Mazutların sisternlərdən qapalı iostixanalarda qızdırılma ilə boşaldılması. Hal-hazırda qapalı istixanalarda mazutların sisternlərdən qızdırılma ilə boşaldılması kombinə edilmiş metodla icra edilir.Bu metodla sisternlərin qızdırılması həm şüalanma, həm də konveksiya ilə aparılır.İstixana boyu yerləşdirilən buxar borularına verilən buxar,boruları qızdırır və sisternlərəşüalanma ilə istilik verir.Digər tərəfdən də istixanaya verilən isti hava da sirkuliyasiya edərək,öz istiliyini sisternlərə verir.Şəkil 10.17-də Mazutların sisternlərdən qapalı istixanalarda qızdırılma ilə boşaldılmasının sxemi göstərilmişdir.
İstixananın işçi kamerasının hər iki tərəfində buxar ekranı yerləşdirilir.Buxar ekrana verildikdə ekran qızır vəətrafa şüalanma ilə istilik verilir.Digər tərəfdən kamerada isti hava vuran kalorifer yerləşdirilir.Relslər arasında qızdırıcı borularla təchiz olunmuş kanal yerləşir ki,sisternlərdən boşaldılan mazut bu kanal vasitəsilə yeraltıçənlərə doğru axıdılır.İstixana buxarın və havanın sərfini və parametrlərini ölçən aparatlarla təchiz olunur.
Sisternlərin boşaldılması və təmizlənməsi yay aylarında təxminən, 1,7 saat,qış aylarında isə 3,7 saata qədər çəkir.Mazutların sisternlərdən boşaldılması və təmizlənməsinə sərf olunan vaxt aşağdakı empirik düsturla təyin edilir.
τ=4,5e0,04t τ-boşaldılma və təmizlənmə müddəti,saat;t-divara yaxın layda mazutun temperaturu,0C
Şəkil 10.17.Mazutların sisternlərdən qapalı istixanalarda qızdırılma ilə boşaldılması.
2-istixana;3-dəmir yolu xətti (relslər);4-yeraltı kanal;5-şüa verən buxar ekranları;6-isti buxar hasil edən qurğu;7-soplo;8-havanın istixanadan çıxışı.
İstər şüalanma,istərsə də,konveksiya üsulunu bu metodda ayrı-ayrılıqda tədbiq etmək məqsədə uyğun deyil.Beləki,yalnız şüalanma ilə istilik verildikdə,sisternlərin böyür hissələri hədsiz qızır ki,bu da texniki qaydalara ziddir.Yalnız konveksiya üsulu ilə istilik verldikdə isə isti havanın 60-650C qiymətlərində sistern tam boşalmır və yaxşı təmizlənmir.İsti havanın yuxarı qiymətlərində isə sisternlərin tormoz sistemləri sradan çıxır.
İstixanalarda sisternlərin buraxılabilən həddən artıq qızdırılmasını təmin etmək üçün orada qızmaya təsir göstərən texnoloji parametrlərə nəzarət edən aparatlar yerləşdirilir. Bundan başqa buraxılabilən həddən qızmanın qarşısını almaq üçün istixanada soyuducu və qoruyucu qurğular nəzərdə tutulur.Sisternlərin soyudulmasıüçün sudan istifadə qadağandır.Sisternlər işçi zonaya verilməmişdən tormoz sistemində olan hava boşalmalıdır.
Açıq buxar metoduna görə bu metodun üstünlükləri var:mazutun qızdırılması
müddəti azalır,mazut nəmlənir,İES-dəki mazut ehtiyatı təxminən 5% artır,qızdırılma üçün işçilərin sayı azalır.