alınır. Burada, t1 və t2 uyğun olaraq m1 və m2 yüklərinin h yüksəkliyindən düşmə müddətləridir. Tədqiq edilən cismin ətalət momentini təyin etmək üçün əvvəlcə təcrübə həmin cisimi D diski üzərinə bərkitməklə, sonra isə onu disk üzərindən götürməklə aparılır.
İşin gedişi. Ştangenpərgar vasitəsi ilə barabanın radiusunu (r) təyin etməli.
Ətalət momenti təyin edilən cisim D diski üzərinə qoyularaq, onu sıxaclarla müəyyən yerdən diskə bərkitməli.
Yüklərdən birini çəngəl üzərinə qoyaraq, ipi B barabanına sarımaqla, həmin yükü yuxarı qaldırmalı və bu vəziyyətdə saxlamalı.
Diski saxlayan mexanizmi açmaqla yükü aşağı buraxmalı və yükün düşmə müddətini təyin etməli. Bu qayda ilə təcrübəni ikinci yüklə də təkrar etməli.