İşin gedişi. Sarğılar müstəvisini meridian müstəvisinə gətirməli. Bu halda maqnit əqrəbi sarğı müstəvisində yerləşəcək.
Açarı qapayaraq cərəyan şiddətini maqnit əqrəbi 30-60° meyl edənə qədər artırmalı (45°-yə yaxın bucaqlarda daha yaxşı nəticələr alınır). Uyğun cərəyan şiddətini I və φ bucağını qeyd etməli.
Sarğıların radiusu R və sayını n (adətən, bu rəqəmlər tangens-qalvanometrin üzərində göstərilir) bilərək (4) düsturuna görə HII - ın qiymətini hesablamalı.
Təcrübəni cərəyan şiddətinin müxtəlif qiymətlərində aparmalı. Təcrübənin mütləq və nisbi xətasını hesablayın.
Hesablama cədvəli
№
I
φ
n
R
HII
1
2
3
4
Laboratoriya işinə aid suallar. Cərəyanlı naqilin maqnit sahəsi. Maqnit sahəsinin intensivliyi və maqnit induksiyası. Bio-Savar-Laplas qanunu. Dairəvi cərəyanın mərkəzdə və oxu üzərində yaratdığı maqnit sahəsinin intensivliyi.
Yüklü zərrəciyi xarakterizə edən əsas kəmiyyətlər onun yükü və kütləsidir. Yüklü zərrəciyin elektrik və maqnit sahəsində hərəkət trayektoriyası bu sahələrin xarakteristikası və zərrəciyin xüsusi yükü ilə təyin edilir. Zərrəciyin yükünün q onun kütləsinə m nisbətinə (q/m) zərrəciyin xüsusi yükü deyilir. BS- də xüsusi yükün vahidi Kl/kq-dır.
Təcrübədə istənilən yüklü zərrəciyin xüsusi yükünü təyin edib, q-yükünü bilməklə böyük dəqiqliklə onun kütləsini tapmaq olar. Qeyd etmək lazımdır ki, vaxtilə təbiəti məlum olmayan zərrəciklərin xüsusi yükünün təcrübi yolla təyini elektronun özünün kəşfinə gətirib çıxarmışdır.