Təcrübədə özlülüyü məlum maye kimi adətən su götürülür. Ona görə də (3) düsturundakı suyun sıxlığı, onun axma müddəti, isə onun daxili sürtünmə əmsalıdır. Daxili sürtünmə əmsalını təyin etmək üçün Ostvald viskozimetrindən istifadə edilir.
Şəkil 1-dən göründüyü kimi Ostvald viskozimetri U şəkildə DABC borusundan ibarətdir. Bu borunun A və B yerləri kürəvidir. A kürəsinin həcmi 3-5 sm3 -dir. B kürəsi L kapilyarı ilə birləşdirilmişdir. B kürəsinin yuxarı və aşağısında a və b nişanları vardır. Bu nişanlar eyni həcmdə olan mayelərin axma müddətini təyin etməyə imkan verir. Tədqiq edilən mayenin temperaturunu təcrübə müddətində sabit saxlamaq üçün viskozimetr termostat içərisinə daxil edilmişdir.
İşin gedişi.
Əvvəlcə viskozimetrin içərisini tədqiq ediləsi maye ilə yaxalamalı. Həmin maye ilə A və B kürəsini elə doldurmalı ki, maye B Şəkil 1
kürəsinin a niçanından bir
qədər yuxarı qalxmış olsun.
Viskozimetrin D ağzını açmaqla B kürəsindəki mayeni axıtmalı. Mayenin səviyyəsi a nişanını keçəndə saniyəölçəni işə salmalı, maye səviyyəsi b -dən keçəndə saniyəölçəni dayandıraraq mayenin axma müddəti - i təyin etməli. Bu qayda ilə təcrübəni 3-5 dəfə aparmalı.
Tədqiq edilən mayenin və suyun sıxlıqlarının, eləcə də suyun daxili sürtünm əmsalının məlum qiymətlərinə əsasən (3) düsturundan tədqiq edilən mayenin daxili sürtünmə əmsalını təyin etməli.
Təcrübəni 3-4 dəfə təkrar etməklə alınmış qiymətlərə görə təcrübənin mütləq və nisbi xətasını hesablayın.