LABORATORİYA İŞİ № 1
BURULMA RƏQQASI VASİTƏSİLƏ BƏRK CİSİMLƏRİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ
İşin məqsədi: Burulma rəqqası vasitəsi ilə cisimlərin ətalət momentini təyininin öyrənilməsi.
Ləvazimat: Ətalət momentini təyin etmək üçün cihaz, müxtəlif forma və ölçüyə malik cisimlər, saniyəölçən, etalon silindr, ştangenpərgar.
Qısa nəzəri məlumat
Maddi nöqtənin hərəkətini öyrənərkən impuls, qüvvə, kinetik eneji kimi kəmiyyətlərdən istifadə edirik. İrəliləmə hərəkəti edən cisimlərin bütün nöqtələri eyni trayektoriyalar üzrə hərəkət etdiklərindən onların sürətləri də eyni olur. Odur ki, irəliləmə hərəkəti icra edən cisimin kinetik enerjisini və ya impulsunu ifadə edən düstür maddi nöqtəninki ilə eyni olur.
Praktikada fırlanan cisimlərlə tez-tez rastlaşırıq: generatorların və mühərriklərin rotorları, vintlər, müxtəlif tipli nazimçarx və vallar buna misal ola bilər. Fırlanma hərəkətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, cismi təşkil edən ayrı-ayrı nöqtələr mərkəzləri eyni bir ox üzərində yerləşən müxtəlif radiuslu çevrələr üzrə hərəkət edir və onların xətti sürətləri fərqli olur. Əgər bərk cisim fırlanma hərəkəti icra edirsə, bu halda müxtəlif dinamik kəmiyyətləri bütün nöqtələr üçün eyni olan bucaq sürəti ilə ifadə etmək zərurəti yaranır. Bu səbəbdən hərəkəti təsvir etmək üçün qüvvə momenti, impuls momenti, ətalət momenti kimi bir sıra yeni fiziki kəmiyyətlər daxil etmək zərurəti yaranır.
Ətalət momenti cisimdə kütlənin fırlanma oxuna nəzərən paylanmasını xarakterizə edən fiziki kəmiyyət olub, fırlanma hərəkətində onun ətalətliliyini xarakterizə edir:
və ya
Dostları ilə paylaş: |