Mazutların sisternlərdən yüksək tezlikli qızdırılma ilə boşaldılması metodu. Bu metod infraqırmızışüalar selinin sisternin səhtinin üzərinə düşməsinəəsaslanır.İnfraqırmızışüalar sisternin metal səthi üzərinə düşərək onu qızdırır.Metal səthdən ötürülən istilik sisterndəki mazutun sərhəd təbəqəsini qızdıraraq,boşaldılma zamanı onun isti səth üzrə sürüşərək axmasını təmin edir.Xarakter etibarı ilə bu metod “buxar köynəyi” və elektroinduksiya metodundan fərqlənmir.Burada da mazutun boşaldılması zamanı onun bütün həciminin qızdırılmasına ehtiyac duyulmur.Ətraf mühitə istilik itkisi yoxdur.
Şəkil 10.20-də mazutların sisternlərdən yüksək tezlikli qızdırılma ilə boşaldılması sxemi verilmişdir.
Qızdırıcının əsasını alüminium və ya polad borulardan təşkil olunmuş karkas (1) təşkil edir.Karkas qövs şəkilində hazırlanır. (şəkil 10.20 a) . Qövslərin radiusları sisternin radiuslarına uyğun olur. Karkas nazik qatlı polad örtüklə (2) örtülmüşdür. Örtüyün üzərində cilalanmış alüminiumdan hazırlanan əksetdirici reflektorlar (3) yerləşdirilir.(4) infraqırmızışüalandırıcılar isə reflektorun mərkəzinə bərkidilmişdir.Qızdırıcının uzunluğu 3m, hündurlüyü 2,5m-dir.
Şəkil 10.20.Mazutların sisternlərdən yüksək tezlikli qızdırılma ilə boşaldılması sxemi.
a)qızdırıcının elementi;1-karkas;2-qoruyucu örtük;3-reslektor;4-infraqırmızışüalandırıcı:
b)asma qızdırıcılar;1-relslər arasında yerləşən kanal;2-sistern;3-qızdırıcı;4-sisternin qabariti; 5-qızdırıcının işlək olmayan vəziyyəti;6-elektrik tal (qaldırıcı qurğu);7-monorels;8-estakada; 9,10,11-müxtəlif tutumlu vaqonların qabaritləri;12-pilləkan;13-keçid sahəsi;14-infraqırmızıəksetdiricilər;15-boşaldıcı quruluş:
c) taxma qızdırıcılar.
Şəkil 10.20-də qızdırıcı (3) sisternin (2) üzərində asılmışdır.İki qızdırıcı bir- birinəşanir vasitəsilə bağlanaraq,taldan (6) asılır.Tal da (7) relsi üzrə hərəkət edir.Sistem olmadıqda tal qızdırıcını yuxarı qaldırır.Mazutun boşaldılmasına nəzarət üçün (8)estakadası və (13) sahəsi fəaliyyət göstərir.Sisternin qapağını açmaq üçün (12) pilləkanından istifadə edilir.Boşaldıcı quruluş (15) iki ədəd infraqırmızıəksetdirici (14) ilə rəchiz edilmişdir.
Bu metodda istismar xərci azdır.Mazut nəmlənmir.Buxar sərfi yoxdur.
Bu metoddan sisternlərin təmizlənməsindən də istifadə etmək məqsədə uyğundur.