M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


M. 9. DİALEKTİKA, ONUN QANUN VƏ KATEQORİYALARI



Yüklə 276,46 Kb.
səhifə35/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
C fakepathmuhazir' felsefe'2021

M. 9. DİALEKTİKA, ONUN QANUN VƏ KATEQORİYALARI
9.1. Dialektikanın mahiyyəti,strukturu və prinsipləri

9.2. Dialektikanın qanunları.

9.3. Dialektikanın kateqoriyaları
9.1. Dialektikanın mahiyyəti,strukturuvə prinsipləri
Dialektika yunan sözü olub mübahisə etmək, mübahisə aparmaq bacarığı deməkdir.

Qədim Yunanıstanda dialektika dedikdə, mübahisə yolu ilə müsahibin mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa düşülürdü.

Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətində geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquşması və uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı. Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və sonralar da davam etmişdir. Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir tam kimi baxan, onu əbədi hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında tə"limə çevrilmişdir. Fəlsəfi fikir tarixində ilk dəfə Hegel dialektikanı bitkin nəzəri sistem şəklinə salmışdır. O dialektikanın anlayışlar aparatını işləyib hazırlamışdır. Dünyanın və idrakın universal əlaqələrini və inkişafını əks etdirən dialektik qanunların kəşfi də Hegelin xidmətidir.

Dialektika obyektiv və subyektiv dialektika olmaqla iki yerə bölünür. Obyektiv dialektika insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan varlığın özünün dialektikası, subyektiv dialektika isə obyektiv dialektikanın subyekt, insan, bəşəriyyət tərəfindən fərdi və ictimai şüurda əks olunmasıdır.

Fəlsəfi elm olmaq e'tibarilə dialektika inkişaf edən və getdikcə dolğunlaşan biliklər sistemidir. Bu sistemin əsasını müəyyən prinsiplər, qanunlar və kateqoriyalar təşkil edir. Dialektikanın prinsipləri onun əsasını təşkil edən başlanğıc müddəalardır. Dialektikanın əsas prinsipləri bunlardır: hadisəiərin ən ünıumi əlaqəsi prinsipi, obyektivlik prinsipi, inkişaf prinsipi, determinizm prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə ilə praktikamn vəhdəti prinsipi və b. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və münasibətləri əks olunmuşdur. Dialektikanın qanunları və kateqoriyaları da onun zəruri komponentləridir. Dialektika həmçinin nəzəriyyə və metodun vəhdətidir.

Dialektika mürəkkəb struktura malik olub, dörd tərkib hissədən ibarətdir.

Əvvala, dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi tə'limdir. İkincisi, cəmiyyət haqqında onun tarixi hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. Üçüncüsü, dialektika təfəkkür haqqında, onun formaları və qanunları haqqında fəlsəfi tə'limdir, yə'ni dialektik məntiqdir. Nəhayət, dialektika idrak haqqında, onun forma və metodları haqqında fəlsəfi tə'limdir.

Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı nəticəyə gəlmək olar. Materialist dialektikanın strukturu təbiətin dialektikası, cəmiyyətin dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir.

Fəlsəfi elm olmaq e'tibarilə dialektikanın mürəkkəb xarakteri onun funksiyaları vasitəsilə açılır. Həm də bu halda dialektikanın funksiyalarının məzmunu onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi verilən tə'rifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıdakılardır:


  1. Ontoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş verən hadisələrin dialektik xarakterini tədqiq etməlidir.

  2. Məntiqi funksiya. Materialist dialektikanın bu funksiyası onun həm də təfəkkür haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anlayış və kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından istifadə etsələr də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. Bu vəzifəni yalnız məntiq olmaqla dialektika yerinə yetirir.

v) Qnoseoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun idrak haqqında tə'lim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici aləmi dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin qanunauyğunluqlarını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika məşğul olur.

q) Dünyagörüşü funksiyası. Materialist dialektikanın predmetindən belə nəticə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadəsini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist təlimdə tapır.



  1. Metodoloji funksiya. Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, materialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliyyətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi metodoloji prinsiplərlə silahlandırır.

  2. Qabaqgörənlik funksiyası. İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli tə'lim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi irəlicədən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil edən materialist dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək, dərin intuisiya, zəngin təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.

Dialektikanın yuxanda qeyd etdiyimiz prinsiplərdən ikisi predmet və hadisələrin ən ümumi əlaqəsi və inkişaf prinsipləri xüsusi əhəmiyyətə malik olduğundan onlar üzərində ayrıca dayanmaq lazımdır.

Obyektiv aləmin mühüm xassələrindən birini predmet və hadisələrin ən ümumi əlaqəsi təşkil edir. Dialektika belə hesab edir ki, dünya bütöv bir tamdır və onu təşkil edən bütün predmet və hadisələr ümumi qarşılıqlı əlaqədədir. İlk baxışda təcrid olunmuş kimi görünən predmet və hadisələr arasında çox müxtəlif əlaqələr vardır. Bəs əlaqə nədir?

Əlaqə obyektlər arasında mövcud olan şərtlənmədir ki, onu bilmək predmet və hadisələrin yalnız keçmiş və indiki halını deyil, həm də gələcək halını müəyyən etməyə imkan verir. "Əlaqə" anlayışı həcmcə "hərəkət" və "inkişaf anlayışlarından daha geniş olub, yalnız dəyişikliyi və prosesləri deyil, ümumiyyətlə, hadisələrin hər cür şərtlənməsini və asılılığını ifadə edir.

Elmdə əlaqənin iki növü: aktual(dinamik) və genetik növləri fərqləndirüir. Aktual əlaqə baxılan anda obyektlər və orqanların ünsürləri arasında qarşılıqlı tə'sirdir. Aktual əlaqə dinamik əlaqə olub hökmən müəyyən qüvvə vasitəsi ilə həyata keçirilir. Məsələn, cismlərin cazibəsi, qarşılıqlı tə'siri aktual əlaqədir. Genetik əlaqə isə bilavasitə qarşılıqlı tə'sirdə olmayan bir cinsli obyektlərin və eyni bir prosesin müxtəlif hallarının ümumi cəhətlərini ehtiva edən əlaqədir. Məsələn, Uralda bitən şam ağacı ilə Şimali Qafqazda bitən şam ağaclarının ümumi cəhətləri onların genetik əlaqəsini əks etdirir.

Real əlaqələri mürəkkəblik dərəcəsinə, xarakterinə, dərinliyinə, ümumilik dərəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız maddi və mə'nəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi əlaqələri öyrənir. Bu əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri-mühüm, zəruri və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar.

İki və daha çox predmet bir-birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı əlaqə müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə müstəqim, bilavasitə əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitəli) xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə deyil, müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili əlaqə predmetin, hadisənin cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə edən başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində orqanizmlərin əlaqələri daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici əlaqədir.

Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bə'zi əlaqələr müəyyən prosesin inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən hadisə üçün vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr mühüm, yerdə qalan müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür. Məsələn, bitkilərin Günəş ilə əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi olmadan onlar yaşaya bilməz. Bitkilərin başqa səma cismləri ilə əlaqəsi isə qeyri-mühümdür.

Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı gedişində əlaqələrin müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar - qarşılıqlı tə'sir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və təzahür, imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır.

Yuxanda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri genetik, yə'ni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Buna görə də inkişaf prinsipi dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın obyektiv aləmin predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı olduğunu göstərir. Obyektiv aləmdə qarşılıqlı tə'sir sayəsində heç bir şey dəyişməz qalmır, hər şey dəyişir, bir haldan başqa hala keçir. Onlardan bə'ziləri sadədən mürəkkəbə keçidi ifadə edir və buna görə yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi hərəkəti təşkil edir. Bir qism dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi obyektlərinin sadələşməsinə və ya dağılmasına səbəb olur və buna görə də tənəzzül hərəkətini təşkil edir. Buradan aydındır ki, hərəkət və inkişaf nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Hərəkət dedikdə hər cür dəyişiklik nəzərdə tutulduğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş verən hərəkətdir.

Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm cəmiyyətdə, həm də təfəkkürdə baş verir.

Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın fasiləsiz və qanunauyğun inkişafını qəbul etməkdir.

Ümumiyyətlə dialektika dedikdə elə bir təfəkkür üsulu və nəzəriyyə başa düşülür ki, o dünyadakı obyektləri qarşılıqlı əlaqədə, ziddiyyətlilikdə və inkişafda götürür. Dialektika bütöv bir sistemdir, onun tərkibinə prinsiplər ilə yanaşı qanunlar və kateqoriyalar da daxildir.Bu üç tərəfinhər biri bir-biri ilə sıx əlaqəlidir.



Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin