İşin gedişi. Əvvəlcə rəqqası (Şəkil 1) tarazlıq vəziyyətindən 7-8 sm uzaqlaşdırmaqla onu rəqsi hərəkətə gətirməli.
Rəqqasın tarazlıq vəziyyətindən maksimum uzaqlaşma anından birinə uyğun gələn məsafəni (A1) qeyd etməli. Bu andan başlayaraq tam rəqslərin sayınıN,bu rəqslərə sərf olunan t - zamanını və rəqqasın bu axırıncı rəqsinə uyğun gələn maksimum uzaqlaşma məsafəsini (AN) qeyd etməli.
Rəqqasın birinci və sonuncu rəqsinə uyğun amplitud qiymətlərinin nisbətini loqarifmləməklə lnK - nın qiymətini hesablamalı.
Təcrübədən t, N, T və lnK - nın tapılmış müvafiq qiymətlərinə görə loqarifmik dekrementi , sönmə əmsalını və effektivliyini D hesablayın.
Təcrübəni 4-5 dəfə təkrar aparmaqla loqarifmik dekrement, sönmə əmsalı, effektivliyin orta qiymətlərini və ölçmənin nisbi xətasını hesablayın.