“Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
«Təsdiq edirəm»
MAA-nın Tədris işləri üzrə prorektoru
_______________ Ə.S. Səmədov
«_______»_____________2014-cü il
İXTİSAS: “050627 - Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”
İxtisaslaşma : “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı”
RADİOELEKTRONİKA VƏ RADİOELEKTRON
QURĞULAR ÜZRƏ TƏCRÜBƏ
PROQRAMI
Kurs II
Semestr IV (laboratoriya təcrübəsi)
BAKI - 2014
Proqram Azərbaycan Respublikası hava gəmiləri istismarçıları və hava gəmilərinə texniki xidmət göstərən müəssisələri tərəfindən Part-M, Part-145, Part- 147, Part-66 qaydalarına 01.10.2012 –ci il tarixinə kimi tam uyğunlaşdırılması barəsində “Hava gəmilərinin, aviasiya hissələrinin, komponentlərinin və avadanlığının davamlı uçuşa yararlılığının saxlanılması və bu vəzifələrə cəlb olunan kadr və təşkilatların təstiq edilməsi” sənədinin qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının 27 aprel 2012-ci il tarixli 10/1 saylı əmrinə və MAA-nın Elmi Şurasının 09 iyun 2011-ci il tarixli 101 saylı iclasının qərarına və qüvvədə olan tədris planına uyğun hazırlanmışdır.
Təcrübə proqramını tərtib edənlər:
“Radioelektronika” kafedrasının professoru, t.e.d., _____________ A.R. Həsənov
Proqram “Radioelektronika” kafedrasının iclasında müzakirə və təsdiq olunmuşdur:
(“____”____________2014 cü il tarixli iclas “_______” №-li protokol)
Kafedra müdiri t.e.d., prof. _____________ A.R. Həsənov
Təcrübə proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____” ____________ 2014 - cü il tarixli iclas “_______” №-li protokol):
Dekan, t.e.n., dos. ___________________ T.İ. Kərimli
Təcrübə proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir
( “____” ____________ 2014 - cü il tarixli iclas “____” №-li protokol):
Sədr, tədris işləri üzrə prorektor, t.e.d., prof. _________________ Ə.S. Səmədov
1. Təcrübənin məqsədi və vəzifələri
Radioelektronika və radioelektron qurğular üzrə təcrübə tədris prosesinin tərkib hissəsi olaraq iki mərhələdə aparılır. Birinci mərhələdə təcrübənin məqsədi radioelektron ölçmə işlərinin əsas növləri üzrə təcrübəvi vərdişlər və biliklərin tələbələr tərəfindən mənimsənilməsi; tələbələrin tədqiqat işlərinə uyğunlaşması; radioelektron komponentlərin tanınması və seçilmiş sxemə uyğunlaşdırılması; struktur və eprinsipial sxemləri oxunması; siqnalların parametr və xarakteristikalarının zaman və tezlik oblastlarında ölçülməsi; ölçmələr vasitəsi ilə konkret qurğuların parametr və xarakteristikalarının təyini; qoyulmuş məsələnin həlli üçün avadanlığın seçilməsi vərdişləri.
İkinci mərhələdə konkret radioelektron sxemin işlənməsi, onun montajı və köklənməsi həyata keçirilir.
İlkin peşə vərdişlərinin məminsənilməsi üçün radioelektronika və radioelektron qurğular üzrə təcrübənin aşağıdakı vəzifələri vardır:
- tələbələri ixtisas üzrə fənlərin (“Elektronikanın əsasları”, “Analoq və diskret sxemotexnikası”, “Siqnallar və sistemlər”, “Radioverici, radioqəbuledici və antena qurğuları” və s. ) dərin məqsədyönlü tədqiqinə hazırlanması;
- tələbələrdə radioelektron ölçmələrin aparılması üzrə vərdiş və bacarıqların formalaşdırılması;
- təcrübənin nəzəri təlimlə əlaqəsini təmin edilməsi.
Təcrübələrin “Radioelektronika” kafedrasının laboratoriya və emalatxanalarında keçirilməsi nəzərdə tutulmuşdur.
2.Təcrübənin məzmunu
Təcrübənin iki mərhələdə 90 saat miqdarında IV semestrdə keçirilməsi nəzərdə tutulmuşdur.
Bölmə 1. Ölçü cihazları və avadanlıqları ilə təcrübələr, 40 saat.
Bölmə 2. Radioelektron sxemlərin montajı və köklənməsi, 44 saat.
Tərübə hesabatının hazırlanması, 6 saat.
3. Radioelektronika və radioelektron qurğular üzrə təcrübənin proqramı
Bölmələrin adları və məşğələlərin mövzusu
|
Saatların miqdarı
|
Ümumi
|
Nəzəri
|
Məşğələ
|
Bölmə 1. Ölçü cihazları və avadanlıqları ilə təcrübələr
|
40
|
14
|
26
|
1.1. Ümumi təlimatlar. Təhlükəsizlik texnikası və istehsalat sanitariyası və gigiyenası qaydaları. Yanğından mühafizə tədbirləri. Radioelektron ölçmələrin xarakterik xüsusiyyətləri. Elektrik dövrələrində cərəyanın, gərginliyin və gücün ölçülməsi. Siqnalların zaman və tezlik oblastlarında tədqiqi.
|
6
|
2
|
4
|
1.2. Elektroölçmə cihazları və vasitələri. Müqavimətin, cərəyanın, gərginliyin və gücün ölçülməsi üçün texniki vasitələr və onlarla təcrübələrin qoyulması.
|
6
|
2
|
4
|
1.3. Radioelektron komponentlər və onların parametrlərinin ölçülməsi. Yarımkeçirici diod, bipolyar və unipolyar tranzistorlarla iş.
|
6
|
2
|
4
|
1.4. Rəqs generatorları. Harmonik və impuls rəqs generatorları.
|
4
|
2
|
2
|
1.5. Osilloqraf. Harmonik və impuls siqnallarının zaman oblastında tədqiqi.
|
8
|
2
|
6
|
1.6. Tezlik ölçən.
|
4
|
2
|
2
|
1.7. Spektroanalizator. Harmonik və impuls siqnallarının zaman oblastında tədqiqi.
|
6
|
2
|
4
|
Bölmə 2. Radioelektron sxemlərin montajı və köklənməsi
|
44
|
14
|
30
|
Radioelektronika və radioelektron qurğular üzrə təcrübənin hesabatı.
|
Hesabat – konkret ölçü cihazlarını və vasitələrini, hər bir tələbənin özü tərəfindən yerinə yetirilmiş işləri də nəzərə almaqla 12-16 səhifədən ibarət olmalıdır.
|
6
|
|
6
|
Dostları ilə paylaş: |