M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə73/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   69   70   71   72   73   74   75   76   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


LABORATORİYA İŞİ № 13

DAMCI ÜSULU İLƏ MAYENİN SƏTHİ GƏRİLMƏ ƏMSALININ TƏYİNİ

İşin məqsədi: Mayelərdə səthi gərilmə hadisəsinin öyrənilməsi və səthi gərilmə əmsalının təcrübi təyini.

Ləvazimat: Damcılladıcı şüşə boru, dəqiq tərəzi, çəki daşları, kiçik stəkan, mikrometr və ya ştangenpərgar.

Qısa nəzəri məlumat.

Maye molekulları arasında qarşılıqlı təsir qüvvəsi məsafənin artması ilə kəskin sürətdə azalır. Ona görə də hər bir molekul ancaq öz ətrafındakı müəyyən məsafədə olan digər molekullara təsir göstərə bilər.

Molekulların təsir göstərə bildiyi sferaya molekulyar təsir sferası deyilir. Maye içərisində götürülmüş hər hansı bir A molekulasına təsir sferası daxilindəki bütün molekullar təsir edir (şəkil 1 ). Şəkil 1


Bu qüvvələr hər tərəfdən eyni olduğu üçün bir-birini tarazlaşdırır.Ona görə də maye içərisindəki bu cür molekullar arasında olan molekulyar təsir qüvvəsinin rolu, molekullar arasındak məsafəni nizama salmaqdan ibarət olur.

Mayenin üst təbəqəsində olan B molekulunun təsir sferasının bir hissəsi mayedən kənardadır.



Mayenin sıxlığı maye üzərində olan buxar və qazın sıxlığından çox böyük olduğu üçün, sferanın mayedən kənarda qalan hissəsindəki molekulların vahid həcmdəki sayı, maye içərisindəki hissəsində olan molekulların həmin həcmdəki sayından çox-çox az olacaqdır. Onun nəticəsi olaraq B molekuluna maye tərəfindən olan təsir, qaz və buxar tərəfindən olan təsir qüvvəsindən böyük olacaqdır. Birtərəfli olan bu təsir qüvvəsi nəticəsində mayenin üst təbəqəsindəki molekullar aşağı təbəqələrə müəyyən təzyiq göstərəcəkdir. Bu təzyiqə molekulyar təzyiq deyilir. Molekulların istilik hərəkəti nəticəsində orta kinetik enerjiləri eyni olduğundan, nəticədə mayenin üst təbəqəsindəki molekulların sərbəst enerjisi (potensial enerji ilə kinetik enerjinin fərqi) alt təbəqədəki molekulların sərbəst enerjisindən artıq olur. Məlumdur ki, sistem həmişə elə bir vəziyyət almaq istəyir ki, onun səthi verilmiş həcmdə ən kiçik olmuş olsun. Sfera isə bu səthlərdən ən kiçiyidir. Odur ki, molekulyar təzyiq qüvvəsi nəticəsində maye səthi dartılmış sfera şəklini almağa çalışır.

Bu hadisəyə səthi gərilmə hadisəsi deyilir. Səthi gərilmə qüvvəsi mayenin səthini daim kiçiltməyə çalışır.Mayenin səthi gərilməsini səthi gərilmə əmsalı ilə xarakterizə edirlər.



Mayenin vahid səthinin sərbəst enerjisinə və ya səthinin kənarına çəkilmiş xəyalı xəttin vahid uzunluğuna düşən səthi gərilmə qüvvəsinə bərabər olan fiziki kəmiyyətə mayenin səthi gərilmə əmsalı deyilir:



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin