c) elementlər və struktur. Sistemlər anlayışı.
Sistemlilik ideası tədricən formalaşmışdır. Onun fəlsəfi dərk olunması xüsusi elmi - tədqiqatları qabaqlamışdır. Onun inkişafına alman idealist fəlsəfəsi böyük töhvə vermişdir-burada sistem anlayışı başlıca olaraq idraka tətbiq olunmuşdur. Kant belə izah edirdi: elm aqreqat deyil, sistemdir, onda tam - müvafiq biliklərin aydın, dürüst qarşılıqlı fəaliyyətidir - hissədən mühümdür. Insan biliyinin hər şeyi əhatə edən sistemləşməsinin vəzifələri fəlsəfi fikrin üzərinə qoyuldu.
Sistem - struktur və quruluşa malik olan nizama salınmış çoxlu qarşılıqlı surətdə bağlı olan elementlərdir. Artıq bu kiçik tərif göstərir ki, sistem anlayısı element və struktur kimi anlayışlarını tələb edir. Element – murəkkəb predmentlərin, hadisələrin, proseslərin daha sonra tərkib hissələrinə ayrılmayan komponentləridir.
Struktur bu və ya digər mürəkkəb tamın elementlərinin nisbətən sabit əlaqə üsuludur (qanunudur). Struktur obyektlərin daxili və xarici əlaqlərinin nizama salınmasıdır, onun sabitliyini, keyfiyyət müəyyənliyini təmin edir. Müxtəlif cür struktur əlaqələr sistemli obyektlərdə baş verən bütün prosseslərə “daxil olur”. Əgər obyekt qarşılıqlı surətdə bağlı olan və qarşılıqlı surətdə fəaliyyət göstərən hadisə və ya elementlərə ayrıla bilərsə o sistemdir. Bu hissələr, adətən öz şəxsi strukruruna malikdirlər və ona görə böyük sistemin başlanğıc sistem altısı kimi təqdim oluna bilər. Bu cür ayrılan sistemaltıların özləri də öz növbəsində qarşılıqlı surətdə bağlı olan ikinci və ya sonrakı səviyyəli sistemaltılarına parçalana bilər. Bölünmələrin müəyyən mərhələsində elementlər ayrıla bilər ki, sonrakı bölünmə həmin sistemin tədqiqatı çərçivəsindən çıxdığını bildirir. Belə ki, atom və subatom səviyyəsinə çıxmaqla biz molekulyar və onlar üzərində qurulan tədqiqat üsullarını tərk edir. Mürəkkəbin sadəyə parçalnması yolu ilə hərəkət edərək həyat fəaliyyətli orqanizmin izahından elə bir səviyyəyə çatırıq ki, bu artıq qeyri - adi üzvi prosseslə bağlı olur. Bu sistemin sistemaltıları arasında müxtəlif münasibətlər, əlaqə və qarşılıqlı fəaliyyət ola bilər. Oxşar, birtipli, möhkəm münasibətlər və qarşılıqlı fəaliyyət strukturu təşkil edir. Bir halda ki, eyni sistem daxilində, xüsusilə böyuk və mürəkkəb sistem daxilində çoxlu müxtəlif əlaqə və münasibətlər ola bilər, ondan bir sıra strukturu ayırmaq olar. Bu sistemlər çoxstrukturlu, çoxsəviyyəli adlanır.
Dostları ilə paylaş: |