M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə52/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   48   49   50   51   52   53   54   55   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


Burada R-universal qaz sabiti, M-qazın molyar kütləsi, T- qazın mütləq temperaturudur.

Deməli, istilik tutumlarının nisbəti təyin etmək üçün verilmiş qazın temperaturunu və həmin qazda səsin yayılma sürəti məlum olmalıdır.

Elastiki mühitdə səs mənbəyinin yaratdığı rəqslər qonşu hissəciklər arasındak təsir nəticəsində digər hissəciklərə ötürülür. Beləliklə, rəqslər mühitdə müəyyən ʋ sürətilə yayılır.

Rəqslərin mühitdə müəyyən istiqamətdə yayılma prosesinə dalğa deyilir. Dalğanın yayılma istiqaməti ilə hissəciklərin rəqs istiqamətlərinin qarşılıqlı vəziyyətlərinə görə dalğalar eninə və uzununa olur. Hissəciklərin rəqsi dalğanın yayılma istiqamətində olarsa belə dalğalara uzununa, perpendikulyar olarsa, belə dalğalan eninə dalğalar deyilir. Səs dalğaları maye və qazlarda uzununa, bərk cisimlərdə isə həm uzununa, həm də eninə dalğalar şəklində yayılır.



Səsin havada yayılması səs mənbəyi ətrafında havanın sıxlaşması və seyrəkləşməsi ilə əlaqədadır. Eyni fazada rəqs edən iki qonşu hissəcik arasındakı ən qısa məsafəyə dalğa uzunluğu () deyilir. Uzununa dalğalarda dalğa uzunluğu iki qonşu sıxlaşma və ya seyrəkləşmə nöqtələri arasındakı məsafə (Şəkil 1a), eninə dalğalarda isə iki qonşu qabarıq və ya iki qonşu çökək nöqtələri arasındakı məsafəyə bərabərdir (şəkil 1b).

Şəkil 1


Səs dalğaları hər hansı mühitdə yayılan zaman səsin yayılma istiqamətinə perpendikulyar qoyulmuş qaytarıcı mühitlə rastlaşdıqda ondan əks olunur və onun əksi istiqamətində yayılır. Bu iki rəqsin toplanması nəticəsində durğun dalğa alınır (şəkil 2).

Şəkil 2


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin