II FƏSİL. BİZNES İNFRASTRUKTURUNUN İDARƏOLUNMASINDA
İŞTİRAK EDƏN İŞTİRAKÇILAR
2.1. Biznes infrastrukturunun birbaşa iştirakçıları
Professor R.M. Cəbiyev bazar infrastrukturunun formalaşmasında birbaşa
iştirak edən və onun normal faəliyyət göstərmə bilməsi üçün imkan yaradan
idarəetmə strukturlarını da biznes infrastrukturuna aid edir. Onun fikrincə, bazar
infrastrukturu dedikdə, istehsalçıdan istehlakçıyadək əmtəə və xidmətlərın
müstəqil hərəkət etməsini təmin edən ayrı-ayrı müsətiql qarşılıqlı əlaqəli bazarların
və idarəetmə strukturlarının məcmusu başa düşülməlidir. Beləliklə, biznes
infrastrukturu bölgü, istehsal, mübadılə və istehlak bölmələri arasında iqtisadi
resursların və xidmətlərin rahat hərəkətinin təminantçısı olan sərbəst, amma bir-
birilə qarşılıqlı əlaqədə olan bazarların, həmçinin bu bazarların öz aralarında
işgüzar münasibətlərinin inkişafı və formalaşmasında fəaliyyət göstərən təşkilati-
hüquqi formaların toplusudur. Başqa cür desək, biznes infrastrukturu onun
çərçivələri daxilində qarşılıqlı əlaqədə iştirak edən 15 sərbəst bazardan, həm də bu
bazarların funksional və təşkilat-hüquqi aktivliyini həmişəlik və fasiləsiz şəkildə
çoxaldılmasında iştirak edən idarəetmə strukturlarından ibarətdir [1, 22].
Biznes infrastrukturuna aid olan idarəetmə strukturları dolayı və birbaşa
iştirakçılardan ibarətdir. Birbaşa iştirakçılar aşağıdakılardan ibarətdir: [1, 22]
marketinq elmi-tədqiqat mərkəzləri və marketinq;
ticarət palataları;
emissiya bankları və kredit sistemi;
elektron ticarət sistemləri;
broker şirkətleri;
kommunikasiya vasitələri və informasiya texno
I
ogiyası;
klirinq mərkəzləri;
birjalar;
hesablaşma sistemləri və depozitar;
sığorta şirkətləri;
çek-investisiya fondları.
28
Biznes infrastrukturunun birbaşa iştirakçısı olan marketinq firmaların hansı
malların və ya xidmətlərin müştərilərinin diqqətini çəkəcəyini müəyyən etmələri və
satışlar, rabitə və əməliyyat idarəetməsini inkişaf etdirmələri üçün strategiyaları
müəyyən etmələri prosesidir.
Müəssisənin müəyyən fəaliyyətlərini maddi gəlirə çevrilməsi üçün apardığı
proses marketinq adlanır. Bu fəaliyyətlər məhsul və ya xidmət ola bilər. Yəni, bir
məhsulun istehsalından paylanmasına satışından son istehlakçıya çatdırılmasına
qədər düşünülmüş strategiyaya marketinq strategiyasıdır.
Bir ayaqqabı firmasının (markanın) istehsal edəcəyi model üçün bazarda
araşdırma aparması, material seçməsi, istehsalı, media vasitələrinə reklam verməsi,
bazar yeri tapması, müştəri xidmətləri təmin etməsi hətta satış məsləhətçisi
yetişdirməsi və məhsulu satışa təqdim etməsi, satması və satış sonrası dəstək
verməsi bir marketinq nümunəsidir. Bu bir prosesdir və çox ölçülü işdir.
İstehsaldan əvvəl başlayır; satışdan sonra da davam edir.
Müasir marketinq anlayışı istehlakçı yönümlüdür və istehlakçı istək və
ehtiyaclarının ödənilməsi üzərində dayanır. İstehlakçılar, hər gün TV, qəzet
reklamları, vasitəli və ya vasitəsiz satış səfərləri qarşılaşırlar. Biri həmişə bir şey
satmağa çalışarkən, digəri də satın almağa çalışır. Marketinqdə satış, reklam,
kömək edən buz dağının görünən üst hissəsidir. Başqa sözlə, satış və ya reklam
marketinq funksiyalarından yalnız bir neçəsini ifadə edir. Marketinq şəxslərin və
təşkilatların məqsədlərinə uyğun bir şəkildə dəyişikliyi təmin etmək üçün malların,
xidmətlərin və ideyaların (fikirlərin) yaradılmasını, qiymətləndirilməsini,
paylamanı və satış səylərini planlaşdırma və tətbiqi prosesidir. Burada, marketinqin
yalnız istehsal edilmiş malların istehsalçıdan istehlakçıya satışı olmadığı;
istehsaldan əvvəl başlayan marketinq fəaliyyətlərinin satış və satışdan sonra olmaq
üzrə üç ayrı mərhələdə bir-birini tamamlayan səylərdən ibarət olduğu görünür.
Binzesdə istifadə edilən bu geniş tərifə görə marketinqin xüsusiyyətləri belə ifadə
edilə bilər: [9, 87 ]
Marketinq, insan istək və ehtiyaclarının ödənilməsinə yönəldilmişdir.
Marketinq, məhsullar, xidmətlər və fikirlərlə bağlıdır.
29
Marketinq, yalnız bir malın reklamı və ya satışı olmayıb, əvvəlcə istehsal
məmulatın
fikir kimi planlaşdırıb, inkişaf etdirilməsindən başlayaraq qiymətləndirməsi,
tutuşdurulması və dağıdılması ilə bağlıdır.
Marketinq fəaliyyətləri daim dəyişən ətraf mühit şəraitində yerinə yetirilir.
Marketinq, müxtəlif fəaliyyətlərin cəmi və ya sistemidir.
Marketinq tədqiqatı marketinqlə bağlı hər hansı bir problemin müəyyən
olunmasında və həll olunmasında lazımi informasiyanın sistemli və tərəfsiz olaraq
öyrənilməsi və təhlil edilməsidir. Marketinq tədqiqatı insanların malları ələ
keçirmələrindən əvvəl və ya ələ keçirəndə nə düşündüklərini, nə hiss etdiklərini, nə
istədiklərini və nə etdiklərini öyrənir, qəbul edir, açıqlayır. Bu xüsusiyyətləri
marketinq tədqiqatı marketinq qərarlarının qəbul edilməsinə yardımçı bir prosesdir.
Lazımi məlumatları (göstəriciləri) təmin edərək rəhbərin qərar almasını
asanlaşdırır.
Birja müəyyən qaydalara görə, tələb edilən mallar üçün təşkil edilmiş bazara
verilən addır. Məsələn, qiymətli kağızlar (səhmlər, borclar) ilə xarici valyutalar,
müəyyən mallar və ya törəmə hesablamalar ilə alınıb satıla bilər. Birja arzu-istək
şəklində - brokerlərin vasitəçilik etməsi - bazar şərtləri ilə birlikdə işlər və
qiymətlərin (məzənnələrin) rəsmi olaraq müəyyənləşdirilməsi tarazlanır. Alınıb
satılan malların qiymətlərinin və ya məzənnələrin müəyyənləşdirilməsi təklif və
tələbə görə tənzimlənir. Birjaların özünə xas qaydaları və standartları var.
Səhmlər, istiqraz və veksellər adətən daşınan qiymətlər birjalarının
içərisində ticarət edildiyi halda, valyuta ticarəti üçün valyuta birjaları (foreign
exchange market) və ya mal ticarəti üçün əmtəə birjaları (commodity exchange)
var [13, 56].
Dostları ilə paylaş: |