Mayenin səthi gərilmə əmsalını təyin etmək üçün müxtəlif üsullar vardır. Onlardan biri də damcı üsuludur. Maye ucu nazik olan borudan damcılayarkən, qopmamışdan əvvəl şəkil 2 göstərildiyi kimi olur.
Tutaq ki, maye damcılayan borunun xarici radiusu R-dir. Damcı bu borudan ancaq müəyyən şəraitdə qopa bilir. Damcının qopmasına səbəb ona təsir edən ağırlıq qüvvəsi, onu borunun ağzında saxlayan isə AB boğazına təsir edən səthi gərilmə qüvvəsidir (şəkil 2).
Damcının çəkisi AB boğazına təsir edən səthi gərilmə qüvvəsinə bərabər olduqda damcı qopur. Yəni olur.
Burada, P - damcının çəkisi (P=mg), - səthi gərilmə əmsalı, r- isə AB boğazının radiusudur.
Təcrübələr göstərir ki, divarlarının qalınlığı 1 mm-ə qədər olan nazik şüşə boruların ucu oxuna perpendikulyar kəsildikdə ondan qopan damcıların qırıldığı yerdə boğazının radiusu r borunun xarıcı radiusunun R 62 % - ni təşkil edir:
Beləliklə,
Dostları ilə paylaş: |