İşin gedişi. Metal naqillərin uzunluğunu və üç yerdə diametrini ölçməli.
Reostatın sürgüsünün yerini dəyişməklə ampermetrin və voltmetrin göstərişlərini qeyd etməli.
(3) və (4) düsturlarından istifadə edərək naqillər üçün müqavimətin və xüsusi müqavimətin qiymətlərini hesablamalı. Alınmış nəticələrə əsasən təcrübənin nisbi xətasını hesablamalı.
Hesablama cədvəli
№
1-ci naqil
2-ci naqil
U
I
R
d
S
U
I
R
d
S
1.
2.
3.
Laboratoriya işinə aid suallar. Elektrik cərəyanı. Cərəyan şiddəti. Cərəyan sıxlığı. Müqavimət, xüsusi müqavimət, xüsusi elektrik keçiriciliyi. Metalların keçiriciliyinin klassik elektron nəzəriyyəsinə görə izahı.
Metallarda elektrik cərəyanı sərbəst elektronların istiqamətlənmiş hərəkətindən ibarətdir. Xarici elektrik sahəsinin təsiri ilə onlar sahənin əksi istiqamətdə hərəkət edir. Elektronlar eyni zamanda həm xaotik, həm də nizamlanmış hərəkətdə iştirak etdiklərindən hərəkət zamanı onlar kristal qəfəsin ionları ilə toqquşmalara məruz qalır. İki ardıcıl toqquşma arasındakı yolda () elektronlar sahənin təsiri ilə təcillə hərəkət edərək toqquşma anında