M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
k-rov-M-bariz

Cədvəl 1.1. 

 İnfrastrukturun ümumi təsnifi 

İearxiya səviyyəsinə 

görə 

Funksional 

xüsusiyyətinə görə 

təsnifatı 

Formalaşma vaxtına 

görə 

 

Yaranma 

mərhələsinə görə 

Xalq təsərrüfatı 

səviyyəsində 

İstehsal təyinatlı 

xidmətlər. 

Ötücü. 


Qərarlaşmış 

(Sabitləşmiş - 

dayanmış) 

Regional səviyyədə; 

Qeyri-istehsal 

təyinatlı xidmətlər 

Birdəfəlik 

Yeni yaranan 

(Törəyən) 

Yerli səviyyədə. 

 

Geçikmiş 



Gələcək 

Müəssisə 

səviyyəsində 

 

 



 

 

Mənbə: Cədvəl müəllif tərəfindən yığılmışdır 

İnfrastruktur sahələrinin belə təsnifatı, onun kompleks inkişafını təmin edir. 

İnfrastrukturun  təsnifatı  bir  sıra  əlamətlər  üzrə  həyata  keçirilir.  Onlardan 

əsaslara baxaq. 

Funksional əlamət üzrə ayrılırlar: 



19 

1)  mühəndis-texniki  infrastrukturu.  Onun  tərkibinə  aşağıdakı  sahələr  daxil 

olur:  nəqliyyat  (dəmir  yolu,  avtomobil,  dəniz,  çay,  hava,  boru  kəməri);  əlaqə 

(telefon-teleqraf,  radio  rele,  elektron,  mobil);  kommunal  təsərrüfat  (qaz,  elektrik, 

su,  istilik  təchizatı,  kanalizasiya);  anbar  təsərrüfatı,  təmir  təsərrüfatı,  servis 

xidməti; 

2)  işgüzar  infrastrukturu.  Ona  daxildir:  ticarət  (topdan  və  pərakəndə  satış); 

ictimai qidalanma (restoranlar, kafe, qəlyanaltılar, barlar, yemək otaqları, bufetlər 

və s.); satınalma təşkilatları; maliyyə-kredit təşkilatları (banklar, Əmanət bankı və 

onun  bölmələri,  sığorta  şirkətləri,  auditor  firmaları,  investisiya  fondları);  satış 

təşkilatları  (fond,  resurs,  mal,  valyuta  birjaları,  broker  şirkətləri);  əmlak  bazarı 

infrastrukturu    (əmlakın  qiymətləndirilməsi  üzrə  agentliklər,  daşınmaz  əmlak 

firmaları,  mənzil  bürosu,  texniki  inventarlaşdırma  bürosu);  əmək  bazarı 

infrastrukturu  (əmək  birjaları,  məşğulluq  mərkəzləri,  kadrların  yenidən 

hazırlanması mərkəzləri, əhalinin sosial müdafiəsi mərkəzləri); 

3)  sosial  infrastruktur.  Ona  daxildir:  yaşayış  təsərrüfatı  (yaşayış  fondu  və 

mənzil xidmətləri); əhalinin (tikiş və geyim,  ayaqqabı təmiri üzrə atelye, xırdavat, 

zərgərlik, dəri məmulatlarının təmiri üzrə emalatxanalar, camaşırxanalar, kimyəvi 

təmizləmələr,  fotoatelye,  məişət  texnikasının  təmiri  üzrə  emalatxanalar,  tele-, 

radio-,  video  təchizatları,  ayin  xidmətlərini  göstərən  müəssisələr  və  s.)  məişət 

xidməti  müəssisələri;  səhiyyə  müəssisələri  (tibbi  diaqnostik  mərkəzlər, 

xəstəxanalar,  klinikalar,  poliklinikalar,  ambulatoriyalar);  təhsil  müəssisələri 

(məktəbəqədər müəssisələr, məktəblər, liseylər, gimnaziyalar, kolleclər, institutlar, 

akademiyalar, universitetlər); sosial təminat  müəssisələri (əlillər üçün internatlar, 

uşaq  evləri);  mədəniyyət  və  incəsənət  müəssisələri  (teatrlar,  kinoteatrlar,  muzey, 

qalereyalar, nümayiş  zalları, kitabxanalar,  konsert  zalları,  saraylar  və  mədəniyyət 

evləri);    bədən  tərbiyəsi  və  idman  müəssisələri  (stadionlar,  idman  kompleksləri, 

hovuzlar,  buz  meydançaları,  futbol  meydanları,  basketbol  və  voleybol 

meydançaları və s.); turizm; mehmanxanalar; sərnişin nəqliyyatı (qatarlar, elektrik 

qatarlar, avtobuslar, trolleybuslar, tramvay, taksi, metro); əhaliyə xidmət üzrə əlaqə 

(poçt, teleqraf, mənzil telefonları, internet, elektron poçt); asudə vaxt müəssisələri 



20 

(əyləncə mərkəzləri, disko klublar, maraqlar üzrə klublar, parklar və s.). 

4)  institusional  infrastruktura  daxildir:  hüquqi  müəssisələr  (vəkil  ofisləri,  arbitraj 

məhkəmələri,  hüquq  məsləhətxanaları,  notariat,  prokurorluq,  qeydiyyat  palatası, 

ümumi  yurisdiksiya  məhkəmələri);  idarəetmə    müəssisələri  (VVAQ-lar,  arxivlər, 

ərazi idarəetmə orqanları, miqrasiya xidmətləri); 

5) informasiya infrastrukturu: reklam agentlikləri, marketinq mərkəzləri, 

yarmarkalar, sərgilər, informasiya-hesablama mərkəzləri, internet, 

meteostansiyalar; 

6)  innovasiya  infrastrukturu:  elmi  tədqiqat  institutları,  konstruktor  bürosu,  layihə 

təşkilatları, Elmlər akademiyası, ali məktəblər, ərazi innovasiya  mərkəzləri, riskli 

müəssisələr; 

7)  ekoloji  infrastruktur:  sanitar-epidemiologiya  nəzarəti,  təbiəti  qoruyan 

cəmiyyətlər, təmizləyici qurğular; 

8) xarici iqtisadi infrastruktur: mədəni, informasiya, xarici tədris mərkəzləri, xarici 

ticarət  təşkilatları,  konsulluqlar,  səfirliklər,  müxtəlif  ölkələrin  nümayəndəlikləri, 

viza və qeydiyyat şöbəsi, gömrük. 

Bazar xidmətləri əlamətinə görə infrastruktur aşağıdakılara bölünə bilər: 

1)  ümumbazar  (kommersiya  bankları,  sığorta  şirkətləri,  konsultasiya,  auditor 

firmaları və s.); 

2)  istehlak  bazarı  infrastrukturu  (topdansatış  təşkilatları,  mağazalar,  ictimai 

qidalanma müəssisələri və s.); 

3) maliyyə bazarı infrastrukturu; 

4) əmlak bazarı infrastrukturu; 

5) əmək bazarıinfrastrukturu və s. 

Məkan əlaməti üzrə infrastrukturun aşağıdakı növləri ayırd edilir: 

1)  beynəlxalq  (beynəlxalq  banklar,  birjalar,  xarici  firmaların  ticarət 

nümayəndəlikləri,  xarici  ticarət  təşkilatları,  gömrük,  beynəlxalq  yarmarkalar, 

beynəlxalq tədris, tibbi, mədəni mərkəzlər və s.); 

2)  milli  (sənaye-ticarət  palatası,  kommersiya  banklarının  assosiasiyası,  böyük 

kommersiya  bankları,  tədris,  tibbi,  birjalar,  elmi  mərkəzlər,  ümummilli  təyinatlı 



21 

mədəni müəssisələr); 

3)  regionlararası  (böyük  regional  kommersiya  bankları,  vasitəçilik  təşkilatları  və 

s.); 


4) regional (regional ticarət mərkəzləri, kommersiya bankları, investisiya fondları, 

ticarət evləri, reklam agentlikləri, ali məktəblər, tibb müəssisələri, teatrlar və s.); 

5)  şəhər  (əmlak  satışı  üzrə  agentliklər,  vəkil  ofisləri, kiçik  topdan  satış  firmaları, 

mağazalar, ictimai qidalanma müəssisələri, şəhər sərnişin nəqliyyatı, poliklinikalar, 

ambulatoriyalar,  uşaq  məktəbəqədər  müəssisələri,  məktəblər,  gimnaziyalar, 

əyləncə mərkəzləri, məişət xidməti müəssisələri və s.). 

Qeyd  etmək  lazımdır  ki,  hər  təsnifat  müəyyən  ehtiyacları  nəzərə  alaraq 

işlənir,  bu  və  ya  digər  tələblərə  və  praktik  fəaliyyətin  həyata  keçirilməsinin 

məsələlərinə cavab verir[56].

 

 



 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin