KIVAM – konsistensiya, qatılıq
KIVANÇ(-cı) – iftixar, fəxr
KIVANMAK – fəxr etmək
KIVIRMA – qıvrımsaç, buruqsaç
KIVRANMAK – 1) qovrulmaq, qıvrılmaq, qıc olmaq; 2) əzab çəkmək, əziyyət çəkmək
KIYAS – müqayisə, tutuşdurmaq; kıyasla – nisbətən
KIYASİYA – amansızcasına, rəhmsizcəsinə, insafsızcasına
KIYASLAMAK(ile) – tutuşdurmaq, müqayisə etmək
KIYI – sahil
KIZAMIK(-ğı) – qızılca (tibbi)
KIZAMIÇIK – məxmərək (tibbi)
KIZGIN – 1) hirsli, qeyzli, acıqlı; 2) qızmış, bərk qızdırılmış; kızgın yağ – ərinmiş yağ
KIZGINLIK – acıq, hirs, qəzəb
KIZILAY: kızılay kurumu – Qırmızı Aypara Cəmiyyəti
KIZILCIK(-ğı) – zoğal
KIZKARDEŞ – bacı
KIZMAK – 1) qızmaq, közərmək; 2) qəzəblənmək, hirslənmək, acıqlanmaq
KİBİR(-bri) – qürur, təşəxxüs, təkəbbür, kibr
KİBİRSİZ – təvazökar, sadə
KİLO VERMEK – arıqlamaq
KİMLİK(-ği) – şəxsiyyət; kimlik belgesi – şəxsi vəsiqə
KİRAZ – gilas
KİRLOZ – pinti, natəmiz
KİŞİ – adam, nəfər, şəxs; üç kişi icin – üç nəfər üçün
KİŞİLİK(-gı) – nəfərlik; iki kişilik kamara – iki nəfərlik kayuta
KLİMA CİHAZI – kondisioner
KOCA I – ər, həyat yoldaşı
KOCA II – 1) nəhəng, böyük, iri; koca memleket – böyük ölkə; 2) qoca
KOCASIZ – ərsiz qadın, ərə getməmiş
KOF – boş; kof ceviz – içi boş qoz; kof kafalı – başıboş
KOFLUK – boşluq
KOĞUŞ – palata (xəstəxana); kamera (həbsxana)
KOKARCA – skuns (zoologiya)
KOKLAMA(A) – iybilmə; koklama siniri – iybilmə siniri
KOKMUŞ – iyimiş (ət, balıq və s.)
KOKU – 1) iy, qoxu; 2) ətir
KOKULU – ətirli, rayihəli
KOLA – 1) kraxmal, nişasta;) çiriş, yapışqan
KOLALAMAK – nişastalamaq, kraxmallamaq
KOLALI – nişastalı, nişastalanmış, kraxmallanmış; kolalı yaka – kraxmallı yaxa
KOLAY – asan, yüngül; kolay bir iş – asan iş
KOLAYLIK(-ğı) – asanlıq; kolaylıkla – asanlıqla
KOLİ – bağlama (poçt), banderol; değerli koli – qiymətli bağlama
KOLLAMAK – 1) gözləmək; fırsat kollamak – fürsət gözləmək; 2) qayğısına qalmaq, qeydinə qalmaq
KOLONYA – odekolon
KOLORDU(-nu) – korpus (hərbi)
KOLTUK(-ğu) – 1) qoltuq, qoltuqaltı çuxur; 2) kreslo, qoltuqlu kürsü
KOMODİN – tumba, dolabça
KOMPARTIMAN – kupe; radyo kompartımanı – radio-rubka
KOMPLO – suiq-qəsd; bir komplo kurmak – sui-qəsd təşkil etmək
KOMPLOCU – sui-qəsdçi
KOMPOSTO – 1) kompot; 2) kompost (üzvi gübrə)
KOMPRİME – həb
KOMUT(-tu) – komanda, əmr
KOMUTAN – komandir
KONAK(-ğı) – 1) imarət, ev; 2) qonaq evi; konaklamak – gecələmək; 3) ordugah
KONFEKSİYON – don, tikili paltar
KONFOR – komfort, rahatlıq
KONFORLU – komfortlu, rahat; konforlu bir hayat sürmek – firavan həyat sürmək
KONKURHİPİK(-ği) – cıdır yarışı
KONSEY – şura; Dünya Barış Konseyi – Dünya Sülh Şurası
KONTRPLAK(-kı) – faner
KONU – mövzu, süjet; bir tablonun konusu – rəsmin mövzusu
KONUK(-ğu) – qonaq
KONUŞMA – 1) danışıq, söhbət; konuşma dili – danışıq dili; 2) məruzə
KONUŞMACI – natiq, çıxış edən, mühazirəçi
KONUŞMAK – 1) danışmaq, söhbət etmək; 2) müzakirə etmək
KONUT(-tu) – məskən, mənzil, ev
KOPÇA – qarmaqcıq; dişi kopça – ilgək; erkek kopça – qarmaqcıq
KORDELE – lent (ipək)
KORDİPLOMATİK(-ği) – diplomatik korpus
KORDON – 1) qaytan, bağ, şnur; 2) saat zənciri; 3) haşiyə, köbə; 4) kordon, mühasirəyə alma
KORKULUK(-ğu) – 1) hasar, məhəccər, sürahi; 2) müqəvva, qorxuluq; bostan korkuluku – bostan müqəvvası
KORNER – korner, küncdən zərbə
KORO – xor
KORO ŞEFİ – xormeyster
KORSAN – pirat, dəniz qulduru
KOŞMAK – 1) yüyürmək, qaçmaq; 2) qoşmaq; atları arabaya koşmak – atları arabaya qoşmaq
KOŞU – qaçma üzrə yarış, qaçış; koşu yolu – qaçış yolu; at koşusu – cıdır
KOŞUL – şərt; ekonomik koşullar – iqtisadi şərtlər
KOŞUT – paralel
KOTA – norma, hədd, hissə, faiz, ölçü
KOVA – vedrə; bir kova su – bir vedrə su
KOVALAMA – təqib, izləmə
KOVALAMAK – təqib etmək, izləmək
KOVAN – 1) arı pətəyi; 2) giliz
KOVUK(-ğu) – oyuq, koğuş
KOY – buxta, kiçik körfəz
KOYU – 1) qatı; koyu bal – qatı bal; 2) tünd; koyu yeşil – tünd yaşıl; koyu çay – tünd çay; 3) əsil, həqiqi, qatı; koyu devrimci – əsil inqilabçı
KOYULMAK – başlamaq, girişmək; işe koyulmak – işə başlamaq
KOZALAK(-ğı) – qoza; çam kozalakı – şam qozası
KÖLELEŞTİRMEK – kölələşdirmək, qul etmək, əsarət, əsarət altına almaq
KÖRELMEK – 1) sönmək; 2) qurumaq (bulaq); 3) həyat qabiliyyətini itirmək
KÖRLEŞMEK – kütləşmək, korşalmaq; bıçak körleşti – bıçaq kütləşdi
KÖSELE – gön, dəri; kösele çanta – dəri çanta
KÖSTEK(-ği) – 1) buxov, cidar; köstek olmak – buxov olmaq; 2) zəncir; saat köstepi – saat zənciri
KÖŞE – künc, tin; köşe başında – küçənin tinində
KÖŞK(-kü) – villa, yay sarayı
KÖTÜ – axmaq, pis; kötü niyet – pis niyyət; kötü kadın – yüngül əxlaqlı qadın
KÖTÜLEŞMEK – pisləşmək, ağırlaşmaq, xarablaşmaq; hasta kötüleşmiş – xəstənin vəziyyəti ağırlaşmışdır
KÖTÜLÜK(-ğü) – pislik
KÖTÜMSER – bədbin, pessimist
KÖTÜMSERLİK(-ği) – bədbinlik, pessimizm
KÖY – kənd; köy okulu – kənd məktəbi
KÖYDEŞ – həmkəndli
KÖYLÜ – kəndli
KRAMP(-pı) – qıc, cəng
KRAVAT(-tı) – qalstuk
KREDİ – 1) kredit; 2) nüfuz, avtoritet
KREŞ – körpələr evi, yasli
KRİZ – böhran, krizis
KRUVAZER – ikibortlu (pencək və s.)
KRUVAZÖR – kreyser
KULAÇ(-cı) – sajın
KULLANILMIŞ – nimdaş, geyilmiş, işlənmiş, köhnə; kullanılmış elbise – nişdaş geyim
KULLANIŞLI – rahat, münasib, əlverişli; kullanışlı bir ev – rahat ev
KULLANIŞSIZ – narahat, əlverişsiz, münasib olmayan
KULLANMAK – 1) istifadə etmək, işlətmək; güç kullanmak – güc işlətmək; 2) idarə etmək (maşını); arabanı kullanmak kullanırmısın? – maşını sürərsənmi?
KULUKÇKA – qırt toyuq, kült toyuq
KULÜBE – daxma, koma, dəyə, budka; bahçıvan kulübesi – bağbanın daxması; bekçi kulübesi – gözətçi butkası
KULVAR – cığır (stadionda, hovuzda)
KUMAŞ – parça, qumaş, arşınmalı
KUNDAKÇI – təhrikçi, qızışdırıcı
KUNDURA – ayaqqabı, başmaq
KUPA – kubok (idman)
KUR I – məzənnə; borsa kuru – birja məzənnəsi
KUR II – eşqbazlıq, mazaqlaşma
KURA – püşk; kura çekmek – püşk çəkmək
KURAL(lı) – qayda-qanun, nizam, norma
KURAM – nəzəriyyə; bilimsel kuramlar – elmi nəzəriyyələr
KURAMSAL – nəzəri
KURDELA – lent; kurdela kesmek – lenti kəsmək (təntənəli açılış zamanı)
KURİYE – diplomatik kuryer
KURMAY – ştab, qərargah; harp kurmayı – sahə qərargahı
KURNAZ – hiyləgər
KURNAZLIK(-ğı) – hiyləgərlik
KURON – 1) koronka; 2) krona (pul vahidi)
KURŞUN – 1) qurğuşun; kurşun eritme ocağı – qurğuşun əritmə peçi; 2) güllə
KURŞUNKALEM – karandaş
KURŞUNLAMAK – plomblamaq, gülləyə basmaq, atəşə tutmaq
KURTARICI – xilasedici, xilaskar
KURTMASALI(-nı): kurtmasalı okumak – uydurmaq, nağıl söyləmək
KURUL – 1) şura, sovet; bakanlar kurulu – nazirlər soveti; 2) komissiya; seçim kurulu – seçki komissiyası
KURUM – liqa, təşkilat, cəmiyyət; hayır kurumu – xeyriyyə cəmiyyəti; öğretim kurumu – tədris müəssisəsi
KUŞAK(-ğı) – 1) qurşaq (müxtəlif mənalarda); 2) nəsil; genç kuşak – gənc nəsil
KUŞKİRAZI(-nı) – meşə gilası
KUŞKU – həyəcan, təlaş, təşviş, qorxu; kuşkuyla – narahatlıqla; kuşkuya düşmek – qorxuya düşmək
KUTLAMAK – 1) təbrik etmək; bayramınızı kutlarım – bayramınızı təbrik edirəm; 2) bayram etmək, qeyd etmək
KUTLU – xoşbəxt, sevincli, şən; kutlu gün – xoşbəxt gün
KUTSAL – müqəddəs
KUTUR(-tru) – diametr
KUVAFÜR – darama, daranma, saç darama forması
KUYRUKLU PİYANO – royal
KUYTU – xəlvət, gizli, tənha
KUYUMCU – zərgər
KUZGUNKILICI – qarğasoğanı
KÜFÜR(-frü) – söyüş
KÜLAH – 1) papaq; 2) torba
KÜLFETLİ – çətin, ağır
KÜLOT(-tu) – 1) qalife, brici; 2) triko (qadın üçün)
KÜLTÜRFİZİK(-ği) – bədən tərbiyəsi
KÜMES – toyuq hini, quş damı, quşxana
KÜPE – sırğa
KÜR – müalicə; kür şehri – kurort şəhəri
KÜRDAN – diş qurdalayan
KÜREKÇİ – avarçı
KÜSTAH – kobud, qaba, ədəbsiz
KÜSTAHÇA – ədəbsizcəsinə, kobudcasına, qaba tərzdə
KÜSUR – 1) artıq, əlavə; buna yüz küsur lira harcadım – buna yüz lirədən artıq xərclədim; 2) pay, hissə; by paranın küsurundan vaz geçtim – pulların mənə düşən payından imtina etdim
L
LACİVERT – tünd göy, lacivərd
LAF – 1) söz, söhbət, danışıq; 2) laf, boş danışıq, boşboğazlıq, cəfəngiyat
LAHANA – bostan kələmi
LAHİT(-hti) – sərdabə, məqbərə
LAHZA, LAHZE – an, ləhzə
LAİK – dünyəviləşdirilmiş, dünyəvi
LAPA – 1) sıyıq; 2) təpitmə, məlhəm
LASTİK(-ği) – 1) rezin, kauçuk; 2) lastik, rezin pozan; 3) şin
LAUBALİ – ədəbsiz, nəzakətsiz, hörmət gözləməyən, təklifsiz
LAVABO – əl-üz yuyan
LENF(A) – limfa
LEVREK(-ği) – xanı balığı
LEYLAK(-ğı) – yasəmən
LİKEN – 1) dəmrov; 2) şibyə
LİNYİT(-ti) – liqnit (boz daş kömür)
LİSAN – dil; lisan bilen – xarici dilləri bilən
LİSANS – 1) ali təhsil haqqında diplom; 2) lisenziya; ihracat lisansı – ixracat lisenziyası
LİSE – lisey, orta ixtisas məktəbi
LİSTE – siyahı, cədvəl; fiyat listesi – preyskurant; yemek listesi – menyu
LOBUT(-tu) – gürz (idman)
LODOS – cənub küləyi
LOKANTA – restoran, yeməkxana
LOMBOZ – illüminator
LOP: lop yumurta – qaynanmamış yumurta
LOTA – nalim
LUTR – 1) susamuru; 2) susamuru xəzi; 3) susamuru dərisindən hazırlanmış
M
MABET(-di) – məbəd, ibadətxana, səcdəgah
MACERA – 1) macəra; 2) avantüra, fırıldaq; maceracı – fırıldaqçı
MACUN – 1) pasta; diş macunu – diş pastası; 2) zamazka, sürtgü; kayak macunu – xizək sürtgüsü
MADALYA – medal
MADEN – 1) metal; maden alaşımı – metal ərintisi; maden kap – metal qab; 2) filiz, mineral, külçə
MAHCUP(-bu) – utancaq, abırlı, həyalı; mahcup etmek – utandırmaq
MAHFİL – 1) iclas yeri, klub; 2) cəmiyyət, dairə; hükümet mahfilleri – rəsmi dairələr
MAHREK(-ki) – orbit (astronomiya)
MAHSUS – 1) xas, məxsus; 2) xüsusi olaraq, məxsusən; 3) qəsdən, bilə-bilə, bilərəkdən
MAKARNA – makaron
MAKAS – 1) qayçı; bahçıvan makası – bağ qayçısı; 2) kəlbətin, qısqac, maşa
MAKASTAR – biçici
MAKBUZ – 1) alınmış, götürülmüş, qəbul edilmiş; yüz lira makbuzum olmuştur – mən yüz lirə aldım; 2) qəbz
MAKTU – müəyyən, qəti, son; maktu fiyat – son qiymət
MAKUL – 1) aydın, başa düşülən, ağıla batan, məntiqə uyğun; 2) fərasətli, bacarıqlı, işgüzar
MALUL(-lü) – əlil, şikəst
MALZEME – material, ləvazimat; fotoğraf malzemesi – fotoləvazimat; inşaat malzemesi – inşaat materialı
MAMUL(-lü) – məmulat, mal, məhsul
MAMUR – abad
MANAV – meyvə-tərəvəz satan, göyərti satan, səbzəvatçı; manav dükkanı – meyvə-tərəvəz dükanı
MANDA I – kəl
MANDA II – mandat
MANŞET(-di) böyük sərlövhə, başlıq
MANŞON – mufta (qadınlar üçün)
MANTAR – 1) göbələk; 2) probka, mantar; mantar agacı – mantar ağacı
MARANGOZ – xarrat
MARATON – marafon qaçışı
MARİFET(-ti) – ustalıq, çeviklik, bacarıq, məharət
MARŞANDİZ – yük qatarı
MARTI – qağayı
MARUL – kahı
MASAL – nağıl, əfsanə
MAŞRAPA – krujka, parç, tayqulp
MATİNE – səhər tamaşası, səhər seansı
MAVUNA – barja
MAYDANOZ – cəfəri (botanika)
MAYIN – mina (hərbi)
MAYIS – may
MAYO – 1) çimərlik kostyumu, ülgücü tumanı; 2) triko, mayka
MAZERET(-ti) – üzr, üzrlü səbəb; mazeret beyan etmek – üzr ismətəm; sağlık mazereti – xəstəlik haqqında arayış, bülleten
MAZHAR: mazhar olmak – nail olmaq
MAZİ – keçmiş, ötmüş; mazide – keçmişdə
MAZUR – 1) bağışlanılmış, günahından keçilmiş; 2) üzrlü, məzur, bağışlana bilən; mazur görmek – üzrlü hesab etmək
MEBUS – deputat, vəkil
MELEZ I – 1) metis, mələz, mulat; 2) hibrid
MELEZ II – şam ağacı
MEMURİYET(-ti) – xidməti tapşırıq, ezamiyyət
MENDİL – cib dəsmalı
MENEKŞE – 1) bənövşə; 2) bənövşəyi
MENSUP: basın mensupları – mətbuat nümayəndələri
MERCEK(-ği) – linza (fizika)
MERAK ETMEK – 1) maraqlanmaq; 2) narahat olmaq, həyəcan keçirmək
MERCİ(-ii) – instansiya, pillə, mərhələ
MERHABA – salam, salaməleyküm, xoş gördük
MERSİNBALIĞI(-nı) – nərə, nərə balığı
MESAİ – zəhmət, əmək, iş; mesai birliği – əməkdaşlıq; mesai arkadaşı – iş yoldaşı
MESAJ(-ji) – müraciətnamə, məktub; tebrik mesajı – təbrik məktubu
MESLEK(-ki) – sənət, peşə; meslek hastalıkları – peşə xəstəlikləri
MEŞALE – məşəl, işıq, nur; hayat meşalesi – həyat məşəli
MEŞE – 1) palıd ağacı; meşe ormanı – palıd meşəsi; 2) palıddan hazırlanmış
MEŞRU – haqlı, düz, qanuni; meşru haklar – qanuni hüquqlar
METABOLİZMA – maddələr mübadiləsi
MEVDUAT(-tı) – kapital qoyuluşu, əmanət, təminat pulları, depozit; mevduat sahibi – əmanət sahibi
MEVKİ(-ii) – 1) dərəcə, sinif; birinci mevki kamara – birinci dərəcəli kayut; 2) mövqe, yer
MEVKUF – həbs olunmuş, tutulmuş
MEVZİ(-ii) – döyüş meydanı
MEZE – çərəz, məzə
MIKNATIS – 1) maqnit; 2) maqneto
MINTAKA – 1) rayon, zona; 2) zona, qurşaq
MISIR – qarğıdalı
MİĞFER – dəbilqə, şlem, taskulah, dəmir papaq
MİLİS – 1) yığma qoşun; 2) milis
MİNDER – 1) idman döşəyi; 2) nimdar, döşəkçə
MİNİBÜS – mikroavtobus
MİNİK – kiçicik, bambalaca
MİNK – su samuru
MİSAFİR – qonaq, müsafir; misafir salonu – qonaq otağı
MİSAFİRPERVER – qonaqpərvər, qonaqsevər
MİSAK(-kı) – xartiya, pakt
MİTOLOJİ – mifologiya
MİYOP – yaxından görən, uzağı görməyən
MİZAH – yumor, məzhəkə
MİZAHÇI – yumorist, məzhəkəçi
MOBİLYA – mebel; mobilya fabrikası – mebel fabriki
MOLA – tənəffüs, fasilə, dinclik, əylənmə, dayanma, nəfəsini dərmə
MOR – bənövşəyi
MORARMAK – göyərmək; soguktan morarmak – soyuqdan göyərmək
MORINA – treska (zoologiya)
MOTORBOT(-tu) – motorlu qayıq
MUAMELE – 1) rəftar, münasibət; 2) əməliyyat; 3) qanuniləşdirmə, rəsmiləşdirmə
MUAZZAM – qüvvətli, güclü, əhəmiyyətli, mühüm; muazzam silahlı kuvvetler – güclü silahlı qüvvələr
MUHABİR – müxbir, reportyor; foto muhabiri – fotomüxbir
MUHAFIZ – keşikçi
MUHAKKAK – 1) etibarlı, mötəbər, səhih, dəqiq; 2) hökmən, şübhəsiz, mütləq, yəqin
MUHTEMEL – mümkün olan, ola bilən, ehtimal edilən; kuvvetle muhtemel – çox ehtimal edilən
MUHTEVİYAT(-ti) – məzmun, mahiyyət
MUHTIRA – 1) qeyd, yaddaş; 2) yaddaş dəftərcəsi; 3) memorandum
MUKABELE – 1) cavab; 2) əvəzini vermə, əvəzini çıxartma, ödəmə; 3) qarşıqoyma, müqayisə etmə, tutuşdurma
MUKAVVA – karton
MUM – şam
MURABAHA – sələmçilik, müamiləçilik
MUSLUK(-ğu) – kran; su musluku – su kranı
MUTABAKAT(-ti) –1) razılıq, uyğunluq, müvafiqlik, mütabiqlik; maksada mutabakat – məqsədə uyğunluq; 2) eynilik, bərabərlik (riyaziyyat)
MUTABIK – razı; mutabık kalmak – razı qalmaq
MUTLU – məsud, xoşbəxt, bəxtəvər
MUVAFAKAT(-ti) – icazə, razılıq; muvafakat etmek – razı olmaq, icazə vermək
MUVAZENE, MUVAZENET(-ti) – 1) müvazinət, tarazlıq, dayanıqlılıq; 2) balans; ödeme muvazenesi – ödəmə balansı
MUZ – banan
MÜCADELE – 1) mübarizə; mücadelede bulunmak – mübarizə aparmaq; 2) qovğa, dava
MÜCEVHER – daş-qaş, cəvahirat
MÜDAHALE – müdaxilə; müdahaleden masun – toxunulmaz
MÜFREZE – dəstə (hərbi); ihraç müfrezesi – desant dəstəsi
MÜFRİT – qatı, sərt, ekstremist
MÜHİMSEMEK – mühüm hesab etmək, əhəmiyyət vermək, vacib saymaq
MÜKELLEF – 1) təmtəraqlı, dəbdəbəli; 2) mükəlləfiyyətli, borclu
MÜNEVVER – 1) işıqlı, aydın; 2) ziyalı, oxunmuş, mədəni, aydın fikirli, elmli, bilikli; münevver bir adam – ziyalı adam
MÜNFERİT(-di) – ayrı, xüsusi. tək; münferit emir – xüsusi əmr
MÜPHEM – aydın olmayan, dumanlı, qeyri-müəyyən
MÜSABIK – yarış iştirakçısı
MÜSAİT – 1) əlverişli, münasib, yararlı; 2) mümkün olan, yol verilən
MÜSAVAT(-tı) – bərabərlik
MÜSAVİ – 1) bərabər, eyni; müsavi olmak – bərabər olmaq; 2) bərabərlik işarəsi (riyaziyyat)
MÜSHİL – işlətmə dərmanı
MÜSTACEL – təxirəsalınmaz, təcili
MÜSTAHZAR – hazır dərman
MÜSTAKBEL – gələcək, qarşıda gözlənilən
MÜSTEŞAR – müşavir, məsləhətçi, məşvərətçi; elçilik müsteşarı – səfirliyin müşaviri
MÜŞTEŞRİK(-ki) – şərqşünas
MÜSVEDDE – 1) qaralama; 2) parodiya
MÜTAREKE – barışıq, sülh; mütareke etmek – sülh bağlamaq; mütareke teklifi – barışıq təklifi
MÜTECAVİZ – 1) təcavüzkar; 2) həddini aşan
MÜTEHARRİK MERDİVEN – eskalator
MÜTEVAZİ – təvazökar, sadə
MÜZMİN – xronik, uzunsürən, çox davam edən, kök salmış; müzmin hastalık – xronik xəstəlik
N
NAFİLE – nahaq, boş, əbəs, mənasız
NAKIL(-kli) – 1) nağıl etmə, nəql etmə; 2) danışma, aparma, ötürmə, vermə; 3) köçürmə (tibb); 4) tərcümə
NALIN – taxta səndəl (hamam üçün)
NAMLU – 1) lülə (silahda); 2) tiyə (qılıncın və s.)
NASIL – necə; bu nasıl bir adam? – bu necə adamdır? nasıl geldiniz? – necə gəldiniz?
NASIR – qabar, döyənək
NAVLUN – 1) fraxt; mesafe navlunu – uzaq məsafə fraxtı; 2) gəmidə getmə haqqı
NAZİ – nasist
NEBAT(-tı) – bitki, nəbatat; nebat bahçesi – nəbatat bağı; nebat mahşeri – sıx meşəlik, cəngəllik
NEHIR(-hri) – çay; nehır kolu – çayın qolu
NERE – hara; nereniz ağrıyor? – haranız ağrıyır?; nere bulundunuz? – harada oldunuz?
NEREDE – harada
NERELİ – haralı; siz nerelisiniz – siz haralısınız
NET – aydın, təmiz, dürüst, dəqiq; ayda net beş yüz lira – ayda beş yüz lirə qalır
NEZLE – zökəm, tumov
NİCELİK(-ği) – kəmiyyət, miqdar; nicelik zarfı – kəmiyyət zərfi
NİHAİ – son, qəti
NİSAN – aprel
NİTEKİM – həmçinin, həm də
NİTEL – keyfiyyət; nitel analiz – keyfiyyət analizi
NİTELEMEK – xarakterizə etmək, səciyyələndirmək
NİTELİK(-ği) – keyfiyyət, səciyyə, xassə, xüsusiyyət
NOEL – milad (bayramı)
NOT(-tu) – 1) qeyd, işarə; 2) qiymət, bal, dərəcə; iyi not – yaxşı qiymət; tam not – ən yüksək bal
NOTER – notarius
NÖBET(-ti) – 1) növbə; 2) keşik, qarovul (hərbi), növbətçilik; 3) tutma (xəstəliyin)
NUTUK(-tku) – nitq, çıxış
NÜFUS – 1) əhali, xalq; nüfusun artması – əhali artımı; 2) adam, sakin; burada beş nüfus var – burada beş adam var
NÜKLEER – nüvə; nükleer denemeler – nüvə sınaqları
O
OCAK – yanvar
ODA – 1) otaq; 2) nömrə (mehmanxanada); 3) palata
ODAK(-ğı) – fokus (fizika); odak uzaklığı – fokus məsafəsi
OFİS – ofis, idarə, müəssisə, şöbə, departament; ticaret ofisi – ticarət idarəsi
OJE – lak (dırnaq üçün)
OKUL – məktəb, təhsil ocağı; özel okul – xüsusi məktəb
OKULÖNCESİ – məktəbəqədər; okulöncesi eğitim – məktəbəqədər tərbiyə
OKUNAKLI – aydın, səlist (xətt)
OKUR – oxucu
OKURYAZAR – savadlı
OKYANUS – okean; okyanus bilgisi – okeanoqrafiya
OLACAK(-gı) – əlverişli, yararlı, münasib; olacak bir fiyat söyle – münasib bir qiymət de
OLAĞAN – adi, adət edilmiş
OLAĞANÜSTÜ – qeydi-adi, fövqəladə
OLANAK(-ği) – imkan
OLANAKLI – mümkün
OLANAKSIZ – mümkün olmayan
OLANCA – bütün; olanca gücüyle – var gücüylə
OLASILIK(-ğı) – ehtimal
OLAY – hadisə, əhvalat
OLGUN – 1) yetişmiş, dəymiş (meyvə və s.); 2) yetkin, kamil (insan); 3) təkmilləşmiş, təcrübəli
OLMUŞ – yetişmiş, dəymiş; bu karpuz fazla olmuş – bu qarpız çox yetişib
OLTA – tilov
OLUK(-ğu) – növ, novalça
OLUMLU – müsbət; olumlu karşılamak – müsbət qarşılamaq
OLUMSUZ – inkar, mənfi; olumsuz cevap – mənfi cavabı; olumsuz cümle – inkar cümləsi
OLUŞMAK – yaranmaq, əmələ gəlmək, törəmək, düzəlmək
OLUŞTURMAK – təşkil etmək, yaratmaq, düzəltmək, tərtib etmək
OMUR – onurğa; omur kemiği – onurğa sümüyü
OMUZ – çiyin
OMUZLUK(-ğu) – paqon, epolet
ONAMAK – bəyənmək təqdir etmək, təsdiq etmək
ONARIM – təmir
ONARMAK – təmir etmək, düzəltmək
ONAYLAMAK – təsdiq etmək
ONUR – 1) mənlik, qürur; onuruna yedirememek – mənliyinə sığışdıra bilməmək; 2) ləyaqət, heysiyyət; 3) şərəf; onur üyesi – fəxri üzv
OPERATÖR – 1) cərrah; 2) operator; telsiz operatörü – radiooperator, radist
ORAN – nisbət, faiz; doğum oranı – doğum faizi; oranla – nisbətən
ORG(-gu) – orqan (musiqi)
ORTAM – mühit, şərait; bu ortamda calışılmaz – bu şəraitdə işləmək olmaz
ORTODOKS – pravoslav; ortodoks kilisesi – pravoslav kilsəsi
OTOPSI – yarma (tibbi), yarılma (meyiti)
OTORİTE – avtoritet
OTURUM – 1) iclas; 2) daimi yaşayış yeri
OVA – düzənlik, düzəngah
OY – 1) rəy, fikir, mülahizə; 2) səs, səs vermə hüququ; oy birliği ile – bir səslə
OYALAMAK – 1) fikrini dağıtmaq, başını qarışdırmaq; 2) başını tovlamaq, aldatmaq, kələk gəlmək
OYLAMA – səs vermə; açık oylama – açıq səsvermə; gizli oylama – gizli səsvermə
Ö
ÖBEK(-ği) – qrup, dəstə, yığın
ÖÇ(ÖCÜ) – intiqam, qisas; öç alma – intiqam alma
ÖDEM – şiş (tibbi)
ÖDENEK(-ği) – ayrılmış məbləğ, təxsisat
ÖDEV – borc, vəzifə; ödevini yapmak – borcunu yerinə yetirmək
ÖDLEK(-ği) – qorxaq
ÖDÜL – mükafat, priz
ÖDÜNÇ(-cü) – borc (pul); ödünç almak – borc almaq
ÖFKE – acıq, hirs, qəzəb; ofkeden – acığından; öfke ile – hirslə
ÖFKECİ – hirsli, acıqlı, qəzəbli
ÖFKELENMEK – acıqlanmaq, hirslənmək, qəzəblənmək
ÖĞLE – günorta; öğle paydosu – nahar fasiləsi
ÖĞRENCİ – şagird, tələbə
ÖĞRENİM – təhsil, öyrənmə, təlim
ÖĞRETİCİ – 1) tədris; öğretici filmi – tədris filmi; 2) ibrətamiz, faydalı
ÖĞRETİM – dərs, tədris, təhsil
ÖĞRETMEN – müəllim
ÖKALİPTÜS – evkalipt
ÖKÇE – daban
ÖKSÜZ – yetim
ÖNAYAK: önayak olmak – təşəbbüs göstərmək, başçılıq etmək
ÖNCE – əvvəl, qabaq, hər şeydən, əvvəl
ÖNCEDEN – əvvəlki, qabaqkı
ÖNCEL – sələf
ÖNCELİK – 1) birincilik, qabaqcıllıq; 2) beh, təminat
ÖNCÜ – avanqard
ÖNDER – lider, rəhbər, başçı
ÖNEM – məna, əhəmiyyət
ÖNEMLİ – əhəmiyyətli, mühüm, vacib, qiymətli; önemli bir rol oynamak – mühüm rol oynamaq
ÖNERGE – təklif
ÖNERMEK – təklif etmək
ÖNGÖREN – uzaqgörən, tədbirli
ÖNGÖRMEK – nəzərə almaq, qabaqcadan fikirdə tutmaq
ÖNGÖRÜ – ehtiyatlılıq, tədbirlilik, uzaqgörənlilik
ÖNGÖRÜLÜ – ehtiyatlı, tədbirli, uzaqgörən
ÖNLEMEK – qarşısını almaq, mane olmaq; dünya harbini önlemek – dünya müharibəsinin qarşısı almaq
ÖNSEZİ – ürəyə damma, qabaqcadan hiss etmə, duyma
ÖRGÜT(-tü) – təşkilat
ÖRGÜTÇÜ – təşkilatçı
ÖRGÜTLEMEK – təşkil etmək
ÖRNEĞİN – məsələn, misal üçün
ÖTE – 1) o biri tərəf, o tərəf; dağın ötesi – dağın o tərəfi; 2) yerdə qalan, qalan hissə
ÖTEBERİ – xırda-para, cürbəcür; öteberi almağa çıktım – xırda-para almağa çıxdım
ÖTEKİ(-ni) – o, o biri; öteki dünya – o dünya
ÖTÜCÜ – cəh-cəh vuran, oxuyan quşlar
ÖVGÜ – 1) tərif, mədh; 2) mədhiyyə, mədhnamə
ÖVMEK – mədh etmək, tərifləmək
ÖVÜCÜ – mədhedici, tərifləyici
ÖYKÜ – hekayə, novella; hayat öyküsü – tərcümeyi-hal
ÖZDEKÇİLİK(-ği) – materializm
ÖZEL – şəxsi, xüsusi, özünün; özel araba – şəxsi maşın; derginin özel sayısı – jurnalın xüsusi nömrəsi
Dostları ilə paylaş: |