M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə37/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
C fakepathmuhazir' felsefe'2021

9.3. Dialektikanın kateqoriyaları
Kateqoriyalar gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinlik, struktur, sistemlilik və i.a. əlaqə və münasibətləri ifadə edir, "Kateqoriya" yunan dilində "fikir söyləmək", "mülahizə yürütmək", "mühakimə etmək", "şahidlik etmək" və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğunluğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır.

Kateqoriyaların ümumi təsnifini, növlərini belə qruplaşdırmaq olar: a) ontoloji və ya substantiv kateqoriyalar. Bunlar mövcudluğun əsasına qoyulan, substansional səciyyə daşıyan kateqoriyalardır, onlara materialist, idealist, dualist münasibətlər xasdır. ''Varlıq", "materiya", "ideya", "təfəkkür", "şüur" və i,a. belə ontoloji kateqoriyalardır; b) atributiv kateqoriyalar. Bunlar ontoloji kateqoriyaların mövcudluğu formalarını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların mahiyyət və mövcudluğunu şərtləndirirlər. "'Məkan", "zaman", "hərəkət", "inkişaf", "zıddiyyət", "keyfiyyət", "kəmiyyət", "ölçü", "hal" və i.a. belə atributiv kateqoriyalardır; v) nisbət və ya relyativ kateqoriyalar. Onlara "cüt kateqoriyalar"da deyilir. Bunlar üçün əsas əlamət odur ki, onlar ikitərəflidir (tək və ümumi, səbəb və nəticə, zərurət və təsadüf və s.), birinin mövcudluğu digərini də tələb edir, onlar ayrılıqda mövcud ola bilməzlər. Bu kateqoriyalar universallıq, struktur, səbəbiyyət (determinlik), sistemlilik və s. kimi əlaqələri əks etdirən kateqoriyalar yarımqruplarına aiddirlər. Ən ümumi və ya universal əlaqələri əks etdirən kateqoriyalar: tək, xüsusi və ümumi, qanun və qanunauyğunluq, mahiyyət və hadisə. Struktur əlaqələrini ifadə edən kateqoriyalar: hissə və tam; sistem, struktur və element; məzmun və forma. Determinlik və ya səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə; zərurət və təsadüf; imkan və gerçəklik və i.a.

1. Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar

a) Tək, xüsusi və ümumi. Hər bir əşya, hadisə və prosesdə yalnız onun özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Məhəmməd və b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. vardır. Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir, təklənir. Deməli, obyektiv aləmin məlum konkret fərdi əşyası, hadisə və prosesi təki (təkcəni, "ayrıca"nı) təşkil edir. Tək - özünəməxsus keyfiyyət, zaman, məkan və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir.

Ümumi-odur ki, onun vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı əşya, hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, ümumi-ayrıca götürülmüş xüsusi əşya, hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur; ümumi-təkin başqaları ilə eyni qrup, sinif və millətə mənsub olduğunu bildirən ümumi əlaqələr sisteminin ifadəsidir.

Gerçəklikdə konkret real predmet təkdir; lakin mütləq tək predmet mövcud ola, yaşaya bilməz; o, yalnız ümumi ilə, milyon tellərlə başqaları ilə əlaqə və vəhdətdə mövcuddur. Odur ki, konkret real predmet həm də ümumidir, başqaları ilə əlaqədə mövcuddur. Ümumi ilə tək arasında möhkəm dialektik qarşılıqlı əlaqə vardır.

Xüsusi-ümumi ilə təkcə arasında əlaqə formasıdır; təki ümumiyə aparan əlaqədir, yoldur. Hər bir əşya, hadisa və prosesdə tək və ümumi arasındakı dialektik qarşılıqlı əlaqəni "xüsusi" fəlsəfi kateqoriyası ifadə edir. Məsələn, bitki ümumini, taxıl xüsusini, arpa təki ifadə edir və s.

c) Mahiyyət və təzahür - dialektikanın ən ümumi, universal kateqoriyalarından biridir. Mahiyyət-cisim, hadisə və prosesin müəyyənliyidir, mənliyidir, onu başqa cisim, hadisə və proseslərdən fərqləndirən, onu məhz həmin cisim və hadisə edən başlıca keyfiyyətdir.

Mahiyyət cisim, hadisə və prosesin daxili mənası, nisbi sabit cəhəti, özünəməxsusluğudur. Fəlsəfə üçün "mahiyyət" anlayışı hər hansı sistemi, substansiyanı başqalarından fərqləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Təzahür - mahiyyətin xarici ifadəsi, formasıdır; təzahür - elə konkret cisim, hadisə və prosesdir ki, onun vasitəsilə gerçəkliyin və onun müxtəlif tərəflərinin mahiyyəti, müəyyənliyini zahirən ifadə olunur; təzahür edir. Mahiyyət təzahür vasitəsilə özünü göstərir.

Mahiyyət və təzahür (hadisə) arasında möhkəm qarşılıqlı əlaqələri vardır. Təsadüfi deyildir ki, mahiyyət anlayışından danışarkən onun məzmun anlayışına yaxın olduğu qeyd olunur. Lakin onlar bir– birinin eyni deyildir. Çünki məzmun müəyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda, mahiyyət predmetin başlıca daxili, nisbətən sabit tərəfidir və ya onun tərəfləri və münasibətlərinin məcmusudur. Mahiy­yət predmetin təbiətini müəyyən edir, predmetin bütün qalan tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Təzahür isə mahiy­yətin bilavasitə xarici vasitəsidir, onun meydana çıxması formasıdır.

Struktur əlaqələri ifadə edən kateqoriyalar.a) Məzmun və forma – struktur əlaqələrini ifadə edən kateqoriyalardan biridir. Bu və ya digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, tərəflərin, qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun deyilir. Forma isə məzmunun qurulması qaydaları, məzmunun təşkili sistemi və strukturunun ifadəsidir, onun tərkib hissələri arasında əlaqə vasitəsidir; həmin cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmunun ifadəsi və təzahürü vasitəsidir, onun mövcudluq üsuludur. Forma məzmunun zahiri ifadəsi deyil, ona daxilən xasdır.

Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı əlaqə və qarşılıqlı təsirdədir, obyektiv vəhdət halındadır. Onlar bir-birindən aynlıqda mövcud ola bilməzlər. Hər bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər.

Məzmun formanı müəyyən edir.

b) Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və onlar arasındakı əlaqələri məcmu halda ifadə edən və ya predmetin daxili tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks etdirən fəlsəfi kateqoriyadır. Məhz bu əlaqələr əsasında ayrı-ayrı predmet və hadisələr birləşib tamı əmələ gətirirlər, özləri də hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kateqoriyası bütövlük prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən hissələrin tamamlanması, məcmusu nəticəsidir.

3. Determinlik əlaqələrini ifadə edən kateqoriyalar

Determinlik – fəlsəfənin ən qədim prinsipi və konsepsi-yasıdır (latınca "determino" -"müəyyən edirəm" deməkdir). Bu, maddi və mənəvi aləm hadisələrinin obyektiv qanunauyğunlu-ğunun, qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir.

a) Səbəb və nəticə. Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi kökləri də var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbə­biy­yət (kauzallıq) – hadisələrin ən ümumi qanunauyğun əlaqəsi for­ma­larından biridir. Bütün elmlər hadisələrin meydana gəlməsi, inki­şafı və məhv olması səbəblərini aydınlaşdırmaq istəyir. Bilik hər şey­dən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb və nəticə an­la­yış­larını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cə­hət­lərini təcrid edir. Səbəb və nəticə bir-biri ilə bağlı anlayışlardır. Başqa bir ha­disəni doğuran hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümumi, universal əlaqədir.

b) Zərurət və təsadüf. Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi yerlərdən birini zərurət və təsadüf kateqoriyası tutur. Fəlsəfi determinizm obyektiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb-nəticə əlaqələrindən, qanun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət münasibətlərində müəyyənedici xarakter­is­tika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir konsep­siyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaşdırılması da tələb olunur. Zərurət – müəyyən şərait olduqda hökmən baş verən hadisədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qanunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr deyilir.

d) İmkan və gerçəklik.Dialektik fəlsəfə öyrədir ki, təbiət və cəmiyyət hadisələrinin çox müxtəlif qanunauyğun əlaqə formalarından biri imkanın gerçəkliyə çevrilməsidir.

Bu və ya başqa hadisələrin, proseslərin meydana gəlməsi imkanı maddi aləmin obyektiv qanunlarının fəaliyyətindən irəli gəlir və müəyyən şəraitdə gerçəklik olur, yaxud gerçəkliyə çevrilir. Təsadüfi deyildir ki, çox vaxt gerçəkliyə imkanın həyata keçməsi deyirlər. Geniş mənada gerçəklik dedikdə obyektiv surətdə mövcud olan bütün dünya, obyektiv reallıq başa düşülür. İmkan hadisələrin qanunauyğun hərəkətinin müəyyən meylini ifadə edir. Lakin imkan təkcə zərurətlə deyil, təsadüflə də bağlı olur. Bu və ya başqa imkan nəinki bir sıra hadisələrin qanunauyğun, zəruri hərəkətindən, habelə təsadüfi məcmusundan ibarət olur.

İmkanlar müxtəlif olur. İki növ imkanı – abstrakt (formal) imkan ilə real imkanı bir- biri ilə qarışdırmaq olmaz. Müəyyən qanunauyğunluğun olması ancaq abstrakt, formal imkanı şərt-ləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ gerçəkliyə çevrilə bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait yoxdur, əməli fəaliyyətdə formal imkana arxalanmaq olmaz ki, guya hər şey mümkündür. Abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şərait yetişdikdə reallaşa bilər. Buna görə də abstrakt (formal) imkanı imkansızlıq da hesab etmək düzgün olmazdı. İmkansızlıq-heç zaman reallaşa bilməyən hadisədir.




Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin