M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə16/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
C fakepathmuhazir' felsefe'2021

M. 5. YENİ DÖVR FƏLSƏFƏSİ
5.1. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri

5.2. XYIII əsr Fransız fəlsəfəsi

5.3. Klassik alman fəlsəfəsi

5.1. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri
Yeni Dövr fəlsəfəsi XVI əsrin sonu və XVII əsrin başlanğıcından XX əsrə qədər olan dövrü əhatə edir. Onun meydana gəlməsi hər şeydən əvvəl, Avropa ölkələrinin iqtisadi və siyasi həyatında baş vermiş mühüm dəyişikliklərlə əlaqədar idi. Yeni Dövr fəlsəfəsinin meydana gəlməsi həm də kapitalist istehsal münasibətlərinin təşəkkül tapması, təbiət elmlərinin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar idi.

Bütövlükdə XVII əsr elmi inqilab dövrü adlandırılır ki, bu dövrün fəlsəfi fikri də əsasən elmə arxalanırdı.Ona görə də, XVII əsr fəlsəfəsini düzgün başa düşmək üçün əsası bu dövrdə qoyulan təcrübi-riyazi təbiətşünaslığın xüsusiyyətləri nəzərə alınmalıdır. Digər tərəfdən bu dövrdə insanların dünyagörüşündə elm aparıcı yer tutduğu üçün fəlsəfədə idrak nəzəriyyəsi problemləri ön plana keçdi. Buna da uyğun olaraq, empirizm (biliyin təcrübəyə əsaslandığının iddia edilməsi) və rasionalizm (yalnız zəka vasitəsilə doğru bilik əldə etməyin mümkünlüyü) cərəyanları yarandı.

Yeni Dövr fəlsəfəsinin formalaşması Frensis Bekon və Rene Dekartın adı ilə bağlıdır.

Empirizmin banisi ingilis filosofu Frensis Bekon (1561-1626) olmuşdur.

Bekon fəlsəfi fikirlərini, əsasən, "Yeni Orqanon" (yunan dilində orqanon – alət deməkdir), "Prinsiplər və başlanğıclar haqqında", "Yeni Atlantida" adlı əsərlərində şərh etmişdir.

Fəlsəfi fikrin inkişafı tarixində Bekonun xidməti aşağıdakılardan ibarətdir:

Birincisi, o, Yeni Dövr təcrübi elminin və materialist fəlsəfəsinin əsasmı qoymuşdur;

İkincisi, idrakın elmi melodunun işlənib hazırlanmasına çalışmış, induktiv metodun idrakdakı rolunu əsaslandırmış və dünyanın dərk olunmasına dair bir çox orijinal fikirlər irəli sürmüşdür;

Üçüncüsü, Orta Əsr sxolastikasına, qeyri-elmi fəlsəfi tə"limlərə qarşı mübarizə aparmış, materiya, onun hərəkəti, növləri və formaları haqqında bir sıra fikirlər söyləmişdir. O, materiyanı bütün mövcudatın əsası və ilkin səbəbi hesab edir, bütün şeylərdə atomistik struktur axtarırdı.

Bekon tərəfindən işlənib hazırlanmış induktiv metod təbiətin eksperimentlər yolu ilə öyrənilməsinə yönəldilmişdir. Bekonun yaşadığı dövrdə bu, mütərəqqi metod hesab olunur elmdə mühüm nailiyyət sayılır, fəlsəfi fikrin inkişafında irəliyə atılmış böyük bir addım kimi qiymətləndirilirdi. Çünki induktiv metod tədqiqat zamanı ayrı-ayrı faktlardan ümumi müddəalara keçməyə, elmdə ciddi ümumiləşdirmələr aparmağa imkan verirdi.

Bekon heç bir tərəddüd etmədən dünyanın dərk edilənliyi ideyasını müdafiə edirdi. O, idrakın məqsədini insanların praktiki fəaliyyətinə kömək etməkdə görürdü. Onun fikrincə, insan yalnız obyektiv gerçəkliyin təzahürlərini dərk etmək yolu ilə təbiət üzərində hökmranlıq edə bilər. Bekon həqiqi bilik əldə etmək imkanını varlığın insan beynində dəqiq in"ikası ilə əlaqələndirirdi. O, idrak nəzəriyyəsində materialist empirizmin tərəfdarı idi. Bekon təbiət haqqında biliklərin mənbəyini və onların həqiqiliyinin me"yarını təcrübədə görürdü. Onun fikrincə, idrak hissi göstəricilərdən və xarici aləmin qavrayışından başlanır. Bununla birlikdə o belə hesab edirdi ki, idrak, bilavasitə hisslərlə qavranılan mə"lumatlarla məhdudlaşa bilməz. Bekon deyirdi ki, idrakın vəzifəsi təbiət qanunlarını, şeylərin və təsəvvürlərin daxili səbəbiyyət əlaqələrini axtarıb tapmaqdan ibarət olmalıdır. Buna isə ağıl və nəzəri təfəkkürlə nail olmaq mümkündür. Beləliklə, Bekon Yeni Dövr fəlsəfəsində birinci olaraq, idrakda hissi və rasional momentlərin vəhdətinin zəruriliyi məsələsini qarşıya qoymuşdur.

Bekon "ikili həqiqət" nəzəriyyəsinin tərəfdarı idi. Onun fikrincə, elmin vəzifəsi təbiət həqiqətlərini, dinin vəzifəsi isə ruhu, o biri dünyanı öyrənməkdən ibarət olmalıdır.

Yeni Dövr fəlsəfəsinin formalaşması və inkişafında fransrz filosofu və riyaziyyatçısı Rene Dekartın(1596-1650)xidmətləri az olmamışdır.

Fəlsəfə tarixində Dekart dualist fəlsəfi tə"limin yaradıcısı kimi məşhurdur. O göstərirdi ki, dünya bir-birindən asılı olmayan iki substansiyadan ibarətdir, onun biri ruhi, digəri isə maddi substansiyadır. Dekart göstərirdi ki, ruhi substansiyanın atributu, ayrılmaz tərkib hissəsi təfəkkürdür, maddi substansiyanın atributu isə uzununa, eninə və dərinliyinə yer tutmadır. Onun fikrincə, insan maddi və ruhi substansiyaların mexaniki surətdə birləşməsindən ibarətdir. Daha doğrusu, insan ruh və cismin vəhdətidir.

Dekartın fəlsəfəsi iki hissədən ibarətdir. Birinci hissə materialist fizika adlanır. Bu onun təbiət haqqında fəlsəfi tə"limidir. İkinci hissə isə, idealist metafizika adı ilə məşhurdur. Materialist fizikada o, hər şeydən əvvəl materiya və hərəkət problemlərini araşdırır. Həcmi olan və məkanın müəyyən hissəsini tutan hər bir şeyi o, materiya hesab edirdi. Deməli, Dekart bir mexanist kimi materiyanın keyfiyyətcə müxtəlifliyini qəbul etmir, yalnız onun kəmiyyət cəhətinə diqqət yetirirdi. İstilik, rəng və s. kimi obyektiv keyfiyyətləri maddi cisimlərin özlərinin keyfiyyəti hesab etmirdi. O, üzvi və qeyri-üzvi aləm arasındakı keyfiyyət fərqlərini də görmürdü. Dekart yalnız mexaniki hərəkəti qəbul edir və hərəkətin ilkin səbəbinin Allah olduğunu sübut etməyə çalışırdı. İdrak nəzəriyyəsində Dekart rasionalist olmuşdur.

Yeni Dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndələrindən biri Tomas Hobbs (1588-1679) idi. O, ingilis fəlsəfəsində materialist ən"ənənin davamçısı kimi tanınmışdır. Hobbs Bekon materializmini sistemləşdirdi, fəlsəfənin ilahiyyata tabe etdirilməsinə qarşı onun mübarizəsini davam etdirərək onu daha da kəskinləşdirdi. Hobbs, həmçinin, Bekon materializminin teist qalıqlarını aradan qaldırdı. O, fəlsəfə tarixində ilk dəfə mexaniki materializmin tamamlanmış sistemini yaratmışdır.



Yeni Dövr fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Con Lokkdur (1632-1704). O, Bekonla başlayıb Hobbsa qədər davam edən ingilis fəlsəfəsində empirik xəttin nümayəndəsi kimi çıxış etmişdir. Lokk Bekonun empirizmini inkişaf etdirmiş, idrak tə"limində sensualizmə tərəfdar çıxmışdır. (Qnoseologiyada duyğunu idrakın yeganə mənbəyi hesab edənlərə sensualistlər deyilir). Lokk "İnsan zəkasına dair təcrübə" əsərində insanın öz biliklərini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslandınruşdır. Anadangəlmə ideyalar haqqında Dekartm idealist nəzəriyyəsini tənqid edərək, Lokk sübut edirdi ki, insan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübədir. Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır.

Lokkun materializmdən bir qədər geri çəkilməsindən sonrakı illərdə subyektiv idealistlər, birinci növbədə, Berkli və Yum istifadə etdilər.

Yeni Dövr fəlsəfəsinin rasionalizmi Benedikt Spinoza və Qotfrid Leybnitsin adı ilə bağlıdır.

Spinozanın fəlsəfəsində Allah və substansiya bir anlayışda birləşdirilirlər. Allah təbiət üzərində dayanmamışdır. O, təbiətdən kənarda olan bir yaradıcı kimi mövcud deyildir. Allah birbaşa təbiətin özündə mövcuddur. Beləliklə, Spinoza təbiətdən ayrılıqda mövcud olan Allahı inkar edir və onu dünyanın universal səbəbi kimi başa düşürdü. Bu fikir Spinoza panteizminin əsasını təşkil edirdi. İdrak nəzəriyyəsində Spinozarasionalizm mövqelərindən çıxış edir, idrakı iki yerə bölürdü: 1) hissi idrak; 2) rasional idrak.

Spinoza hissi idrakı qeyri-müəyyən, qeyri-həqiqi, rasional idrakı isə həqiqi, aydın və müəyyən hesab edirdi. O göstərirdi ki, duyğu orqanları vasitəsilə ayrı-ayrı şeylərin yalnız səthi xüsusiyyətləri haqqında təsəvvür əldə etmək olar. Şeylərin mahiyyəti yalnız ağıl vasitəsilə dərk edilə bilər.

Rasionalizmin digər bir nümayəndəsi Leybnits (1646-1716) idi. O, obyektiv idealizmin nümayəndəsi kimi tanınmışdır. Leybnitsin ali riyaziyyat sahəsində də böyük xidməti olmuşdur. Onun əsərlərində riyazi məntiq və kibernetika elmlərinə dair dəyərli ideyalara rast gəlirik. Məntiq elminin inkişafında da Leybnitsin mühüm xidməti olmuşdur.

Leybnitsin fəlsəfi sistemi mahiyyətcə iki hissədən ibarətdir: 1) monadalar nəzəriyyəsi (monada, yunanca - təklik, vahid deməkdir). 2) İdrak nəzəriyyəsi. Leybnits "Monadalogiya" əsərində göstərirdi ki, Kainat Allah tərəfindən yaradılmış sonsuz miqdarda ideal substansional vahidlərdən-monadalardan ibarətdir. O, monadalarda əsl təbiət atomlarını, bütün şeylərin tərkib hissələrini görürdü. Filosof monadaları üç kateqoriyaya bölürdü: 1) həyat monadaları; 2) can monadaları; 3) ruh monadaları.

Leybnitsə görə, monadalar məkanda yer tutumuna, formaya malik deyildir, onlar hissələrdən ibarət deyildir, təbii yolla nə yarana bilər, nə də məhv ola bilər. Monadalar bölünməzdir. Leybnits öz monadalarının spesifik xüsusiyyətlərindən asılı olaraq bütün mürəkkəb substansiyaları üç qrupa, qeyri-üzvi cisimlərə bölmüşdür: qeyri-üzvi cisimlər həyat monadalarından, heyvanlar can monadalarından, insanlar isə ruh monadalarından yaranırlar.

Filosofun fikrincə, monadalar ikili təbiətə malikdir: fəal-ruhi və passiv-maddi monadalar. Materiya isə, Leybnitsə görə, yalnız ruhun təzahürüdür. İdrak məsələlərinin həllində o, rasionalist idi.

Sensualizm fələsəfəsi Corc Berkli və David Yumun tə"limi ilə Qərbi Avropada sona çataraq subyektiv idealizmlə əvəz edildi.

Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin