M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


b) forma və məzmun. Varlığın nizama salınması



Yüklə 0,71 Mb.
səhifə63/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   59   60   61   62   63   64   65   66   ...   184
muhazire FELSEFEyeni (1)

b) forma və məzmun. Varlığın nizama salınması

Varlığın nizama salınması haqqında təsəvvürlər hələ qədim fəlsəfi təlimlərdə -məsələn, harmoniya haqqında təlimi (pifa­qorçular), dünyanın quruluşu ideyasını (stoiklər) xatırlayaq- təşəkkül tapmışdır. Onları sistemli təsəvvürlərin ilk müjdəçiləri hesab etmək olar. Antik fəlsəfi təlimlərdə dünyanın və onu təşkil edənlərin nizama salınmasının başa düşülməsinə kömək edən anlayışlara həm də forma anlayışı xidmət edirdi. O, varlığın müxtəlif növlərinin (onların quruluşunun, təcəssüm etməsinin, kökündən dəyişdirilməsinin) mövcud olamsı üsul­larını ümumiləşmiş şəkildə ifadə edirdi. Forma kateqoriyası antik dövrün daha da inkişaf etmiş və hər şeyi əhatə edən sistemində - Aristotel fəlsəfəsində - əsas yeri tuturdu. Onun tərəfindən forma anlayışı ona əks olan anlayışlarla – nizama salınmağa, müəyyən şəklə salınmağa aid olanları ifadə edən anlayışlarla - daimi əlaqədə düşünülür və işlədilirdi.

Məzmun bu və ya digər cismi, hadisə və proseslərin əsas növünü, xarakterlərini müəyyən edən müxtəlif elementlərin, cəhətlərin məcmusudur. Forma mövcudluq üsulu, inkişaf üsulu, məzmunun ifadəsidir. Forma və məzmun eyni cism və hadisənin müxtəlif, lakin bir-birilə sıx bağlı olan tərəflərini ifadə edir.

“Məzmun” və “forma” kateqoriyalarının dürüst, açıq təri­fini vermək asan deyildir. Bu anlayışlar qədimdir, müxtəlif mənalıdır, qarışıq əhəmiyyət kəsb edəndir. Məzmun dedikdə bu və ya digər predmetin, hadisənin, proseslərin əsas tipini, xarakterini müəyyən edən müxtəlif elementlərin və onların qarşılıqlı fəaliyyətinin məcmusu başa düşülür. Məsələn, hər hansı istehsalın məzmunu - müəyyən məhsulun hazırlanması, kinofilmin məzmunu – onun süjetidir (hadisələr, qəhrə­manların xarakteri, hərəkəti, həyəcanı, həll olunan problemlər). Forma - bu və ya digər məzmunun nizama salınması prinsipi, mövcudluq üsuludur. İstehsalat üçün bu əməyin təşkili ola bilər, bədii əsər üçün – onun kompozisiyası, müxtəlif üsulları, hissin, fikrin, ideyaların ifadə olunması texnikasıdır.

“Məzmun” və “forma” – dialektik anlayışlardır. Onlar eyni predmetin müxtəlif, ancaq qırılmaz sürətdə bağlı olan aspekt­lərini ifadə edirlər: Hegel izah edirdi ki, məzmun müəyyən şəklə salınıb (formalaşdırılıb), forma isə məzmunludur. Forma hadisələrin inkişafında müəyyən mərhələni möhkəmləndirir - bununla da dəyişikliklərin toplanması və sonrakı inkişafın imkanlarını təmin edir. Daha bir an: dünyanın müxtəlifliyi öz ifadəsini predmetlərin və proseslərin müxtəlifliyi formasında tapır. Bu olduqca ümumi fəlsəfi ideyanı müxtəlif materiallarla konkretləşdirmək olar. Belə ki, cəmiyyətinin yeniləşdirilməsi ideyası qanunverici, təşkilati möhkəmləndirmə onların təsər­rüfat - sosial "mexanizmlərdə" təcəssümünü tələb edir.

Forma və məzmunun dinamik (inkişaf gedişi) münasi­bətlərinin variantı müxtəlifdir. Burada elə bir şəraitlə qar­şılaşırıq ki, prosesin daha surətlə hərəkət edən, liderlik edən tərəfi məzmunun dəyişməsi olur, bu da öz növbəsində formanın inkişafını şərtləndirir. Məsələn, əmək, mədəniyyət vərdişləri əlin formalaşmasının filo- və ontogenezinə, qırtlağın danışıq fəaliyyəti onun formasının inkişafına təsir etmişdir. Forma və məzmunun bir-biriilə dialektik vəhdəti, incə quraşdırılması incəsənətdə daha parlaq büruzə verir. Oxşar məzmunları (tutaq ki, məhəbbət hissi) ifadə etmək üçün burada müxtəlif bədii formalardan istifadə edilir. Lakin incəsənətin hər hansı növü, janrı bunun üçün özünün mənalı (ifadəli) vasitə­lərini yaradır. Nəticədə poetik lirikada məhəbbət mövzusu roman və povestlərdə olduğundan fərqli ifadə olunur. Teatr, kinomotoqrafiya, balet, müxtəlif musiqili janrları bunun üçün öz mənalı vasitələrindən istifadə edir. Həm də incəsənət us­taları janr "dilinə" xüsusi üslub, təkrarolunmaz istedad xü­susiyyəti, yaradıcılıq daxil edirlər. İfadə formalarının müxtəlif variantlılığı məzmuna da təsir edir - o, ya incə - lirik, ya faciəli - bədbəxt, ya da ani - gündəlik və s. olur.

İncəsənətdə forma və məzmunun vəhdəti onda bədii for­manın məzmuna uyğun gəlməsində özünü təzahür etdirir. Heç də hər cür məzmun incəsənətin predmeti ola bilməz. Nə atomların quruluşu, nə də elə - belə istehsal prosesi və ya siyasi fəaliyyət deyil, insan onun hissləri, taleyi, problemləri incə­sənətin predmetini təşkil edir. Bundan başqa, prinsipcə incə­sənətə layiq olan məzmuna onun bu və ya digər janrı “müqavimət göstərə” bilər. Belə ki, heç də hər cür sujet balet, romans, operaya layiq deyildir. İncəsənətdə formaya ustalıqla sahib olmağın son dərəcə mühüm əhəmiyyəti var. Yaxşı çəkilməyən film çox güman ki, incəsənətdə hadisə olmayacaq, eyni zamanda heç də hər bir şeir toplusu poeziya kimi qəbul olunmur.

Ümumiyyətlə, formanı qiymətləndirməmək olmaz. O, çox vacibdir. Forma bu və ya digər məzmunu təşkil edir, inkişafın müəyyən mərhələsini möhkəmləndirir, onu normallaşdırır. Belə ki, insanın əlinin müvafiq quruluşu olmasaydı onun həyata keçirdiyi müxtəlif əməliyyatlar da olmazdı. Praktiki başlanğıclar, elmi kəşflər, texniki ixtiralar, bədii novotorluq formalaşdırılmasa onu mətnlə ifadə etmək olmazdı, "mate­riallar" yox olardı. İnsan həyatında, ictimai fəaliyyətdə forma anlayışı fəaliyyətin hər cür mümkün olan növünü nizama salan, tənzimləyən hüquq, qayda (qanun) anlayışı ilə sıx bağlıdır. Hüquq, idman, beynəlxalq həyat, diplomatik münasibətlər müx­təlif qaydalarla tənzimlənir.

Məzmunla forma arasında dialektiv əlaqə vardır. Bu əlaqə ondan ibarətdir ki, məzmun və forma bir-birindən ayrılıqda mövcud ola bilməz. Hələ vaxtilə Hegel demişdir ki, məzmun formalıdır, forma isə məzmunludur. F.Engeis göstərmişdir ki, bütün üzvi təbiət başdan-başa məzmunun eyni niyyətinə və ya ayrılmazlığına sübutdur.

Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki, mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər. Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, məzmun ilə forma arasında müəyyən vaxtlarda kəsgin ziddiyyətlər də meydana çıxır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun inkişafın­dan daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onun­la toqquşur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar, maddi və «ideal» olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur.

Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal müna­sibətləri üstquruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə formadır. Forma və məz­mun nisbətinin şərhində dialektik mövqe aşağıdakı prinsiplərlə aydınlaşdırılır: məzmun və formanın ayrılmazlığı; əlaqələrin rəngarəngliyi; vəhdətin ziddiyyəti; inkişafın optimallığı– for­ma­nın məzmunu və yaxud əksinə, məzmunun formaya müva­fiqliyi.

Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məz­mun və forma olmasın. Məzmun yoxsa forma da yoxdur, ya­xud da əksinə. Maraqlı cəhətlərdən biri də forma ilə məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmişə davam edir. Dialektika özü də bunu tələb edir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin