M. 12. TƏBİƏTİN FƏLSƏFƏSİ
12.1. Təbiətin fəlsəfi anlamı
12.2. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri
12.3. Ekoloji böhran və onun aradan qaldırılması
12.1. Təbiətin fəlsəfi anlamı
Təbiət anlayışı fəlsifənin daxilində xüsusi yer tutur. Təbiət hadisələri və obyektləri uzaq məsafədaki ulduz və Qalaktikalar sistemləridir, elementar hissəçiklər və onların çevrilmələridir, çaylar və okeanlardır, meşəlar və dağlardır, Yerdəki həyatınn sonsuz müxtəliflikləridir. Təbiət anlayışı bütün mövcud olanları, Kainatı əhatə edir. Təbiət anlayışı fəlsəfədə öz məzmununa və harada, hansı maqsədlə işlədilməsinə görə üç mə'naya malikdir.
Birinci geniş mə'nada həmin anlayış bütün varlığı, özünün bütün forma müxtəliflikləri ilə birlikdə bütün dünyanı ifadə edir, bütün obyektiv reallığa, insan da daxil olmaqla bütövlükdə Kainata şamil edilir. Sözün bu mə'nasında təbiət anlayışı fəlsəfədə varlıq problemləri ilə məşğul olan ontologiyada XIX əsrə qədər işlədilmişdir.
Təbiət anlayışının daha məhdud mə'nada anlaşılması keçan əsrdə Yerdə baş verən bioloji təkamül prosesinin və həyatın meydana gəlməsi problemlərinin, habelə insanın tabiətdə xüsusi yer tutmasının başa düşülməsinin öyrənilməsi ilə formalaşmağa başlamışdır. Bu mə'nada "tabiət" anlayışı müəyyan həçmə qədər daralaraq obyektiv reallığın 1802-ci ildə J. Lamark tərəfindən biosfera adlandırılan həyat sahəsini əhatə etmişdir. Biosfera qeyri-üzvi təbiətin bütün əvvəlki inkişafı nəticəsində formalaşan, atmosferi, litosferin yuxarı hissəsini və hidrosferi əhatə edən həyatın baş verdiyi yerin nazik qabığından ibarətdir.
Biosferada canlı təbiətin üzvi hissəsi olan, onun içərisindən seçilib ayrılaraq xüsusiləşən və təbiətə qarşı duran fəal başlanğıc kimi insan xüsusi yer tutur. Ekoloji problemlər toplanıb artdıqca, insan özünün yeni deyişilmiş həyat şəraitini daha dərindən dərk etməyə, təbiətlə cəmiyyətin qarşılıqlı münasibətləri məsələsini həll etməyə başladı. Təbiət anlayışı bu mə'nada biosferanın bioloji növ olmaq e'tibarı ilə insanın mövcud olması üçün lazım olan məcmu şəraitə aid olan hissəsi ilə eyniləşdirildi. Beləliklə, təbiətin öyrənilməsindəki ən'ənəvi yanaşma usulları "biosfera-insan" kimi mürəkkəb sistemin təhlili və fəlsəfi cəhətdən mə'nalandırılması hesabına xeyli genişlənlirildi, "təbiət" anlayışının ozü isə daha yeni və dərin məzmun kəsbr etdi. Hər şeydən əvvəl, camiyyətin ətraf mühitlə qarşılıqlı münasibətlərinə, xüsusili iqtisadiyyat və ictimai həyata aid olan sahələrinə dair intensiv elmi tədqiqatlar aparılmağa başlandı. Ona görə də "təbiət" anlayışının bu mə'na əhəmiyyəti müasir sosial fəlsəfədə daha çox işlədilir və insanların yaşadıqları həm təbii sosial mühiti, həm də insanlar tərəfindən, insan əli ilə yaradılan sun'i yaşayış muhitini əhatə edir. Başqa sözlə, söhbət özlərinin qarşılıqlı çulğaşmasında və vəhdətində insanın həyat məkanını təşkil edən "birinci" və "ikinci" təbiətdən gedir.
Nəhayət, "təbiət" anlayışından bu və ya digər çismin, mövcudluğun əsas məzmununun mahiyyətinin göstərilməsində spesifik şəkildə istifadə olunur. Çox zaman müəyyən hadisənin xarakterini və meydana gəlməsinin prinsipial şəraitini müəyyənləşdirmək üçün onun təbiətinin nədən ibarət olmasından, onun xüsusiyyətlərindən söhbət salınır. "Təbiət" anlayışı bu halda kifayət qədər dar mə'nada, konkret hal üçün işlədilir (məsələn, idrakın təbiəti, insanın təbiəti və s).
Dostları ilə paylaş: |