Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə



Yüklə 10,62 Kb.
tarix28.11.2016
ölçüsü10,62 Kb.
#327
Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və

müdafiəsi üçün

YADDAŞ QEYDİ

Birinci tədris ili üzrə:

  1. 15 sentyabr – 01 oktyabr – İxtisas kafedraları tərəfindən magistrantlara tövsiyyə olunan dissertasiya mövzuları və mövzular üzrə müvafiq olaraq onlara rəhbərlik edəcək mütəxəssislər müəyyənləşdirilərək mövzu və rəhbər seçimi üçün magistrantlara təqdim olunmalıdır.

  2. 02 oktyabr – 15 oktyabr – Magistrantlar seçdikləri mövzu və rəhbəri kafedraya ərizə ilə bildirməlidirlər. Magistrantlara aktuallığı əsaslandırmaq şərti ilə tövsiyyə olunan mövzulardan kənar bir mövzu seçmək imkanı da verilir.

  3. 16 oktyabr – 15 noyabr – Magistrantlar üzrə mövzu və elmi rəhbərlər (ehtiyac yarandıqda həmçinin məsləhətçilər) müəyyənləşdirilir, kafedranın iclasında müzakirə olunur və Magistratura Mərkəzinə müvafiq təqdimat hazırlanır.

  4. 16 noyabr – 15 dekabr – Mərkəzin Elmi Şurasında magistrantların dissertasiya mövzusu, elmi rəhbəri və ehtiyac yarandıqda məsləhətçisi müzakirə olunur və təsdiqlənir və magistrantlara elan olunur.

  5. 16 dekabr – 28 dekabr – Magistrantlar fərdi iş planlarını hazırlayaraq elmi rəhbər tərəfindən təsdiqlənmiş formada kafedraya təqdim edirlər.

  6. 29 dekabr – 01 mart – Magistrantların dissertasiya planı təsdiqlənir və dissertasiya işinin yetirilməsinə başlanılır.

  7. 01 may – 01 iyun – Magistrantlar fərdi iş planına müvafiq gördükləri işlər barəsində kafedrada hesabat verirlər.

İkinci tədris ili üzrə:

  1. 15 sentyabr – 15 oktyabr – Kafedrada magistrantların dissertasiya işinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı hesabatı dinlənilir və ayrı ayrı magistrantlar üzrə işlərin hazırlıq səviyyəsi ilə bağlı hesabat hazırlanır.

  2. 15 oktyabr – 15 noyabr – Magistrantlar dissertasiya işinin ilkin variantını tamamladıqdan sonra elmi rəhbərə təqdim edirlər.

  3. 15 noyabr – 15 dekabr – İşin ilkin variantı ilə bağlı iradlar müvafiq qeydlər edilərək elmi rəhbər tərəfindən magistranta təhvil verilir.

  4. 15 dekabr – 15 fevral – Magistrantlar dissertasiya işini elmi rəhbərin iradlarını nəzərə almaqla tamamlayaraq elmi rəhbərə təqdim edirlər.

  5. 15 fevral – 01 mart – Elmi rəhbər dissertasiya işini yoxladıqdan sonra dissertasiya ilə bağlı yazdığı rəylə birlikdə ilkin müzakirə üçün kafedraya təqdim edir.

  6. 01 mart – 31 mart – Kafedra tərəfindən ilkin müzakirələr təşkil olunur. İlkin müzakirədə müdafiəyə buraxılan magistrantlar müəyyənləşdirilir, digərlərinə isə müvafiq iradlar yazılı şəkildə bildirilərək magistrantlara nöqsanları aradan qaldırmaq üçün 15 gün (15 aprelə qədər) vaxt verilir.

  7. 15 aprel – 30 aprel – Kafedra tərəfindən dissertasiya işlərinin ilkin müzakirələri tamamlanır və yekun rəylə birlikdə mərkəz direktoruna təqdim olunur.

  8. 01 may – 07 may – Direktor tərəfindən müdafiəyə buraxılmağa razılıqla bağlı Dissertasiyanın birinci səhifəsində müvafiq qeydlər edildikdən sonra materiallar kafedralara qaytarılır.

  9. 07 may – 10 may – Müdafiəyə buraxılmış magistr dissertasiyaları rəsmi rəyçilərə göndərilir.

  10. 11 may – 21 may – Rəyçilər tərəfindən dissertasiya işi ilə bağlı rəylər hazırlanaraq kafedraya təqdim olunur.

  11. 22 may – 27 may – Magistrant tərəfindən müdafiə ilə bağlı müvafiq sənədlər Dissertasiya Şurasına təqdim edilir.

  12. 01 iyun – 30 iyun – Magistr dissertasiyalarının müdafiəsi təşkil olunur.

  13. 01 iyul – 30 iyul – Dissertasiya Şurası tərəfindən müdafiə prosesinin nəticələri ilə bağlı hesabat hazırlanır.

Yüklə 10,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin