M üəllifdən



Yüklə 4,22 Mb.
səhifə16/38
tarix02.01.2022
ölçüsü4,22 Mb.
#1787
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
DÜNYƏVİ BOZQURD PARTİYASININ

MƏRAMNAMƏSİ.
Bozqurd və Bozqurdçular.

“Bozqurd” türk millətinin yaranışında və millət kimi formalaşmağında iştirak edən totemdir.

Bozqurda tapınmaqla və ona istinad etməklə türklər Bozqurd kimi məğrur,azadlıqsevər,səbrli,ağıllı,dözümlü və hər hansı çıxılmaz vəziyyətlərdən asanlıqla çıxmaq çıxmaq keyfiyyətlərini mənimsəyərək fövqəlbəşər millət səviyyəsinə yüksəlmişlər.

Həm ruhunda olan, həm də sonradan təbii yolla qazandıqları bu misilsiz insani keyfiyyətlərlə türklər bəşər sivilizasiyasına əvəzsiz nemətlər bəxş etmişlər.

Dövlətçilik və cəmiyyətin idarə olunmasında,tarixdən bizə məlum olan həqiqətləri nəzərə alsaq,türklərin bu mənada müstəsna qabiliyyətləri aşkara çıxır.

Türklərin yaratdığı dövlətləri “İmperiya” adlandıranlar əslində yanılırlar.Onlar o dövrün ictimai-siyasi şəraitini düzgün qiymətləndirməyərək, bunu başqa dövlətlərin ərazilərini işğal edərək öz ərazilərini genişləndirmək mənasında təhlil edirlər.Lakin əsas amili, yəni dağınıq insan kütlələrinin bir cəmiyyət halında birləşdirilib idarə olunması,iqtisadi və siyasi inkişafın , sənətkarlıq və fəlsəfi fikrin cəmiyyətlərin,xalqların inkişafına müsbət təsirini yaddan çıxarırlar.Çünki türk millətinin fövqəlbəşər bir irq olduğunu qəbul etmək istəməyən qısqanc millətlər və onların saxta alimləri bu günə qədər tarixi gerçəkliyi təhrif etməklə məşğuldurlar.Zaman isə bütün dövrlərin hakimi kimi əzəmətli milləti təkrarən əzəmət kürsüsünə gətirərək,bütün təhrif və yalanları bir kənara atır.

Hər dəfə türk millətinin ən ağır anında hər bir türkün qan yaddaşından bir varlıq doğur və bu varlıq da Bozqurddur.

Çox təəssüflər olsun ki, Bozqurd anlamını kimlərinsə şəxsiyyəti ilə bağlamağa çalışanlar var.Bozqurd hər bir türk kişisinin ruhundadır.

Bozqurd məramdır,qayədir,inamdır.Bu məram,qayə, inam türk millətinin xilasıdır,qurtuluşudur,azadlığıdır.Bu mərama xidmət edənlər özlərini Bozqurdçu adlandırırlar.

Türk millətinin mənafeyinə xidmət edən hər bir türk Bozqurdçudur.

Bozqurdçuluq yalnız güc,qüvvət mənasında başa düşülməməlidir. Çünki qorxu və xof üzərində qurulmuş ən yüksək fikir millətə və ümumən insanlığa yalnız zərər gətirə bilər.

Bozqurdçuluq hər hansı bir sahədə ən yüksək ağıl və fərasət nümayiş etdirmək, görüləcək işin milli mənafeyə xeyirini öncə görə bilmək mənasında başa düşülməlidir.

ƏXLAQDA BOZQURDÇULUQ.
-Türk millətinin milli əxlaqını öz əsrarəngiz çalarları ilə özündə təcəssüm etdirən və həyatda əxlai keyfiyyətləri ilə nümunə olan və bununla öz millətinə şərəf gətirən hər bir türkün müqəddəs vəzifəsidir.

HƏRBDƏ BOZQURDÇULUQ.

-Düşmənə aman verməmək, milləti təcavüzdən qorumaq üçün QURD dəyanəti göstərmək. Ən gərgin anlarda soyuqqanlı olmağa, əvvəl güclü müdafiə tədbiri görüb sonra ildırım sürəti ilə hücuma atılmaq,daha çox ağıla və fəndə istinad etmək. Hər hansı bir an ehtiyatı əldən verməmək.Ağıllı əməliyyat hazırlayıb,az itki verməklə düşmənə böyük zərbə vurmaq. ƏSİR DÜŞMƏMMƏK.
İQTİSADİYYATDA BOZQURDÇULUQ.

-Bütün fəaliyyət və bacarığını millətin rifahına və firavanlığına, dövlətin qüdrətlənməsinə sərf etmək, istehsalda millətin adına layiq səviyyədə mal istehsal etməklə millətin qabiliyyətini qeyri millətlər yanında yüksəltmək. Ticarətdə milli əxlaqımıza ləkə gətirən hər hansı bir əməldən çəkinmək və bu sahədə də mənsub olduğun millətə hörmət gətirmək. Ən yüksək texnoloji avadanlıqlarla işləməyi bacarmaq, iqtisadi biliklərə yiyələnməklə digər millətlərlə rəqabətdə qələbə çalmaq.

SOSİAL SAHƏDƏ BOZQURDÇULUQ.

-Millətin inkişafına mane olan, rüşvətxorluq, bürokratizm, sosial ədalətsizliyə qarşı barışmaz olmaq, hər hansı bir insanın haqqının tapdanmağına imkan verməmək və başqasının haqqına toxunmamaq.

KÜLTÜRDƏ BOZQURDÇULUQ.

-Dilini, adət-ənənəsini, musiqisini,tarixini, şifahi və yazılı ədəbiyyatını ən yüksək səviyyədə bilmək, ondan zövq almaq , onları təbliğ etmək və sevdirmək.

Azərbaycan türklərini millət halına gətirib, onu dünya türklərinin qabaqcılına çevirəcək yeganə qüvvət yalnız Bozqurdçulardır.
1.ÜMUMİ MÜDDƏALAR.

“BOZ QURD” TÜRKLƏRİN XİLAS,AZADLIQ VƏ QURTULUŞ RƏMZİDİR,

-


    1. * Dünyəvi Bozqurd Partiyası müxtəlif ərazilərdə yaşayan,siyasi və iqtisadi cəhətdən fərqli ölkələrin sakini olan və daim genosidə, milli ayrı seçkiliyə məruz qalan,tarixi milli ənənələrinə daim təcavüz edilən türklərin mənəvi, mədəni, milli, iqtisadi və siyasi birliyinə nail olmağı, bütün türklərin azadlıq və müstəqillik qazanması, insan hüquqları ilə təmin olunması, son məqsədlə Böyük və Vahid Türk millətinin təşəkkül tapması uğrunda mübarizə aparan milliyyətçi partiyadır.

    2. * Dünyəvi Bozqurd Partiyası öz milli kültüründən uzaqlaşdırılmış, milli hisslərindən məhrum edilmiş , millətçi damğası ilə qorxudulmuş, qondarma “azərbaycanlı” milləti adı ilə milli ləyaqəti təhqir edilmiş türkləri milli birliyə çağırır.Bu məqsədlə DBP-sı cəmiyyətin siyasi həyatında ən fəal şəkildə iştirak etmək,Proqram və Nizamnaməsinə uyğun olaraq vətənin azadlığı, müstəqilliyi və millətin xoşbəxtliyi uğrunda mübarizə aparmaq əzmindədir.

    3. * Dünyəvi Bozqurd Partiyası türk millətinin mənafeyi və tərəqqisi uğrunda çalışan bütün ictimai siyasi partiya və təşkilatlarla əməkdaşlıq edir, iqtisadi və mənəvi yardım göstərir, lakin milli varlığımıza təhlükə törədən, millətimizin, torpağımızın parçalanması istiqamətində fəaliyyət göstərən təşkilat və partiyalara qarşı barışmaz mövqedə dayanır.

    4. * Kökü eramızdan min il əvvəllərə gedib çıxan milli təfəkkürümüzün milli sərvətimizə çevrilməsi və öz təbii axarına düşməsi prosesində doğma türk psixologiyamıza süni surətdə calaq edilmiş hegemon millətlərin müstəmləkəçilik siyasətinə əsaslanan qondarma ideaları, saxta adət və ənənələri dünyaya baxış,dünyanı dərk etmə,yad dildə “Olum”, yad dildə”Ölüm” fəlsəfələri milli türk idrakımıza safçürük edilməli, milli təfəkkürümüzün təmizlənməli, pozulumuş məntiqi nizamlanmalı, kainat və varlıq türklərin milli görüm və duyum prizmasından dərk edilməli, varlığımız ümumdünya türk milli siyasəti üzərində təşəkkül tapmalıdır.

    5. * Şumerlərdən bu günə qədər keçdiyimiz təkamül proseslərindəqazandığımız ən yüksək əxalqi və mənəvi dəyərləri təbii sərvət kimi qorumalı, inkişafımıza mane olub bizi cılızlaşdıran və köləliyə sürükləyən idea və inamlardan imtina olunmalıdır.

    6. * Dünyəvi Bozqurd Partiyası dinin siyasət alətinə çevrilməsini yolverilməz hesab edir, onun yalnız vicdanlardaki yüksək və müqəddəs yerini qoruyaraq insanlara əxlaqi və məni keyfiyyətlər aşılamasını ali sayır, müqəddəs kitabımız “Quran”-na yalnız səcdə etmək yox

--oxumaq

-dərk etmək

-əməl etmək mənasında yanaşmağı düzgün hesab edir.

1.7* “Türk millətindənik” dediyimiz üçün dildə,estetikada, əxlaqda, hüquqda,din həyatında və fəlsəfədə türk kültürünə, türk zövqünə və tük vicdanına görə orijinallıq və bir şəxsilik göstərməyə çalışacağıq.

1.8* Dünyəvi Bozqurd Partiyası millətçiliyi hər bir şəxsin öz millətini müqəddəs hesab edərək, ona hörmət etməsi ilə bərabər digər millətlərin də milli hislərinə hörmət bəslənilməsi mənasında qəbul edir.

1.9* Dünyəvi Bozqurd Partiyası qurtuluşu milli istiqlalda görür, milli istiqlalımızı isə türkçülüyü bir əqidə kimi qanımıza və şüurumuza hopdurmaqda öz irqimizə,öz varlığımıza, öz türklüyümüzə sahib olmaqla mümükün hesab edir.

1.10* Dünyəvi Bozqurd Partiyası ana dilini milli varlığımızın ilkin və ən başlıca şərti hesab edir, ana dilini millətin və dövlətin milli sərvətinə çevirməsi, milli mənafe duyğusunun hər bir millət üzvünün təfəkkürünə, ruhuna, mənəviyyatına hopdurulması istiqamətində fəaliyyət göstərir.

1.11* Sabitləşmə, qiymətlərin liberallaşdırılması, iqtisadi təşəbbüskarlığın qanuniləşdirilməsi inhisarsızlaşdırmanın və özünləşdirmənin sosila ədalət prinsiplərinə əsaslanmaqla cəmiyyətin bütün təbəqələrinin cəlb olunmaqla aparılması, müəssisələrin xüsusi əllərə verilməsi ilə rəqabətə şərait yaradılmasını təmin edən azad bazar iqtisadiyyatının bərqərar olunmasına çalışır.

1.12* Milli mənafei müqəddəs sayan biznesmenlərin və islahatçı demokratların müdafiə olunmasını.Dövlətin isə azad bazar iqtisadiyyatının tənzimçisinə və nizamlamaq alətinə çevrilməsini zəruri hesab edir.

1.13* Dünyəvi Bozqurd Partiyası cəmiyyətin tərəqqisini intelektual ehtiyyatların fəallaşdırılıb inkişafa gətirilməsində, fikir azadlıqlarında, biliyə, istedada, insan intelektinə hörmətdə və əməyin düzgün qiymətləndirilməsində görür.

1.14* Dünyəvi Bozqurd Partiyası mədəni və firavan həyat tərzinin, səmərəli və azad iqtisadiyyatın,mütəşəkkil və optimal istehsalın bərqərar olması üçün ictimai əməyin təşkilində milli psixologiyanın xüsusiyyətlərinin nəzərə alınmasını zəruri hesab edir.

1.15* Dünyəvi Bozqurd Partiyası müstəqil Azərbayca Demokratik Respublikasının tərəqqisini ilk növbədə Türkiyə və digər türk ölkələri ilə mənəvi, siyasi və iqtisadi əməkdaşlıqda görür.

1.16* Dünyəvi Bozqurd Partiyası Azərbaycan vətəndaşlarının irqinə, siyasi əqidəsinə, milli və ya sosial mənşəyinə,mülkiyyətinə, silki və yaxud digər vəziyyətlərinə görə fərq qoyulmaması, dövlət idarəsinə dini və şərq dünyagörüşlərincə müdaxilə etməməsi, cəmiyyətdə din və vicdan azdlığının təmini, dövlətin heç bir rəsmi dinə malik olmaması, maarifin dünyəvi, şüurlu və müasir əsaslara görə nizamlanması prinsiplərini qəbul edən, Azərbaycanın tam dövlət istiqlalına nail olmasını müqəddəs hesab edən mübarizləri öz ətrafında birləşdirən parlament tipli siyasi partiyadır.

1.17* Dünyəvi Bozqurd Partiyasının ali məqsədi Azərbaycan ərazisində yaşayan xalqların etnik və dini rəngarəngliyini nəzərə alaraq,ölkədə birlik və bərabərliyi təmin edən Dünyəvi dövlətin yaradılmasıdır.

1.18* Dünyəvi Bozqurd Partiyası dövlət formasının millətin təbiət və adətlərinə daha uyğun olan respublika idarə üsuluna əsalanan, çoxpartiyalılıq ümumi, bərabər və birbaşa seçki əsasında, hər bir Azərbaycan vətəndaşının öz iradəsini sərbəst ifadə edə bilməsini təmin edən parlamentli respublika yaradılmasını ən başlıca vəzifə hesab edir.

1.19* Dünyəvi Bozqurd Partiyası Azərbaycan Respublikasını iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilməsinə ən qısa yolla nail olmaq üçün Türkiyə və yeni müstəqillik qazanmış türk respublikaları ilə bərabər “ümumavropa evi” adlanan quruma bənzər,vahid iqtisadi məkan daxilində fəaliyyət göstərən bir qurum yaradılmasını zəruri hesab edir və bu istiqamətdə fəaliyyət göstərmək əzmindədir.

1.20* Dünyəvi Bozqurd Partiyası üzvlərinin əqidə birliyi və ərazi prinsipləri əsasında yaradılmış partiyadır, ideoloji əsas kimi qəbul etdiyi prinsiplər Türkçülük və Dünyəvilikdir.

1.21* Dünyəvi Bozqurd Partiyası öz fəaliyyətini beynəlxalq hüquq normaları, Azərbaycan Respublikası Konstitusiyası, siyasi partiyalar haqqında qanunu və bunlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktları və öz Nizamnamə və Məramnaməsi əsasında qurur.




  1. Nizamnaməsinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərir.

  2. Dünyəvi dövlətin yaradılması üçün proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasında iştirak edir

  3. Könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar,birliklər yaradaraq parlament və digər seçkili orqanlarına seçkilərdə iştirak edir.

1.22* Dünyəvi Bozqurd Partiyasının simvolu xilas, qurtuluş və azadlıq rəmzi olan”BOZQURD”dur.

DÜNYƏVİ BOZQURD PARTİYASININ

TÜRK SİYASİ LİDERLƏRƏ, NÜFUZLU ELM XADİMLƏRİNƏ, VƏ İŞ ADAMLARINA

MÜRACİƏTİ

Millətimiz faciələr burulğanında, dövlətimiz zəif,torpaqlarımız işğal altındadır.

İllərdir davam edən, nə sülh nə müharibə siyasəti, millətimizi son dərəcə ağır sarsıntılara məruz qoymuşdur.Yüzlərlə şəhid, onlarla əsir, minlərlə qaçqın olmuş millətdaşlarımızın acı taleyi Azərbaycan Türklərini bir daha məsuliyyətli olmağa çağırır.

Belə bir tarixi sınaq qarşısında Türk olan siyasi liderlərin, və nüfuzlu dövlət və elm xadimlərinin, imkanlı həmvətənlərimizin aralarına salınmış, süni intriqa və nifaq, millətimizin milli birliyiniə ağır zərbələr vurmuşdur.

Bu ziddiyətlər, konfliktlər, qarşıdurmalar, bir birinin şəxsində düşmən obrazı yaratmaq tarix boyu Azərbaycan Türklərini bir millət kimi formalaşmağına , qüdrətli bir dövlət yaratmağına imkan verməmişdir.

Siyasi partiya və təşkilatlar arasında rəqabət, iqtidar müxalifət qüvvələrinin hakkimiyyət uğrunda mübarizəsi, hakimiyyət dəyişilməsi çox vaxt qanlı faciələrə gətirib çıxarmış,ağır və üzücü müharibə aparan millətimizi fəlakətə sürükləmişdir.

Azərbaycan Dünyəvi Bozqurd Partiyası türk olan siyasilərə, elm və dövlət xadimlərini , ziyalıları, iş adamlarını sevgili millətimiz naminə kəskin qarşıdurmalardan çəkinməyə, Tarixin Azərbaycan türklərinə verdiyi, Müstəqil Azərbaycan dövlətinin mövcud olması şansından millətimizin gələcəyi naminə səmərəli istifadə etməyə çağırır.


Bakı şəhəri. 23.10.1993-cü il.

Azərbaycan Dünyəvi BOZQURD Partiyasinin sədri: Şakir Ulubəyli



Şakir Ulubəyli. Yazıçı politoloq. Tel: (+994 50) 622 30 42 bozqurd.sh@mail.ru




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin