Mayelərin özlülük əmsalını müxtəlif üsullarla təyin etmək olar. Bu üsullardan biri də Stoks üsuludur. Stoks üsulu bərk cisimin özlü maye içərisində hərəkəti zamanı sürtünmə qüvvəsinin meydana çıxmasına əsaslanır. Stoks müəyyən etmişdir ki, bu qüvvə cisimin mayeyə nəzərən nisbi sürətindən, cisimin forma və ölçülərindən, eləcə də mayenin özlülüyündən asılıdır. Xüsusi halda r radiuslu kürənin maye daxilində kiçik sürətlərində hərəkəti zamanı meydana çıxan müqavimət qüvvəsi aşağıdakı ifadə ilə təyin olunur,