M üəllifdən


Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı



Yüklə 4,22 Mb.
səhifə2/38
tarix02.01.2022
ölçüsü4,22 Mb.
#1787
1   2   3   4   5   6   7   8   9   ...   38
Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı.

Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə Türkiyə dövləti tərəfindən tanınmasıdır - 9 noyabr 1991-ci il.

Üçrəngli bayrağımız və dövlət müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin mavi-qırmızı-yaşıl bayrağı 1988-1989-cu illərdə Azərbaycan xalqının milli özünüdərk və Qarabağ davası üçün çıxdığı meydanda dalğalandı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (o vaxt Ali Sovet) qərarı ilə muxtar respublikanın adından «Sovet Sosialist» sözlərini götürüldü, Azərbaycanın sovet bayrağından imtina edildi və üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olundu. Azərbaycan Ali Sovetinə bayraqla bağlı müraciət edildi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq üçrəncli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

Heç təsadüfi deyildi ki, Azərbaycanın ikinci dəfə elan etdiyi müstəqilliyini də hamıdan öncə məhz Türkiyə Cümhuriyyəti tanıdı.

1991-ci il noyabrın 9-da Türkiyə hökumətinin iclasında Azərbaycanın müstəqilliyinin tanınması barədə qərar qəbul olundu.

O vaxt Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən (18 oktyabr) 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, bu müstəqilliyə ilk dəstəyin Türkiyədən gələcəyini gözləyirdi.

Beləcə noyabrın 9-u Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycanın baş naziri Həsən Həsənova zəng edərək bu xəbəri ona çatdırdı. Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.

Qeyd etmək lazımdır ki, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanınması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, o vaxt hələ SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.

Hətta ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin "tələsik" addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.

Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da MDB məkanında (Baltikyanı ölkələri çıxmaqla) birinci olaraq məhz Azərbaycan xarici dövlət tərəfindən tanındı.

Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Bu faktın gerçəkləşməsi də həmin dövrdə Türkiyə dövlətinin apardığı çevik diplomatiyanın nəticəsi idi.

Türkiyə hökuməti Azərbaycanla diplomatik münasibətlər barədə prinsipial qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt qonşu İran birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı İrana verə bilməzdi.




Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, BMT, Avropa Şurası, NATO və s. formatlarda Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə məhz qardaş Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Həmçinin Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin