standartlaşdırma üzrə texniki komitələr (TK) yaradılır. TK-lərin işinə könüllülük əsasında maraqlı olan müəssisə və təşkilatların, sifarişçilərin, məhsul istehsalçılarının, standartlaşdırma, metrologiya, akkreditləşdirmə, sertifikatlaşdırma və lisenziyalaşdırma üzrə orqan və təşkilatların, istehlakçıların ictimai təşkilatlarının, elmi-texniki və mühəndis cəmiyyətlərinin səlahiyyətli nümayəndələri cəlb edilir. Texniki komitələrin işinə aparıcı alimlər və mütəxəssislər cəlb edilməlidir.
Standartlaşdırma üzrə texniki komitələr müəyyən məhsul növləri və texnologiya və ya fəaliyyət növləri üzrə ixtisaslaşan və həmin sahələrdə kifayət qədər yüksək elmi-texniki potensiala malik olan müəssisələrin (təşkilatların), o cümlədən Azərdövlətstandartın bazasında yaradılır.
Standartlaşdırma üzrə texniki komitələr maraqlı olan müəssisələrin, təşkilatların və dövlət idarəetmə orqanlarının təklifləri əsasında Azərdövlətstandartın və ya qərarları ilə təşkil edilir və Azərdövlətstandart tərəfindən qeydə alınır. Öz statusuna görə bu komitələr ictimai təşkilatlardır və öz fəaliyyətlərini «Standartlaşdırma üzrə texniki komitə haqqında tipik müddəalar» əsasında hazırlanmış konkret TK haqqında müddəalara uyğun olaraq həyata keçirirlər.
Standartlaşdırma üzrə TK-nin əsas funksiyaları aşağıdakılardır:
dövlət standartlarının layihələrinin işlənib hazırlanması, baxılması, razılaşdırılması və təsdiqlənməyə hazırlanması, standartların yenidən baxılması, onlarda ediləcək dəyişikliklərin hazırlanması, həmçinin standartların ləğv edilməsi üzrə təkliflərin hazırlanması;
beynəlxalq, regional standartların ölkənin iqtisadiyyatına tətbiq edilməsinə köməklik göstərilməsi və Azərbaycan Respublikasının dövlət standartlarının beynəlxalq standartlarla, həmçinin xarici ölkələrin proqressiv milli standartları ilə ahəngdarlaşdırılması;
qarışıq fəaliyyət sahələrindəki TK-lərlə, o cümələdən standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında 13 mart 1992-ci ildə imzalanmış Sazişin iştirakçısı olan digər ölkələrin ərazilərində yerləşən texniki komitələrlə (kompleks standartlaşdırmanı təmin etməklə) əməkdaşlıq etmək;
standartlaşdırma üzrə işlərin aparılması proqramlarının (planlarının) işlənib hazırlanması;
standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək;
beynəlxalq, regional standartların layihələrinin işlənib hazırlanmasında iştirak etmək, standartlaşdırma üzrə beynəlxalq təşkilatların texniki komitələrinin iş proqramına daxil etmək üçün TK-yə təhkim olunmuş tematika üzrə təkliflərin hazırlanması;
standartlaşdırma üzrə beynəlxalq təşkilatların texniki orqanlarının iclaslarında iştirak etmək, o cümlədən nümayəndə heyətinin tərkibi haqqında təklif hazırlamaq;
standartlaşdırma üzrə beynəlxalq təşkilatların texniki orqanlarının iclaslarının respublikada keçirildiyi hallarda orada iştirak etmək.
Müəssisə və təşkilatlarda yaradılan standartlaşdırma bölmələri (elmi-tədqiqat şöbəsi, konstruktor-texnoloji şöbə, laboratoriya, büro, qrup) müstəqil surətdə standartlaşdırma üzrə elmi-tədqiqat, təcrübi-kosntruktor, layihə, eksperimental, sınaq və digər işləri yerinə yetirir, müəssisənin digər bölmələrinin standartlaşdırma üzrə apardıqları işlərdə müştərəkçi kimi iştirak edir, həmçinin standartlaşdırma üzrə işlərə təşkilati-metodik və elmi-texniki rəhbərliyi həyata keçirir, işlənilən texniki sənədlərə (konstruktor, texnoloji və layihə) normonəzarəti yerinə yetirir. Bu bölmələr öz işlə- rini standartlaşdırma bölmələri haqqında tövsiyələrə uyğun olaraq yerinə yetirirlər.
Standartlaşdırma üzrə orqanlar və xidmətlər sistemində Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya və patent üzrə dövlət agentliyinin Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində yerləşən standartlaşdırma və met- rologiya mərkəzləri vacib rol oynayır. Bu mərkəzlər Agentliyin ərazi orqanlarıdır və onlara təhkim olunmuş ərazidə yerləşən təsərrüfat subyektlərində Agentliyin standartlaşdırma, metrologiya, akkreditləşdirmə, sertifikatlaşdırma, lisenziyalaşdırma sahələrində ümumi texniki siyasətini realizə edir. Bu orqanlar həmçinin texniki reqlamentlərin, dövlət və dövlətlərarası standartların məcburi tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirirlər.
Dostları ilə paylaş: |