Logistika anlayışı və onun qısa tarixi Logistikanın tarixi inkişaf mərhələləri Logistikanın inkişafını şərtləndirən amillər



Yüklə 2,96 Mb.
səhifə4/10
tarix07.01.2024
ölçüsü2,96 Mb.
#205518
1   2   3   4   5   6   7   8   9   10
M-vzu-11

Dördünjü mərhələ – logistikanın perspektiv inkişaf və tətbiq mərhələsi adlanır. Xüsusi olaraq bu faza bazar iqtisadiyyatı ilə inkişaf edən ölkələr üçün daha xarakterikdir. Dördüncü mərhələ istehsal, təchizat, satış və istehlak proseslərinin hər birinə kompleks yanaşmaqla inteqrativ logistik

sistemlərin tam qurulmasını nəzərdə tutur. Təşkilati baxımdan bu öz əksini elm-istehsal birlikləri, korporasiyalar, konserinlər və assosiasiyaların sahələrarası və sahədaxili strukturunun yaradılmasında təzahür etdirir.


Logistika sahəsində bir sıra nəzəri problemlərin həlli məhz bu dövrə təsadüf edir. Belə ki, məhsulların xidmət müddəti ərzində çəkilən xərclərin maksimum azaldılması üçün «logistik konsepsiya» anlayışı məhsulların həyat dövranının bütün mərhələləri daxil edilməklə (məhsulların layihələşdirilməsi mərhələsindən başlamış onun təkrar xammal və ya tullantıya çevrilməsi mərhələsinə qədər) daha da genişləndirildi.
Müasir iqtisadi şəraitdə logistika, respublikamızda istər nəzəri, istərsə də praktiki baxımdan kifayət qədər geniş inkişaf etməmişdir. Bu, əgər bir tərəfdən ölkənin bazar iqtisadiyyatına keçməsi, iqtisadi sahələrdə aparılan struktur islahatları ilə əlaqələndirilirsə, digər tərəfdən məqsəd bazarlarında müstəqil və sərbəst fəaliyyət göstərməyə tam şəkildə uyğunlaşmayan istehsalçı və istehlakçıların logistik idarəetmənin mahiyyətini, onun prinsip və metodlarının tətbiq xüsusiyyətlərini axıra qədər dərk etməmələri ilə bağlıdır. Odur ki, logistikanın tətbiqini məqsədəuyğun hesab edən iqtisadi zonaları, sahələri çox asanlıqla müəyyənləşdirmək mümkündür.
İnhisarçılıq sözün tam mənasında logistikadan istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bazar iqtisadiyyatının həvəsləndirici motivi hesab olunun rəqabət və rəqabət şəraitinin istehsalçı firmalar arasında olmaması lo­gistik təfəkkürün yaranmasına və onun inkişafına əsaslı surətdə maneçilik törədir.
Ölkəmizdə logistikanın inkişafı üçün zəruri şərt təkrar istehsal prosesinin bütün fazalarında inhisarçılıq ənənələrinin iqtisadi əsaslarının ləğv edilməsindən ibarətdir. Əks tədqirdə iqtisadi tərəfdaşların sərbəst seçilməsinə əsaslanan rəqabətin inkişafı üçün, bazar konyukturası nöqteyi-nəzərindən qiymətin əmələ gəlməsi və sifarişlərin formalaşması üçün şəraitin yaradılmasını təmin etmək qeyri - mümkündür. Məhz bu şərait bazar iqtisadiyyatına uyğun gələn normal iqtisadi mühitin mövcud olmasını müəyyənləşdirir və yalnız bundan sonra ölkə iqtisadiyyatında logis­tik idarəetmə metodlarının effektiv tətbiqi haqqında mülahizələrin aparılmasını həyati tələbata çevirir.
Beləliklə, dördüncü mərhələdə logistika inteqrativ lo­gistikanın mütərəqqi konsepsiyalarından istifadə edən firmaların rəqabət mübarizəsində mühüm strateji alətə çevrildi. Müasir mərhələdə beynəlxalq bazarlarda logistik konsepsiyanın gələcək təkamülünə təsir edə biləcək əsas ənənələr formalaşdı. Bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • sənaye istehsalında mövcud olan bəzi böhran halları;

  • sənayedə ixtisaslaşmanın dərinləşməsi;

  • birgə əməkdaşlığın və yeni menecment formasının təşkilində müasir yanaşmalar tələb edən ticarət tərəfdaşları ilə yeni münasibətlər;

  • beynəlxalq inteqrasiya proseslərinin inkişafı;

  • biznesin müxtəlif sahələrində rəqabətin güclənməsi;

  • tətbiq edilən informasiya-kompyüter texnologiyalarının daha səmərəli istifadə olunması;

  • yeni məhsul istehsalına tez keçilməsinə imkan verən çevik texnoloji avadanlıqların, çevik avtomatlaşdırılmış və robotlaşdırılmış istehsalın tətbiqi;

  • industrial servisdə logistik prinsiplərin tətbiqinin gücləndirilməsi.

Bazar mövqeyinin möhkəmləndirilməsi və rəqabət mübarizəsində üstünlüklərin təmin edilməsi üçün hər bir bazar subyekti logistik metod və prinsiplərdən istifadə olunmasına xüsusi diqqət yönəldir. Rəqabət mübarizəsinin gücləndiyi, rəqabətin başlıca faktorunun vaxt hesab edildiyi indiki şəraitdə bazarda rəqabətə tab gətirmək üçün firmaların çevik və dinamik olmaları lazım gəlir. Bundan başqa biznesin ətraf mühiti daha kompleks və qeyri - müəyyən xarakter aldığından təbii ki, formalaşan logistik sistemdən yüksək səviyyədə adaptasiya və dayanıqlıq tələb edilir.

Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin