Maa-nın Tədris işləri üzrə prorektoru



Yüklə 32,65 Kb.
tarix23.02.2017
ölçüsü32,65 Kb.
#9414


Azərbaycan Hava Yolları”

Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

«Təsdiq edirəm»


MAA-nın Tədris işləri üzrə prorektoru

_______________ Ə.S. Səmədov

«_______»_____________2014-cü il


İXTİSAS: “050627 - Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”

İxtisaslaşma : “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı

RADİOELEKTRONİKA VƏ RADİO­ELEK­TRON

QURĞULAR ÜZRƏ TƏCRÜBƏ

PROQRAMI
Kurs II

Semestr IV (laboratoriya təcrübəsi)

BAKI - 2014
Proqram Azərbaycan Respublikası hava gəmiləri istismarçıları və hava gəmilərinə texniki xidmət göstərən müəssisələri tərəfindən Part-M, Part-145, Part- 147, Part-66 qaydalarına 01.10.2012 –ci il tarixinə kimi tam uyğunlaşdırılması barəsində “Hava gəmilərinin, aviasiya hissələrinin, komponentlərinin və avadanlığının davamlı uçuşa yararlılığının saxlanılması və bu vəzifələrə cəlb olunan kadr və təşkilatların təstiq edilməsi” sənədinin qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının 27 aprel 2012-ci il tarixli 10/1 saylı əmrinə və MAA-nın Elmi Şurasının 09 iyun 2011-ci il tarixli 101 saylı iclasının qərarına və qüvvədə olan tədris planına uyğun hazırlanmışdır.

Təcrübə proqramını tərtib edənlər:

“Radioelektronika” kafedrasının professoru, t.e.d., _____________ A.R. Həsənov

Proqram “Radioelektronika” kafedrasının iclasında müzakirə və təsdiq olunmuşdur:


(“____”____________2014 cü il tarixli iclas “_______” №-li protokol)

Kafedra müdiri t.e.d., prof. _____________ A.R. Həsənov

Təcrübə proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____” ____________ 2014 - cü il tarixli iclas “_______” №-li protokol):

Dekan, t.e.n., dos. ___________________ T.İ. Kərimli

Təcrübə proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir
( “____” ____________ 2014 - cü il tarixli iclas “____” №-li protokol):
Sədr, tədris işləri üzrə prorektor, t.e.d., prof. _________________ Ə.S. Səmədov

1. Təcrübənin məqsədi və vəzifələri
Radioelektronika və radio­elek­tron qurğular üzrə təcrübə tədris prosesinin tərkib hissəsi olaraq iki mərhələdə aparılır. Birinci mərhələdə təcrübənin məqsədi radioelektron ölçmə işlərinin əsas növləri üzrə təcrübəvi vərdişlər və biliklərin tələbələr tərəfindən mənimsənilməsi; tələbələrin tədqiqat işlərinə uyğunlaşması; radioelektron komponentlərin tanınması və seçilmiş sxemə uyğunlaşdırılması; struktur və eprinsipial sxemləri oxunması; siqnalların parametr və xarakte­ris­ti­ka­la­rının zaman və tezlik oblastlarında ölçülməsi; ölçmələr vasitəsi ilə konkret qurğuların parametr və xarakteristikalarının təyini; qoyulmuş məsələnin həlli üçün avadanlığın seçilməsi vərdişləri.

İkinci mərhələdə konkret radioelektron sxemin işlənməsi, onun montajı və köklənməsi həyata keçirilir.

İlkin peşə vərdişlərinin məminsənilməsi üçün radioelektronika və radio­elek­tron qurğular üzrə təcrübənin aşağıdakı vəzifələri vardır:

- tələbələri ixtisas üzrə fənlərin (“Elektronikanın əsasları”, “Analoq və diskret sxemotexnikası”, “Siqnallar və sistemlər”, “Radioverici, radioqəbuledici və antena qurğuları” və s. ) dərin məqsədyönlü tədqiqinə hazırlanması;

- tələbələrdə radioelektron ölçmələrin aparılması üzrə vərdiş və bacarıqların formalaşdırılması;

- təcrübənin nəzəri təlimlə əlaqəsini təmin edilməsi.

Təcrübələrin “Radioelektronika” kafedrasının laboratoriya və emalatxana­larında keçirilməsi nəzərdə tutulmuşdur.

2.Təcrübənin məzmunu

Təcrübənin iki mərhələdə 90 saat miqdarında IV semestrdə keçirilməsi nəzərdə tutulmuşdur.



Bölmə 1. Ölçü cihazları və avadanlıqları ilə təcrübələr, 40 saat.

Bölmə 2. Radioelektron sxemlərin montajı və köklənməsi, 44 saat.

Tərübə hesabatının hazırlanması, 6 saat.


3. Radioelektronika və radio­elek­tron qurğular üzrə təcrübənin proqramı





Bölmələrin adları və məşğələlərin mövzusu

Saatların miqdarı

Ümumi

Nəzəri

Məşğələ

Bölmə 1. Ölçü cihazları və avadanlıqları ilə təcrübələr

40

14

26

1.1. Ümumi təlimatlar. Təhlükəsizlik texnikası və istehsalat sanitariyası və gigiyenası qaydaları. Yan­ğından mühafizə tədbirləri. Radioelektron ölçmələrin xarakterik xüsusiyyətləri. Elektrik dövrələrində cərə­yanın, gərginliyin və gücün ölçülməsi. Siqnalların zaman və tezlik oblastlarında tədqiqi.

6

2

4

1.2. Elektroölçmə cihazları və vasitələri. Müqavi­mətin, cərəyanın, gərginliyin və gücün ölçülməsi üçün texniki vasitələr və onlarla təcrübələrin qoyul­ması.

6

2

4

1.3. Radioelektron komponentlər və onların para­metrlərinin ölçülməsi. Yarımkeçirici diod, bipolyar və unipolyar tranzistorlarla iş.

6

2

4

1.4. Rəqs generatorları. Harmonik və impuls rəqs generatorları.

4

2

2

1.5. Osilloqraf. Harmonik və impuls siqnallarının zaman oblastında tədqiqi.

8

2

6

1.6. Tezlik ölçən.

4

2

2

1.7. Spektroanalizator. Harmonik və impuls siqnal­larının zaman oblastında tədqiqi.

6

2

4

Bölmə 2. Radioelektron sxemlərin montajı və köklənməsi

44

14

30

Radioelektronika və radio­elek­tron qurğular üzrə təcrübənin hesabatı.

Hesabat – konkret ölçü cihazlarını və vasitələrini, hər bir tələbənin özü tərəfindən yerinə yetirilmiş işləri də nəzərə almaqla 12-16 səhifədən ibarət olmalıdır.

6




6




Yüklə 32,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin