Landşaftların dayanıqlığının öyrənilməsi landşaftşünaslıq elminin ən aktual problemlərindən biri olmaqla təbiətin səmərəli dəyişdirilməsi və optimallaşdırılması məsələləri ilə sıx bağlıdır. Təbii landşaftlardan optimal istifadə olunması onların təbii potensialına əsaslanır ki, bu da öz növbəsində dayanıqlıq səviyyəsindən asılıdır. Məhz landşaftların dayanıqlıq səviyyəsindən asılı olaraq antropogen yükün həcminin düzgün müəyyənləşdirilməsi şəraitində landşaftlardan səmərəli istifadə etmək və onların ekoloji tarazlığını saxlamaq mümkündür.Landşaftların dayanıqlığı dedikdə xarici təsirlərə qarşı onların öz strukturunu və optimal fəaliyyətini saxlama qabiliyyəti nəzərdə tutulur. Müxtəlif antropogen təsirlərə qarşı landşaftların dayanıqlığı onların uzunmüddətli inkişafı prosesində qazandığı təbii dayanıqlıq səviyyəsi ilə ölçülür. Uzunmüddətli inkişaf yolu keçmiş landşaftların komponentlərarası əlaqələri daha sıx və möhkəm olur. Buna görə də landşaftların təbii dayanıqlıq səviyyəsi həm də onların yaşından asılıdır.Düzənlik və dağlıq landşaftların dayanıqlıq səviyyəsi fərqli olub müxtəlif amillərin və proseslərin təsiri altında formalaşır. Düzənlik ərazilərin litogeomorfoloji şəraiti dağlara nisbətənzəif dinamikliyi ilə seçilir və burada landşaftların dayanıqlığı əsasən akkumulyasiya prosesinin təsiri altında formalaşır.Düzənlik landşaftların dayanıqlıq səviyyəsi əsasən qrunt sularının səviyyəsi və minerallaşma dərəcəsi, təbii drenajın vəziyyəti ilə müəyyən olunur. Zəif təbii drenaja malik və yüksək dərəcədə mineralaşmış qrunt sularının təsiri altında formalaşan hidromorf landşaftların dayanıqlığı çox aşağı olur.Dağlıq landşaftlarının dayanıqlıq səviyyəsini müəyyənləşdirərkən onların dinamiki xüsusiyyətləri təhlil olunmalı, geomorfoloji proseslərin intensivliyi nəzərə alınmalıdır. Geomorfoloji proseslərin xüsusiyyətləri və landşaftların yaşı qarşılıqlı Şəkildə təhlil edilməklə dağlıq landşaftların təbii dayanıqlıq səviyyələri müəyyənləşdirilmişdir (Şəkil 2). Dayanıqlıq səviyyəsinə görə dayanıqsız, zəif dayanıqlı, mülayim dayanıqlı və dayanıqlı landşaft qrupları ayrılmışdır.Dayanıqsız landşaftlar əsasən yüksək dağlıq landşaft- ekoloji qurşağında geniş sahə tutur. Bu qurşaqda landşaftın geomatik komponentləri öz ekstremallığı ilə seçilir. Burada landşaftın litogen əsası yüksək dinamikliyi ilə fərqlənir. Geomorfoloji proseslərin intensivliyinin yüksək olması (qravitasiya, eroziya, solüflüksiya və s.) litogen əsasın çox dinamiki səciyyə daşımasını şərtləndirən əsas amildir. Digər tərəfdən bu landşaft-ekoloji qurşaq öz iqliminin çox sərt olması ilə də seçilir. Dinamiki litogeomorfoloji əsas üzərində sərt iqlim şəraitində sabit bitki qruplaşmaları formalaşa bilmir. Buna görə də landşaftın biotik komponentləri bu qurşaqda çox dayanıqsız olur. Nəticədə burada formalaşan müxtəlif landşaft vahidləri öz dayanıqsızlığı ilə seçilir. Bu qurşağın əksər hissəsində biotik komponentlər çox zəif formalaşdığından və ya heç inkişaf edə bilmədiyindən landşaftlar litomorf xarakter daşıyır ki, bu da onların dayanıqsız olmasının əsas təzahürlərindəndir. Bu qurşaqda formalaşan landşaftlar həm də yaş baxımından çox cavandır ki, bu da onların dayanıqsız olmasını şərtləndirən əsas amillərdən biridir. Arid və optimal landşaft - ekoloji qurşaqlarda dayanıqsız landşaftlar dinamiki ekzogen relyeflərdə (ufanti konusu, uçurum, arid-denudasiya, sel gətirmələri) lokal səviyyədə tala şəklində yayılmışdır.Zəif dayanıqlı landşaftlar dağ-çəmən və dağ-meşə qurşaqlarında yüksək dərəcədə parçalanmış relyefi ilə seçilən dağ yamaclarında dinamiki litogeomorfoloji özül üzərində formalaşmışdır. İqlim şəraitinin o qədər də sərt olmasına baxmayaraq landşaftların litogen əsasının dinamiki olması burada zəif dayanıqlı fitosenozların yaranmasına səbəb olmuşdur.Yastı düzənliklərin çala-çəmən-bataqlıq landşaftları və şoranlıqları da dayanıqsız olması ilə seçilir. Yarımsəhra iqlimi şəraitində qrunt sularının səviyyəsi və minerallaşma dərəcəsinin dəyişkən olması onların dayanıqsızlığmm əsas amilləridir.Mülayim dayanıqlı landşaftlar orta və alçaq dağlıq qurşaqda geniş ərazidə formalaşmışdır. Nisbətən zəif parçalanmış, az meyilli dağ yamaclarında geomorfoloji proseslərin, o cümlədən yamac proseslərinin zəifləməsi ilə əlaqədar olaraq burada landşaftın litogen əsasının dinamikliyi xeyli dərəcədə azalır. Mülayim-isti iqlim şəraitində zəif dinamikliyi ilə seçilən geomorfoloji özül üzərində nisbətən dayanıqlı bitki qruplaşmaları inkişaf edə bilmişdir. Landşaftın geomatik komponentləri ilə biotik elementləri arasındakı münasib uyğunlaşma şəraitində landşaftların inkişafında, fəaliyyətində nisbi dinamiki tarazlıq yaranır. Bu qrupdakı landşaftların yaşının nisbətən qədim olması da onların dayanıqlıq səviyyəsini artıran əsas amillərdən biridir.Dayanıqlı landşaftlar əsasən optimal landşaft-ekoloji qurşaqda, qismən də arid qurşaqda formalaşmışdır. Burada geomorfoloji proseslərin intensivliyinin çox zəif olması ilə seçilən nisbətən hamar relyef formalarının dinamikliyi olduqca azdır. Litogen əsasın olduqca zəif təzələnməsi şəraitində formalaşan bitki qruplaşmaları dayanıqlı ekoloji tarazlığı ilə seçilir. Mülayim-isti iqlim şəraitində zəif dinamiki relyef formalarında - düzəlmə səthləri, qədim terraslar və gətirmə konuslarında dayanıqlı meşə, meşə-çəmən-çöl landşaftları28inkişaf etmişdir. Paleolandşaft təhlilinin nəticəsi göstərir ki, bu qrup landşaftların müasir strukturu aşağı-orta dördüncü dövrdən formalaşmağa başlamışdır. Nisbətən sabit strukturla uzun inkişaf yolu keçməsi bu qrup landşaftların dayanıqlığının əsas təzahürlərindən biridir.Dağlıq landşaftların dayanıqlıq səviyyəsi dağətəyindən yüksəkdağlığa doğru azalır ki, bu da həmin istiqamətdə geomorfoloji proseslərin intensivliyinin və lito-geomorfoloji əsasın dinamikliyinin artması, habelə landşaftların cavanlaşması ilə bağlıdır.Ətraf təbii mühitlə ekoloji tarazlıq vəziyyətində olan düzənlik və ya dağlıq landşaftları dayanıqlı olması ilə seçilir. Təbii dayanıqlığı yüksək olan landşaftların antropogen təsirlərə qarşı davamlığı da yüksək olur. Belə landşaftlardan təbii potensial çərçivəsində istifadə edildikdə ekoloji tarazlıq qorunub saxlanılır.