M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə40/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
C fakepathmuhazir' felsefe'2021

10.3. Biliyin mahiyyəti və stukturu
İdrak nəzəriyyəsinin mühüm məsələlərindən biri biliyin mahiyyəti, onun strukturu və yaranması mexanizmidir. Biliyin strukturunu və spesifikasını öyrəndikdə məlum olur ki, onun müxtəlif səviyyələri və tipləri vardır. Bilik maddi və mənəvi obyektlər haqqında, şeylərin xassələri və münasibətləri haqqında, cisimlərin kəmiyyət və keyfiyyət cəhətləri haqqında və s. ola bilər. Biliyin xüsusi bir tipini isə problem və məsələ, yəni naməlum olanları açmaq haqqında biliklər təşkil edir. Belə biliklər, adətən, sual və əmr formasında ifadə olunurlar.

Bilik elmin mənəvi tərəfi, şüurun mövcudluq üsuludur. Təbiət və cəmiyyət hadisələrinin obyektiv qanunauyğunluqlarını və mühüm əlaqələrini əks etdirən bilik nəzəri sistem olub, özünün məntiqi strukturu, nəzəri və ictimai xarakteri ilə səciyyələnir. Biliyi insanlara çatdırmaq üçün xüsusi dil və işarə formalarından istifadə olunur. Elmi dili səciyyələndirən mühüm xüsusiyyətlərdən biri onun adi danışıq dili ilə yanaşı, süni dilin spesifik formalarından da istifadə etməsidir. İzahedicilik və qabaqgörənlik elmi biliyin mühüm funksiyalarıdır. Biliyin təbiətinə fəlsəfi baxımdan yanaşılması onun bir sıra çox mühüm əlamətlərinin aşkara çıxarılmasına imkan verir. Bu əlamətlərdən birincisi, biliyin obyektiv gerçəkliyin inikası olması, ikincisi, biliyin insanların tarixi istehsal fəaliyyətinin məhsulu olması, üçüncüsü isə biliyin onun mövcudluq forması olan dil ilə əlaqədar olmasıdır.

Hazırda strukturundan və inkişaf xarakterindən asılı olaraq biliyin empirik və nəzəri səviyyələri bir-birindən fərqləndirilir. Tədqiq olunan cisim və proseslər haqqında yalnız ayrı-ayrı fakt və məlumatların toplandığı empirik səviyyədə müşahidə, müqayisə, ölçmə, eksperiment metodlarından istifadə olunur. Biliyin yüksək səviyyəsini nəzəri bilik təşkil edir. Biliklərin sintez olunduğu bu səviyyədə elmi hipotezlərin və nəzəriyyələrin quraşdırılması, qanunların formulə edilməsi və onlardan müvafiq nəticələr çıxarılması və s. baş verir. Biliyin müxtəlif səviyyələrini ifadə edən empirik və nəzəri bilik bir-biri ilə dialektikcəsinə bağlıdırlar: nəzəri bilik empirik bilik əsasında yaranır, empirik bilik isə öz növbəsində nəzəri biliklə gerçəklik arasında əlaqələndirici həlqə rolunu oynayır. Nəzəri biliyin xüsusiyyəti yalnız empirik biliyi sistemləşdirməsində deyil, həm də empirik biliyə nisbətən gerçəkliyi daha dolğun, adekvat əks etdirməsindədir. Empirik bilik idrak obyektini onun tarixi inkişafından, digər obyektlərlə qarşılıqlı əlaqəsindən və deməli, daxili ziddiyyətlərindən kənarda öyrənirsə, nəzəri bilik obyekti onun qərarlaşması, formalaşması prosesində, yə'ni daxili ziddiyyətləri ilə vəhdətdə öyrənir.

Bilik anlayışına verdiyimiz bu qısa xarakteristikadan aydın görünür ki, bilik insana ətraf aləmdə düzgün istiqamət götürməyə, proses və hadisələrin rasional izahını verməyə, öz fəaliyyətini planlaşdırmağa və reallaşdırmağa, yeni biliklər əldə etməyə imkan verir. Bilik həm də gerçəkliyin dəyişdirilməsi vasitəsi olub, sürətlə inkişaf edən və öz inkişaf tempinə görə mövcud sistemləri qabaqlayan dinamik sistemdir.

Bilik necə yaranır və hansı yollarla inkişaf edir? Son 20-25 ildə istehsalın və mənəvi-mədəni fəaliyyətin bütün sahələrinin intensiv kompüterləşdirilməsi ilə əlaqədar olaraq informasiyanın təbiətinin və mahiyyətinin öyrənilməsinə maraq xeyli artmışdır. Hazırda kompüterlərdən informasiyaları ötürmək, onları qoruyub saxlamaq, kodlaşdırmaq, dekodlaşdırmaq və çevirmək üçün geniş istifadə olunur. Kompüterlər əsasında əvvəllər ancaq insanın həll edə bildiyi bir çox məsələlərin həlli üçün istifadə olunan xüsusi informasiyalar və biliklər bazası yaradılırdı. Bununla əlaqədar olaraq elmi ədəbiyyatda "bilik" və "informasiya" anlayışları tez-tez eyniləşdirilir. Bu halda biliyə gerçəkliyin ən yüksək inikas forması, inikasın özünə isə materiyanın ən ümumi, fundamental xassəsi kimi baxılır. Bununla əlaqədar olaraq bilik və informasiya anlayışlarının münasibətinin, vəhdət və fərqinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Biz dedikdə ki, A obyekti V obyektini əks etdirir, bunu başa düşürük ki, A-da baş verən müəyyən dəyişikliklər V-də baş verən müvafiq dəyişikliklərə uyğun olub, bilavasitə onlarla şərtlənir. İnformasiya dedikdə qarşılıqlı təsirin xüsusi üsulu, həm də elə üsulu nəzərdə tutulur ki, bu zaman inikas prosesindəki dəyişikliklər V-dən A-ya ötürülür və bu proses obyektdən subyektə doğru yönələn və onda xüsusi tərzdə çevrilən siqnallar axını vasitəsilə reallaşır. İnformasiyanın mürəkkəblik dərəcəsi və formaları obyektin və subyektin keyfiyyət xarakteristikasından, müxtəlif formalardan, o cümlədən dil işarələri vasitəsilə ötürülən siqnallar tipindən asılıdır. Bilik cəmiyyətdə fəaliyyət göstərən informasiyanın əldə edilmiş ən yüksək səviyyəsidir.


Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin