Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

III FƏSİL. TƏCRÜBİ HİSSƏ 
3.1. YUYUCU VASİTƏLƏRİN NÜMUNƏLƏRİNİN 
ARAŞDIRILMASI VƏ EKSPERTİZASI 
Məişət kimya mallarının tədqiqi zamanı misal olaraq, həm Sumqayıt şəhər 
istehsal birliyində “Alev” adı altında istehsal olunan sintetik yuyucu vasitələr, həm 
də “Faberlic” şirkətinin istehsal etdiyi sintetik yuyucu vasitələrigötürmüşük. 
Bildiyimiz kimi sintetik yuyucu vasitələr faydalı əlavələrdən və sethi aktiv 
olan maddelerden əmələ gəlir. Müxtəlif olan faydalı əlavələrin yuyucu vasitələrin 
istehlak xassələrinə etdiyi təsir mexanizmi bu tədqiqat işində tədqiq edilmişdir. 
Mürəkkəb fosfatların mədəni məişət malı olan sintetik yuyucu vasitələrin 
xassələrinə etdiyi təsir də tədqiq edilmişdir. Məlumdur ki, fosfatlar suda olan 
codluğu qismən aradan qaldırır, bu da yuyulma qabiliyyətinə müsbət təsir göstərir. 
Sintetik yuyucu vasitələrin istehlak xassələrinə fosfatların etdiyi təsiri tədqiq 
olunarkən, aşağıdakı nəticə əldə olunmuşdur: qələvi metallarla fosfatlar birləşir və 
kompleks birləşmə əmələ gətirir ki, nəticə olaraq, yuma prosesi zamanı aktiv 
maddələrdən istifadə olunur. Bildirdiyimiz kimi fosfatlar yuma prosesi zamanı
suyu yumşaldır, həmçinin pH mühitinin də təmizləməsi sayəsində yuyucu 
vasitənin yuma qabiliyyəti artır. 
Cədvəl 12. 
Fosfatlar 
Ca 
2+ 
Md 
2+ 
Fe 
2+ 
Tetra natrili rofosfat 
4,6 – 4,7 
8,0 – 8,3 
0,274 
Heksameta fisfat natrium 
18 – 19,5 
2,0 – 2,9 
0,032 
Tetra natri fosfat 
17 – 18,5 
3,0 – 3,8 
0,093 
Pentanatrio fosfat 
13,5 
6,0 – 6,4 
0,185 
Həmçinin tədqiqatımız zamanı müəyyən etmişik ki, tərkibində kalsium 
duzunun miqdarı artdıqca yuyucu vasitələrin yuma qabiliyyəti daha da yaxşılaşır.
Sintetik yuyucu vasitələrin tədqiqi zamanı ekspertlərdən ibarət yeddi nəfərlik 
komissiya yaradılmışdır. Seçilmiş komissiya üzvləri sintetik yuyucu vasitələrin 


42 
keyfiyyətini, istehlak xassələrini dərindən öyrənmiş, tədqiq etmiş mütəxəssislərdir.
Mütəxəssislər yuyucu vasitələrə verilən faktiki orta qiyməti, samballılıq əmsalını, 
qiymət şkalasını, istehlak xassələrini nümunə üçün götürülmüş yuyucu vasitələrdə 
təyin eləmişlər: 
Kompleks halda sintetik yuyucu vasitələri qruplaşdırmalı olsaq, onları 
erqonomik, gigiyenik, estetik, funksional, sosial iqtisadi, estetik və sairə xassələrə 
bölmək olar. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin