Pyer Qassendi Kopernikin və Qalileyin tərəfdarı idi. O, Epikürün və Likretsinin fizika və etikasını Fransada diriltmişdir. Qassendi deduksiyaya heç bir ziyan toxundurmadan hissi idraka və induksiyaya bəraət qazandırmışdır və onun bu fəaliyyəti sonradan C.Lokk və R.Boyla təsir göstərmişdir.
Qassendi kompromis- ontologiyada- Allah atomları və onun hərəkət qanunlarını yaratmışdır kimi deist mühakimədə, qnosologiyada - ikili həqiqət konsepsiyası formasında antropologiyada - insanda iki ruhun - ölən (hissi) və ölməz (əqli) olmasının təsdiqində - özünü göstərir.
Qassendi öz etikasında Epikürün xoşbəxtlik idealını xristianlıqdakı səadət prinsipi ilə birləşdirir. O, dörd başlıca yaxşlıq- müdriklik, təmkinlik, mərdlik və ədalət- haqqında danışır. Qassendi kosmologiyada planetlərin Günəş ətdafında, Günəşin isə Yer ətrafında hərəkəti haqqında Tixa de Braqenin kompromis qurması ilə həmrəydir. İdrak nəzəriyyəsində intellektin fəaliyyətindən “keçmiş” indiki və keçmiş hissi təcrübənin qarşılıqlı fəaliyyəti haqqında danışır.
Dostları ilə paylaş: |