M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
k-rov-M-bariz

Sxem 2.2. 

 

Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.82 

 

Qiymətli  kağızların  birja  kursunun  onların  nominal  qiymətindən  yuxarı 



olması laj və ya ajio, aşağı olması isə dizajio adlanır. [17, 78] 

Fond  birjasında  qiymətli  kağızların  ilkin  və  təkrar  satışı  həyata  keçirilir. 

Onların  ilkin  bazarı  dedikdə  yeni  buraxılmış  qiymətli  kağızların  səhmdar 

cəmiyyətlər  və  ya  dövlət  tərəfindən  reallaşdırılması  nəzərdə  tutulur.  Qiymətli 

kağızların  təkrar  bazarı  dedikdə  isə  əvvəllər  buraxılmış  qiymətli  kağızların  alqı-

satqısı  nəzərdə  tutulur.  Təkrаr  bazarın  xeyli  hissəsi  birjadan  kənarda  həyata 

keçirilir. 

Fond  birjaları  ölkə  iqtisadiyyatının  barometri  rolunu  oynayır.  Бе!ə  ki, 

iqtisadiyyatın  inkişafı  dövründə  qiymətli  kağızların  birja  kursu  yüksəlir,  digər 

dövrlərdə  isə  aşağı  düşür.  Müasir  dövrdə  fond  birjalarının  rolu  getdikcə  azalır. 

Çünkü  qiymətli  kağızların  alqı-satqısı  getdikcə  daha  çox  banklararası 



33 

telekommunikasiya vasitələri həyata keçirilir. Buna səbəb sərbəst pul vəsaitlərinin 

getdikcə daha çox banklara toplanması və ictimai həyatın bütün sahələrində ЕТТ - 

nin nailiyyətlərindən geniş istifadə edilməsidir. 

İqtisadiyyatda  mühüm  rol  oynayan  birjanın  növlərindən  biri  də  valyuta 

birjasıdır. Açıq iqtisadiyyat şəraitində hər bir ölkənin iqtisadiyyatında özünün milli 

valyutası  (pulu)  ilə  yanaşı,  digər  ölkələrin  beynəlxalq  valyutası  rolunu  oynayan 

valyutalardan  da  istifadə  olunur.  Bazar  subyektləri  tərəfindən  valyutanın  əldə 

edilməsi  və  satılması  valyuta  birjalarında  həyata  keçirilir.  Ölkələrarası  valyuta 

ticarəti  əsasən  banklararası  sövdələşmələrlə,  ölkə  daxilində  isə  banklarla  qeyri-

bank  müəssisələri  arasında  baş  verir.  Valyuta  birjasında  aparılan  ticarət  valyuta 

kursuna  əsaslanır.  Valyuta  kursu  dedikdə  bir-birindən  fərqli  iki  pul  vahidinin 

mübadilə  nisbəti  nəzərdə  tutulur.  Valyuta  birjalarında  həm  rəsmi,  həm  də  azad 

valyuta  kursları  mövcud  olur.  Rəsmi  kursa  əsasən  dövlətin valyuta  ilə bağlı olan 

bütün  əməliyyatları  tətbiq  edilir.  Valyutanın  azad  kurs  siyasəti  banklararası 

maliyyə  sövdələşmələrində  tələb  və  təklifin  təsir  gücü  altında  formalaşır.  Lakin 

azad kurs rəsmi kursa əsaslanır. Valyuta kursunun formalaşmasına dövlətin iqtisadi 

siyasəti, tədiyyə balansının vəziyyəti və s. təsir göstərir. 

Birjanın  mühüm  növlərindən  biri  də  əmək  birjasıdır.  Əmək  birjası  işçi  və 

işverənlərin  maraqlarını  razılaşdıran,  iş  qüvvəsinə  tələb  və  təklifi  uzlaşdırmaq, 

işsizlərə  sosial  yardım  göstərən  vasitəçi  təşkilatdır.  Dövlətə  məxsus  olan  əmək 

birjası əsasən aşağıdakı vəzifələri yerinə yetirir: ərazidəki işsizlərin və boş yerlərin 

(vakansiyaların)  uçotu;  işsiz  statusu  almışlara  maddi  yardım;  işsizlərə  yeni 

ixtisasların  öyrədilməsi  və  onların  ixtisaslarının  artırılmasının  təşkili;  işsizlərə 

müxtəlif  məsləhətlərin  verilməsi  və  s.  İşsişlərə  verilən  müavinətin  miqdarı  və 

müddəti hər bir ölkənin qanunvericiliyinə əsasən müəyyən olunur. Əgər işsiz əmək 

birjası  tərəfindən  təklif  olunan  yerə  getməkdən  boyun  qaçırarsa  o,  işsizliyə  görə 

müavinətdən məhrum olur. Onu da qeyd etmək lazımdır ki, əmək birjası tərəfindən 

göndərilən  iş  qüvvəsini  sahibkar  işə  götürməyə  də  bilər,  yəni  əmək  birjasının 

göndərişi sahibkar üçün qanun deyildir. 

Birjada  kütləvi  istehsal  olunan,  daimi  tələb  olunan  standart  əmtəələr 



34 

reallaşdırılır.  Bu  proseslə  broker  və  dilerlər  məşğul  olurlar.  Brokerlər  müştərilər 

(maraqlı  tərəflər)  arasında  sövdələşmənin  aparılmasına  köməklik  edir.  Onlar 

müştərilərin tapşırığı və onların hesabına alqı-satqı müqavilələri bağlayır və buna 

görə haqq  alır.  Brokerlər  müştərilərə bazarın öyrənilməsini,  reklam,  kredit almaq 

kimi  xidmətlər  də  göstərə  bilər.  Dilerlər  isə  öz  hesabına  əmtəəni  alıb-satmaqla 

məşğul  olan  fiziki  və  ya  hüquqi  şəxsdir.  Onların  qazancı  əmtəənin  alış-satış 

qiymətləri arasındakı fərqdən ibarətdir. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin