Magistr, Müəllim, Dövlət Qulluqçusu ol tel & wp : 70 611 33 01 ms excel 2019 CƏDVƏl prosessoru


Elektron cədvəllərdə ünvanlar iki cür olur



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix30.04.2023
ölçüsü0,78 Mb.
#105034
1   2   3   4   5   6   7   8   9   ...   17
MS Excel 2019

 
Elektron cədvəllərdə ünvanlar iki cür olur:
1) nisbi ünvan 
2) mütləq ünvan 
3) qarışıq ünvan 
Nisbi ünvanda xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur 
dəyişir. Məsələn C3 xanasına daxil edilmiş =A2+B1 düsturunu D4 xanasına köçürsək, C3-dən D4-ə sütun (C-dən D-yə) və 
sətir (3-dən 4-ə) bir vahid artdığı üçün düsturumuz =A2+B1-dən =B3+C2-yə dəyişəcək.
Mütləq ünvanda isə xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin 
düstur dəyişməz qalır. Mütləq ünvan $(dollar) işarəsi ilə göstərilir. Dollar işarəsi nəyin qarşısındadırsa, həmin vahid düstur 
köçürüləndə dəyişmir, Məsələn: $C$7.
Qarışıq ünvan $D4, A$2 formasında olur. Sütunu sabit olan qarışıq ünvan $D4, sətiri sabit olan qarışıq ünvan A$2 
şəklində olur. 
• Mütləq ünvandan nisbi ünvana keçdikdə F4 funksiyanal düyməsindən istifadə olunur. 
• Xananın içindəki məlumatları redaktə etmək üçün F2 funksiyanal düyməsindən istifadə olunur.
• Xananı seçmək üçün sadəcə üzərinə klik etmək kifayətdir. 
• Xananın üzərinə iki dəfə klik etdikdə kursor klik edildiyi yerdən xananın içinə daxil olur.
• Xananın üzərinə bir dəfə klik edib məlumat daxil edilərsə, ilk məlumat silinib yerinə yeni məlumat daxil olur. 
Cədvəldə bir neçə ardıcıl xananın seçilməsi mümkündür. Ardıcıl xanaların 
aralığına diapazon deyilir. Aşağıdakı şəkildə A1-dən C4-dək olan seçilmiş xanaların 
ardıcıllığı təsvir olunmuşdur. Həmin diapazon A1:C4 (: iki nöqtə ilə) yazılaraq təsvir 
olunur və öz daxilində bu aralıqda olan bütün xanaları birləşdirir. Şəkildə də göründüyü 
kimi seçilmiş xanaların sayı 12-dir. Verilmiş diapazonda olan xanaların sayını tapmaq 
üçün düzbucaqlının sahəsini hesabladığımız kimi sətir sayını sütun sayına vurmaq 
kifayətdir. 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin