5.3. Klassik alman fəlsəfəsi
Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni Dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir. Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax.
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib formalaşmışdır. Bu fəlsəfə Q. Lessinq, İ, Göte, F. Şiller, H. Heyne, İ. Herder kimi zəka nəhənglərinin "Maarifçilik" ictimai hərəkatındakı tə'sirlərindən formalaşmışdır.
Klassik alman fəlsəfəsi başlıca olaraq materializm və idealizmin ziddiyyətli yolları ilə irəliləmiş, son nəticədə həm ziddiyyətlərlə dolu obyektiv və subyektiv idealizm, həm də antropoloji humanist materializm şəklində formalaşmış və fikir tarixinə daxil olmuşdur. O. İ. Kant (1724-1804), İ. Fixte (1762-1814), F. Şellinq (1775-1854), G. Hegel (1770-1831), L. Feyerbax (1804-1872) tərəfindən təmsil olunmuşdur.
Adları çəgilən filosoflardan hər birisi ideya və konsepsiyalar zanginliyi ilə bir-birindən fərqlənən fəlsəfə sistemi yaratmış, fəlsəfədə radikal dəyişikliklər etmişlər. Onların hər biri fəlsəfədə özlərini novator hesab edirdilər.
Klassik alman fəlsəfəsi öz mahiyyəti e'tibarı ilə inqilabi xarakter daşımış, sosial təkamüllərin nəzəri cəhətdən əsasında durmuş, siyasi inqilabı qabaqlamışdır.
Klassik alman fəlsəfəsi vahid mə'nəvi təşəkkül olmaq e'tibarı ilə bir sıra ümumi əlamətlərlə xarakterizə alunur. O, hər şeydən əvvəl, fikir tarixində fəlsəfənin özünəməxsus rolunun anlaşılması ilə fərqlənir. Klassik. alman fəlsəfəsinin nümayəndələri fəlsəfəni mədəniyyətin tənqidi ruhu, mədəniyyətin "Çanı" adlandırmışlar.
İkincisi, onda yalnız bəşər tarixi deyil, insanın mahiyyitinin tədqiqinə geniş yer verilmişdir. Kantda insan əxlaqi varlıq kimi, Fixtedə şüurun fəaliyyəti və insanın özunu dərk etməsi kimi, Şellinqdə obyektiv və subyektivin vəhdətin kimi, Hegeldə özünu dərk etmənin və fərdi şüurun muxtəlif cur əlaqələri kimi, Feyerbaxda isə özü üçün subyekt, qeyriləri üçün obyekt kimi, antropoloji varlıq kimi nəzərdən keçirilir.
Üçunçusu, həmin fəlsafənin nümayəndələri fəlsəfəyə fəlsəfə elmlərinin, kateqoriyalar və ideyaların özünəməxsus sistemi kimi yanaşmışlar. Məsələn, İ. Kant fəlsəfi idrak üçün qnoseologiya və etikanı, Şellinq naturfəlsəfə və ontologiyanı, N. Fixte "elm tə'limini", Hegel təbiət fəlsəfəsini, məntiqi, tarix fəlsəfəsini, fəlsəfə tarixini, huquq fəlsəfəsini, əxlaq fəlsəfəsini, din fəlsəfəsini, dövlət fəlsəfəsini, fərdi şüurun inkişaf fəlsəfəsini, L. Feyerbax isə ontologiya, qnoseologiya, etika, tarix və din fəlsəfasini tədqiq etmişdir.
Dördüncüsü, klassik alman fəlsəfəsi dialektikanın bütov bir konsepsiyasını işləyib hazırlamışdır. Kantın dialektikası insan idrakının hisslər, ağıl və zəkanın hududları və imkanlarının dialektikasıdır. Fixtenin dialektikası "Mən"in yaradıcı fəallığının. "Mən" və "qeyri-Mən"in əksliklər olmaqla qarışlıqlı tə'sirindən ibarətdir. Onlarıi əsasında isə insanın özünü dərk etməsi baş verir. Şellinq Fixtenin hazırladığı prinsipləri təbiətə tətbiq edir, onu qərarlaşmaqda, inkişaf etməkdə olan ruh kimi nəzərdən keçirir.
Böyük dialektik olan Hegel idealist dialektikanın geniş və hərtərəfli sistemini yaratmış və ilk dəfə bütün təbii, tarixi və mə'nəvi aləmi fasiləsiz dəyişilmə və inkişafda, ziddiyyətlərdə, kəmiyyət və keyfiyyət dəyişilmələrində, fasiləsizlikdə fasiləlik kimi nəzərdən keçirmiş, onları hərtərəfli təhlil etmişdir.
Feyerbax isə öz tədqiqatlarında dialektikadan heç də yan keçməmiş, hadisə və prosesləri əksliklərin vəhdəti kimi (bədən və ruh, insan şüuru və maddi təbiət) nəzərdən keçirmişdir. O, ictimai və fərdi arasındakı qarşılıqlı əlaqələri aşkar etməyə cəhd göstərmişdir. Feyerbax Hegelin, öz müəlliminin, fəlsəfə sistemini və idealist dialektikasını tənqid edərkən heç də dialektikaya tam e'tinasız münasibət göstərməmişdi.
Nəhayət, klassik alman fəlsəfəsi humanizm problemlərinin işlənib hazırlanmasında fəlsəfənin rolunu qeyd etmiş, insan fəaliyyətinin öyrənilməsinə cəhd etmişdir. Bu müxtəlif formalarda və muxtəlif yollarla Həmin fəlsəfənin nümayəndələrinin baxışlarında öz əksini tapmışdır. Bu məqsədlə İ. Kant insanın butün həyat fəaliyyatini əxlaqi şüur subyekti kimi nəzərdən keçirmiş, vətəndaş azadlığından, cəmiyyətin ideal vəziyyətindən bəhs etmiş, İ. Fixte xalqın dövlətdən yüksəkdə durduğunu qeyd etmiş, Şellinq əxlaqi məqsədə nail olmaqda zəkanın rolunu ön plana çəkmiş, Hegel vətəndaş və hüquqi dövlətdən, xüsusi mulkiyyətdən qeyri təkmil dövlət forması olmadığını göstərmiş, Feyerbax isə məhhəbət dini və humanist etika yaratmağa cəhd göstərmişdir.
Bütün deyilən xüsusiyyətlər klassik alman fəlsəfəsinin öz dövrünün yüksək tipli fəlsəfə olmasına dəlalət edir.
Klassik alman fəlsəfəsinin banisi İ.Kant(1724-1804) hesab olunur.
Kant yaşadığı dövrün fəlsəfi fikri qarşısında iki başlıca vəzifənin durduğunu qeyd edirdi:
1) Təbiət qanunlarının əsaslandırılması və fəlsəfi cəhətdən ümumiləşdirilməsi;
2) İnsanların ləyaqətinin qorunması və onların bərabərliyinin əsaslandırılması.
Bu məsələləri həll edərkən Kant keçmiş metafizik fəlsəfəni kəskin tənqid etmiş, hadisələrə dialektikcəsinə yanaşmış və bu iki vacib məsələni həll etməklə alman klassik fəlsəfəsinin əsasını qoymuşdur.
Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747-ci ildən, 1770-ci illərə qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr adlanan bu mərhələdə o əsasən, təbii-elmi problemlərlə məşğul olmuşdur. Günəş sisteminin meydana gəlməsi haqqındakı dialektik fikirləri məhz bu dövrdə irəli sürmüşdü. Kant "Səmanın ümumi təbii tarixi və nəzəriyyəsi" əsərində Günəş sisteminin nəhəng qaz dumanlıqlarından əmələ gəldiyini sübut etməyə çalışırdı. Bütün bunlarla birlikdə Kant həm də təbiətin öz-özünə inkişafı ideyasını əsaslandırdı və inkişaf etdirdi.
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " haqqında tə"limi təşkil edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraq mövcuddur. Kant onları "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar "transsendent"dirlər, yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar; onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər.
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tərəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud olduğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, transsendent, o biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmişdir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv reallığı qəbul edən Kant sübüt etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə tə"siri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir. Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz.
Kant təzahürlər haqqında tə"limində isə göstərirdi ki, insan yalnız təzahürlər aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər aləminə məxsusdur. Bu mə"nada təbiət və onun qanunları, prinsipial surətdə "şey özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey özündələr"in hisslərimizə tə"siri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti təzahürlərin, yə"ni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yə"ni təzahürlər aləmini əks etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın predmeti ola bilməzlər.
Kant həm də əxlaq haqqında tə"limin yaradıcısı kimi məşhurdur. Onun fikrincə, əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, ümumi mə"nəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun hərəkətləri ümumi qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Kant özünün fəlsəfi sistemini yaradarkən sübut etməyə çalışırdı ki, insanın dərketmə dairəsi təzahürlər aləmi ilə məhdudlaşır.
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilən ziddiyyətlidir. Ona görə də o özünün yarandığı ilk andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri tərəfindən tənqidə mə"ruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. Buna baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin fəlsəfi fikir tarixində mühüm rol oynamışdır.
Georgi Hegelin fəlsəfi sistemi (1770-1831) klassik alman fəlsəfəsinin ən böyük nümayəndəsi idi. Hegelin fəlsəfi tə"limi obyektiv idealizm sisteminin və idealist dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir.
Hegelin əsas əsərləri bunlardır: "Ruhun fenomenologiyası", "Məntiq elmi", "Fəlsəfi elmlər ensiklopediyası", "Hüquq fəlsəfəsi", "Fəlsəfə tarixi üzrə mühazirələr" və s.
Bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşmağın prinsiplərini sistem halında işləyib hazırlamaqdan ibarətdir. Hegel tarixdə ilk dəfə olaraq aləmin dialektik anlaşılması metodunu, dialektik məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır. Dialektikanin əsas qanunlarını formulə etmişdir.
Deməli, Hegel tə"liminin əsas məsələlərindən biri - inkişaf haqqında tə"lim olan dialektika və idrakın əzəmətinə dərin inam idi.
Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi "Mütləq ideya"dır. Bu ilkin ruhi başlanğıc insandan kənarda və ondan asılı olmayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bütün şeylərin daxili mahiyyətini təşkil edir.
Hegelin "Mütləq ideya"sı, dinlərdə mövcud olan adi "Allah"dan fərqli olaraq, dünyaya hissi və emosional münasibətdən məhrumdur. Hegelin nəzərincə, Allah saf-xalis təfəkkürdür. Lakin bu təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək və məhv olmaq, dəyişmək, yenidən yaranmaq, inkişaf etmək deməkdir. Hegel fəlsəfəsində təfəkkür varlığı əks etdirmir, varlıq təfəkkürün, anlayışların, ideyaların təzahürüdür.
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət fəlsəfəsi; 3. Ruh fəlsəfəsi.
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır.
Hegel sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət fəlsəfəsi qeyri-varlıq, yə"ni təbiət formasında olan ideyalar haqqında tə"limdir. Onun fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqtəyi-nəzərincə, "Mütləq ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adlanır. Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələlərini araşdırır.
Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı.
Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan orqanika - geologiya, botanika və zoologiya məsələlərinə həsr edilmişdir.
Hegelin sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk edir, "Mütləq ruh" kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist tə"lim təşkil edir.
Ruh fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; Antik dövrü; Alman dövrü.
Hegelin fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, azadlıq onun mahiyyətidir. Ona görə də, burada hamı quldur. Antik dünyada (Qədim Yunanıstan və Roma) bə"ziləri artıq başa düşürdülər ki, azadlıq onların mahiyyətini təşkil edir. Ona görə də Şərq dünyasından fərqli olaraq, onlar "azadlıqdadırlar". Nəhayət, Hegelin nəzərincə, alman və ya xristian dünyasında hamı özünün mə"nəvi mahiyyətini dərk edir və buna görə də burada hamı azaddır.
Hegelin fəlsəfi tə"liminin əsas müddəalarının şərhi göstərir ki, Hegel fəlsəfəsində metod və sistem üzvi surətdə bir-biri ilə bağlı olsa da, onlar arasında həll olunmaz ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aşağıdakılardan ibarətdir:
Hegel öz fəlsəfi sistemini "Mütləq ideya"nın öz mahiyyətini dərk etməsi prosesinin sona yetməsi, dünyəvi əqli inkişafın sonuncu pilləsi kimi qiymətləndirirdi. Bu isə dialektikaya ziddir.
Hegelin dialektik metodu inkişafın hər yerdə olduğunu, onun ümumi xarakterini göstərir, onun fəlsəfi sistemi isə bunu inkar edir.
Hegel dialektikası inkişafa hüdud qoymur; onun fəlsəfi sistemi isə istər təfəkkürün, idrakın , istərsə də cəmiyyətin inkişafına həd qoyur.
Bütün bunlara baxmayaraq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir tarixində irəliyə doğru atılan mühüm bir addım idi.
Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi ən"ənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji tə"limi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv idealizminin tə"siri altında idi. Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. "Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi.
Feyerbax özünün bu əsəri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbii-bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist tə"lim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı tə"sirdədir, hər şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərətli və qarşılıqlıdır..."
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bə"zən özünü materialist adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün materiya boş bir abstraksiyadır.
Feyerbax fəlsəfə tarixinə materializmin ən böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman fəlsəfəsi başa çatmışdır.
Dostları ilə paylaş: |