Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya işi giriş, ədəbiyyat
icma
lı, tədqiqatın material və medodları, nəticələr və onların müzakirəsini
özünd
ə əks etdirən 3 fəsil, nəticələr və istifadə edilmiş ədəbiyyat siyahısından
ibar
ət olmaqla ümumi həcmi 74 səhifədə cəmlənmişdir. Dissertasiya işinin
yazılışında 89 ədəbiyyata (onlardan 1-i azərbaycan, 3-ü türk, 1-i rus və 84-ü ingilis
dilind
ədir) istinad edilmiş, 7 cədvəl və 10 şəkil verilmişdir.
10
I FƏSİL
1.
ƏDƏBİYYAT İCMALI
1.1. Serotonin hormonunun k
əşfi
1930-cu ill
ərdə İtalyan farmakoloqu Vittorio Erspamer dovşanlar,
qu
rbağalar da daxil olmaqla müxtəlif növlərin dərilərində və bağırsaq
kanallarında aşkar olunan müxtəlif amin maddələrinin, saya əzələdə yığılma və
ya daralma xüsusiyy
ətləri ilə maraqlanmışdır. Onu maraqlandıran maddə
bağırsaqda enteroxromaffin hüceyrələrində aşkar olundu [84]. 1937-ci ildə
Erspamer Vialli il
ə birlikdə dovşanların mədəsinin selikli qişasından, xüsusilə
onun enteroxromaffin hüceyr
ələrindən alınan ekstraktdan bilinməyən bir
madd
əni izolyasiya etdi [26]. Bəziləri belə fərz edirdi ki, bu yalnız adrenalindir,
ancaq iki il sonra Erspamer,
flüoressensiya metodlarından istifadə edərək aşkar
edil
ən bu maddənin əvvəllər bilinməyən bir amin qrupuna malik olan katexol
tör
əməsi olduğunu göstərə bilmişdir. 1938-ci ildə Erspamer, onun mədə-
bağırsaq traktındakı mənbəyinə görə və kimyəvi tərkibinə görə amin
olduğundan, aşkar olunan maddəni "enteramin" olaraq adlandırmışdır [68].
Serotoninin k
əşf edilməsində böyük rola malik olan alimlərdən biri də Irwin
Page
olmuşdur. O, qandakı endogen daraldıcı faktorların varlığı ilə, ən yaxşı
şəkildə hipertenziyanın izah edilə biləcəyini hiss etmişdir. Lakin, qanda belə bir
faktorun mövcudl
uğu üçün tədqiqat aparıldığında, qan laxtalanana qədər başqa
bir madd
ə istehsal olunduğu aşkar edilmişdir. Hipertenziyanı yaradan faktor
üz
ərində hər hansı bir irəliləyiş əldə etmədən əvvəl, bu serum maddəsinin qan
komponentl
ərindən çıxarılmasının lazım olduğunu anlayan Dr. Page tərəfindən
çox qabiliyy
ətli üzvi kimyaçı Maurice Rapport və eyni dərəcədə təcrübəli,
biokimyaçı Arda Green işə götürüldü.
Maurice Rapport t
ərəfindən 5 mərhələli proses ilə (zülalların etanol ilə
çökdürülm
əsi, duzların asetonla çökdürülməsi, inaktiv maddələrin xloroform
11
ekstraksiyası, aktiv maddənin butanol ekstrasksiyası və nəhayət, diliturik turşu
presipitasiyası) çox az miqdarda daraldıcı təsirə malik olan maddə izolyasiya
olunmuşdur. 1948-ci ilin iyununda, qismən təmizlənmə ilk dəfə olaraq "Biological
Chemistry
" jurnalında nəşr olunmuşdur [66]. Dr. Rapport izolyasiya üzərində
işlərini davam etdirdi. O, əlavə iki mərhələ ilə (digər həll olan maddələrin
uzaqlaşdırılması üçün aseton ilə çökdürmə və metanol ekstraksiyası) incə,
romb
şəkilli, solğun sarı kristalların alınmasına nail olmuşdur. Bu iş 24 sentyabr
1948-ci ild
ə “Science”-də çap olunmuşdur [65]. Lakin, kimyəvi strukturu hələ də
m
əlum olmamışdır. 1948-ci ilin payızında Maurice Rapport, Kolumbiya
Universitetind
ə vəzifəsini yerinə yetirmək üçün Cleveland Klinikasından ayrılmış
v
ə serotonin üzərində işlərini dayandırmışdır. Lakin, vədinə baxmayaraq, o,
struktur axtarışını dayandıra bilməmişdir [84].
N
əhayət, 1949-cu ilin may ayında, serotoninin strukturu 5-hidroksitriptamin
olaraq t
əyin olundu. Serotoninin uyğun hala gətirildiyi 1951-ci ilə qədər, dr.
Rapport, ilk araşdırma üçün sintetik Upjohn Pharmaceutical və Abbott
laboratoriyalarındakı kimyaçılarla əməkdaşlıq etmişdir. Bu, serotonin tədqiqatı
üçün böyük bir
sıçrayış idi və bu vaxta qədər serotoninin fizioloji təsirlərini
öyr
ənmək üçün yeganə yol, Green və Rapport-un Cleveland Klinikasında etdiyi
kimi serumdan t
əcrid edərək olmuşdur. 1951-ci ildə Maurice Rapport tərəfindən
t
əklif edilən bu maddənin strukturu kimyəvi sintez ilə təsdiqlənmişdir. 1951-ci ilə
q
ədər serotoninin təcrid olunmuş və sintez olunmasına baxmayaraq, hələ də
onu
n funksiyası məsələsi aydınlaşdırılmamış qalmışdır [84].
Serotonin tarixind
əki növbəti böyük irəliləyiş, onun beyində kəşf olunması
olmu
şdur. 1951-ci ildə Betty Mack Twarog, Mytilus-da daraldıcı neyrotransmitter
olaraq asetilxolini t
əsbit etmiş, lakin rahatlaşdırıcı neyrotransmitter isə təyin
etm
ək mümkün olmamışdır. Cleveland Klinikasından serotonin haqqında olan
m
əqalələr Twarog-un diqqətini cəlb etdi. Lakin, serotonin yalnız məməlilərin
serumunda aşkar olunan damardaraldıcı maddə idi və neyrotransmitter kimi hər
12
hansı bir funksiyaya malik olacağına inanmaq üçün heç bir əsas yox idi. Eyni
ild
ə, Erspamerin məqalələri, meduzaların tüpürcək vəzlərində enteramin
old
uğunu və bu maddənin molyusk ürəyini həyəcanlandıra biləcəyini göstərdi.
Betty Twarog v
ə John Welsh tüpürcək sekresiyalarında neyrotransmitterlərlə
əlaqəli toksinlərin olması qənaətinə gəldilər. Beləliklə, enteramin "tutmağı"
inhibir
ə edən bilinməyən neyrotransmitter ola bilər. Qısa müddətdən sonra,
serotonin v
ə enteramin eyni maddə olaraq təyin olunduqdan sonra Dr. Twarog
v
ə Welsh, Abbott Laboratoriyalarından serotonin tələb etdi və bununla da,
bilinm
əyən neyrotransmitterin həqiqətən serotonin olduğu sübut olundu [84].
Ümumiyy
ətlə, 1952-ci ilədək enteramin elmi ədəbiyyatda nisbətən daha geniş
istifad
əyə malik idi. 1952-ci ildə enteramin və serotoninin eyni maddə olduğu
sübut edildi [67]. 1953-cü ild
ə isə neyrofizioloqlar Irvine Page və Betty Twarog
baş beyində serotonin aşkar etdilər [78].
1.2. Serotoninin sintezi v
ə metabolizmi
Serotonin orqanizmin müxt
əlif toxumalarında sintez edilə bilən bioloji aktiv
madd
ədir. Insan orqanizmində aşkar olunan serotoninin ümumi miqdarının 80%-
ə qədəri bağırsaqdakı enteroxromaffin hüceyrələri tərəfindən sintez olunur və
bağırsaq hərəkətliliyinin tənzimlənməsində mühüm rol oynayır. Mərkəzi sinir
sistemind
ə sintez olunan 20% serotonin isə əhval-ruhiyyənin, iştah və yuxunun
t
ənzimlənməsi ilə yanaşı, hafizə və öyrənmə ilə də sıx əlaqədardır [59].
Serotonin struktur olaraq monoamin qrupuna daxildir v
ə triptofanın
hüceyr
ədaxili katabolizm məhsullarından biridir. Orqanizmdə katabolizmə
uğradılan triptofanın 1%-ə qədərindən serotonin sintez edilir [1]. Serotonin
triptofan ami
n turşusundan 2 mərhələdən ibarət olan reaksiya vasitəsilə sintez
olunur. İlk mərhələ triptofan hidroksilaza fermenti (TPH, EC 1.14.16.4) ilə,
ikinci m
ərhələ isə aromatik amin turşu dekarboksilaza fermenti (AADC, EC
13
4.1.1.28) il
ə kataliz olunur [59]. Əvvəlcə triptofan katabolizm prosesində
oksidl
əşərək 5-hidroksitriptofana, bundan sonra isə dekarboksilləşmə yolu ilə 5-
hidroksitriptamin
ə (serotonin) çevrilir [1].
Şəkil 1.1. Triptofan amin turşusundan serotoninin biosintezi
Triptofan hidr
oksilazanın müxtəlif genlər tərəfindən sintez edilən, tph1 və
Dostları ilə paylaş: |