texniki sistemin vəziyyətini müəyyən edən element olub diaqnostik informasiyanın alınması və qiymətləndirilməsi problemlərlə bağlıdır. Diaqnostika termini yunanca “tanınma, müəyyən olunma” deməkdir. Texniki diaqnostikanın məqsədi diaqnoz alınan avadanlığın istismar imkanlarının müəyyənləşdirilməsidir. Qoyulan məqsədə çatmaq üçün texniki diaqnostikanın məsələləri həll olunmalıdır. Onlar aşağıdakılardır: qüsurların aşkarı, onların səbəbləri və buna əsasən avadanlığın texniki vəziyyətinin müəyyən olunması, texniki vəziyyətin proqnozlaşdırılması və qalıq resursun təyini.
2. İmtinaların növləri və səbəbləri
Texniki sistemin və yaxud onun ayrı-ayrı elementlərinin texniki sənədlərlə müəyyən olunmuş tələblərə uyğun gəlməməsi qüsur adlanır. Yerləşməsindən asılı olaraq qüsurlar daxili(gizli) və xarici qüsurlara bölünür. Xarici qüsurlar vizual(gözlə) olaraq aşkar olunur, gizli qüsurlar isə diaqnostika nəzarət üsulları ilə təyin edilir. Əmələgəlməyə görə qüsurlar istehsalat və istismar qüsurlarına bölünür. İstehsalat qüsurları texnoloji olaraq hazırlanma zamanı əmələ gələ bilər. Belə qüsurlar adətən avadanlığın işlənməsinin ilkin mərhələsində özünü büruzə verir, istismar qüsurları isə avadanlıq bir qədər işlədikdən sonra onun işlənib yeyilməsi, “yorğunluğun” yığılması, digər zədələrdən və həmçinin təmir və texniki qulluğun düzgün aparılmaması nəticəsində əmələ gəlir. Təcrübə göstərir ki, zədələrin və qüsurların aşağıdakı əsas səbəbləri var: yol verilən parametrlərdən kənara çıxma zamanı avadanlığın elementlərində əmələ gələn çatlar, dağılmalar və deformasiyalar; səthlərin bir-birinə nəzərən sürtünməsi nəticəsində əmələ gələn mexaniki köhnəlmə; materialların xassələrinin müəyyən müddət keçdikdən sonra və istismar faktorlarının təsiri nəticəsində deqradasiyası(köhnəlməsi); metalların korroziyası.
Təhlükə dərəcəsinə görə qüsurlar kiçik, əhəmiyyətli və az əhəmiyyətli qüsurlara bölünür. Kiçik qüsurlar mövcud olduqda(avadanlığın nasaz vəziyyəti) aqreqatı istifadə etmək mümkün olmur və yaxud təhlükəsizlik tələbləri buna yol vermir. Aqreqatın məqsədəuyğun işlədilməsinə və uzunömürlüyünə təsir edən qüsurlar əhəmiyyətli qüsurlar adlanır. Az əhəmiyyətli qüsurlar nə aqreqatın məqsədəuyğun istifadəsinə, nə də onun uzunömürlüyünə bir o qədər təsir etmir. Yol verilən qüsurların növü və onların göstəriciləri normativ sənədlərdə göstərilir.

Yüklə 69,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin