Cisimlərin ətalət momentini burulma rəqqası adlı cihazla təyin etmək olar. Burulma rəqqası ağırlıq qüvvəsi sahəsində nazik elastiki teldən asılmış ixtiyari cisimdir. Belə cisimi tərpənməz tel ətrafında müəyyən kiçik bucaq qədər döndərdikdə teldə dönmə bucağı ilə mütənasib olan qaytarıcı qüvvə yaranır. Bunun nəticəsində də cisim tel ətrafında harmonik rəqslər icra edir (Şəkil 1). Burulma rəqsləri icra edən cisimin hərəkəti üçün fırlanma hərəkəti dinanikasının əsas tənliyini tətbiq etsək