M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə49/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
C fakepathmuhazir' felsefe'2021

13.2. İctimai şüurun formaları
İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq, elm, incəsənət, din, fəlsəfə.

Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və təsisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siyasi şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini siyasi şüurda daha qabarıq şəkildə tapır.

Siyasi şüur müxtəlif siniflərin, sosial qrupların və millətlərin siyasi psixologiyası və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya bir-birinə qarşılıqlı tə'sir edir. Onların qarşılıqlı əlaqəsinin düzgün nəzərə alınması nəinki tarixi inkişafın dərk olunması, eləcə də dünyəvi problemlərin həlli sahəsində mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və təsirdə siyasi ideologiya üstün rol oynayır.

Siyasi ideologiya cəmiyyətin necə təşkil olunmasına, onun dövlət quruluşunun xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir.

Deməli, siyasi ideologiya sinfi məqsəd və mənafeləri ifadə edən ideya və nəzəriyyələrin məcmusudur. Ümumiyyətlə, ideologiya həmişə bu və ya digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır.

Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır. Çünki siyasi mədəniyyət siyasi şüurluluğun, siyasi təşkilatların xarakterini, siyasi münasibətləri nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ənənələrin məcmusunu ifadə edir.

Siyasi şüurun rolu gərgin vəziyyətdə və tarixin dönüş məqamlarında daha aydın görünür.

Hüquqi şüur. Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə təyin olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər və onların qiymətləndirilməsinin məcmusudur.

Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normalar müvafiq hüquqi qanunlarda ifadə olunur.

Hüquqi şüur hüquqi münasibətlərin, normaların və təsisatların təbiəti və vəzifələri haqqında, qanunvericilik, məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti haqqında təsəvvürləri əhatə edir.

Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da eyni deyildir. Onların qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müstəqil elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetirilməsi dövlət tərəfindən təmin olunur.

Hüquqdan fərqli olaraq hüquqi şüur ümumi, məcburi xarakter kəsb etmir və dövlətin məcburi qüvvəsi ilə təmin olunmur. O, cəmiyyətdə müxtəlif sinif və sosial qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zərurətdən meydana gəlir.

Əxlaq. Əxlaq və ya mənəviyyat öz tarixi etibarı ilə ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin ilkin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tapmışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - münasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsiplərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır.

Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyətində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mənası, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır.

Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz təsəvvürlər yoxdur və ola da bilməz.

Elm. İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləşdirilmiş biliklər sistemidir. Cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz. İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da bir insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən, bütün xalqların alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.

Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funksiyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inkişafda meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunmasıdır.

İncəsənət. İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk olunmasının xüsusi tipidir.

İncəsənət isə insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə inikası formasıdır. Bədii surətlərin mənbəyi real həyat gerçəklikləridir, bədii obrazların əsasında həyat həqiqətləri durur. İncəsənət, əsasən, müəyyən peşəkar qrupun - şairlərin, rəssamların, heykəltəraşların, musiqiçilərin və i.a. fəaliyyət sahəsidir. Bununla yanaşı incəsənətin müxtəlif növlərini öyrənən ayrı-ayrı incəsənətşünaslıq sahələri meydana gəlmişdir. Peşəkar sahədən kənarda incəsənət öz kökləri ilə daha dərin tarixi inkişaf dövrlərində, xalq yaradıcılığı formasında (mifologiya, folklor və s.) inkişaf etmişdir. Bununla bərabər dünyanın gözəllik qanunları əsasında mənimsəməyin mahiyyəti və qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır.

İncəsənət nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda "xüsusi dünya" nisbi müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir - birindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat materiallarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir. Onun ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin yaradıcısı olan insanın mənəvi formalaşmasına məqsədyönlü tə'sirdir. İncəsənətin vəzifəsi şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir.

İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xalqın xarakterinin izlərini, həyat tərzini, adət və ən'ənələrini, onun maraqlarını, mübarizəsini, fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və mübarizəsi qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir. İncəsənətin xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində təzahür edir. İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır.


Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin