İşin gedişi.
Tədqiq ediləsi çubuğun enini və qalınlığını ölçməklə onu prizmalar üzərinə qoymalı və prizmaların tilləri arasındakı məsafəni ölçməli (bu halda çubuğun ucları hər iki prizmadan eyni qədər kənara çıxmalıdır).
Çubuğun ortasından asılmış çəngəlin üzərinə müxtəlif yüklər qoymaqla bunlara uyğun şkaladakı şüanın yerdəyişməsini təyin etməli.
Hər nyuton qüvvəyə düşən yerdəyişməni ∆l təyin etdikdən sonra, R və r-in məlum qiymətlərinə görə (5) ifadəsinə görə E-in qiymətini hesablamalı.
Təcrübəni müxtəlif yüklər üçün bir neçə dəfə təkrar aparmalı Yunq modulu üçün alınmış nəticələrə görə təcrübənin nisbi xətasını hesablayın.
Hesablama cədvəli
№
|
R, m
|
L, m
|
r, m
|
a, m
|
b, m
|
F, N
|
∆l,m
|
E, Pa
|
1.
|
|
|
|
|
|
|
|
|
2.
|
|
|
|
|
|
|
|
|
3.
|
|
|
|
|
|
|
|
|
Laboratoriya işinə aid suallar. Bərk cisimin deformasiyası. Huk qanunu. Gərilmə diaqramı.
LABORATORİYA İŞİ № 9
KLEMAN-DEZORM ÜSULU İLƏ QAZLARIN İSTİLİK TUTUMLARININ Cp/Cv - NİSBƏTİNİN TƏYİNİ
İşin məqsədi: Qazlarda istilik tutumlarının nisbətinin təyininin Kleman və Dezorm üsulu ilə tanışlıq və hava üçün bu nisbətin təyini.
Ləvazimat: Həcmi 5-10 litr olan şüşə balon, manometr və hava nasosu.
Qısa nəzəri məlumat.
Ədədi qiymətcə bir kiloqram maddənin temperaturunu 1 K artırmaq üçün ona verilən istilik miqdarına bərabər olan fiziki kəmiyyətə xüsusi istilik tutumu (c), maddənin bir molunun temperaturunu 1 K artırmaq üçün ona verilən istilik miqdarı ilə ölçülən fiziki kəmiyyətə isə molyar istilik tutumu (C) deyilir. Molyar istilik tutumu ilə xüsusi istilik tutumu arasında
C = M c (1)
kimi münasibət vardır. Burada M götürülmüş maddənin molyar kütləsidir.
Sabit həcmdə və sabit təzyiqdəki istilik tutumlarını bir- birindən fərqləndirmək lazımdır.
Sabit həcmdə xüsusi və molyar istilik tutumları uyğun olaraq cv və Cv, sabit təzyiqdəki uyğun istilik tutumları isə cp və Cp ilə işarə olunur və bunlar arasındakı münasibət də (1) ifadəsinə anoloji olaraq təyin olunur:
Cv = Mcv və Cp = Mcp (2)
Sabit həcmdə götürülmüş bir mol qaza xaricdən verilən istilik miqdarı onun yalnız daxili enerjisinin artmasına sərf olunursa, sabit təzyiqdə isə bu istilik miqdarı həm onun daxili enerjisinin artmasına, həm də qazın xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur. Ona görə də Cp > Cv olur. Bu istilik tutumları qaz molekullarının sərbəstlik dərəcəsinin sayı (i) ilə
(3)
Dostları ilə paylaş: |