M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə45/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   41   42   43   44   45   46   47   48   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

kimi münasibətlərlə bağlıdır. Sərbəstlik dərəcəsinin sayı, cismin (molekulun) fəzadakı vəziyyətini təyin edə bilən və bir-birindən asılı olmayan sərbəst koordinatların sayına deyilir. Bu münasibətlərdən alırıq ki,

Cp=Cv+R .

Yəni sabit təzyiqdəki molyar istilik tutumu sabit həcmdəki molyar istilik tutumudan universal qaz sabiti (R) qədər böyükdür.



(3) ifadəsini nəzərə alaraq istilik tutumlarının nisbəti üçün

yaza bilərik.



Qazların xüsusi istilik tutumlarının, xüsusən Cv -nin təcrübi yol ilə təyini çox çətindir. Hər hansı qazın sabit həcmdə xüsusi istilik tutumunu təyin etmək üçün onu müəyyən həcmdə qaba doldurmaq lazım olur. Qazın kütləsi qabın kütləsindən olduqca az olduğundan qazın qızmasına sərf olunan istilik miqdarı qabın qızmasına sərf olunan istilik miqdarından xeyli az olur. Ona görə də qazın aldığı istilik miqdarı təcrübənin xətası tərtibində olur. Sabit təzyiqdə qazın cp xüsusi istilik tutumunu ölçmək üçün isə qızdırılmış qaz sabit təzyiq altında kalorimetr içərisinə qoyulmuş ilanvari borudan keçirilir və qaz istiliyini kalorimetrə verir. Şübhəsiz ki, bu halda buraxılan qazın miqdarını ilanvari borunun kütləsindən çox götürmək lazım gəlir. Beləliklə, cp - nin ölçülməsi daha dəqiq olur. Bir sıra fiziki məsələlərin həlli üçün qazların istilik tutumlarının nisbətini bilmək vacibdir.

Digər tərəfdən məlum olarsa Cpni təcrübədən təyin edərək Cv –ni asanlıqla hecablamaq olar. Cp/Cv nisbətinin təcrübədə ölçülməsi üsullarından biri də Kleman və Dezorm üsuludur.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin