Dünyada baş verən güclü inkişaı prosesi, bu inkişafın əsasını təşkil edən
genişlənməsi yeni-yeni elm sahələrinin yaranmasına və sürətli inkişaf yoluna çıx-
masına səbəb olur. Elmin özünüinkişafı təmin etməsi və bəşəriyyətin həm təhlükə-
sizliyinə, həm də tərəqqisinə təminat verməsi bu gün xüsusi aktuallıq kəsb edir. Bu
vəzifə həyat haqqında elm sahəsində, humanitar sahədə aparılan tədqiqatların apa-
rıcı qüvvəsi olan və sosial, hüquqi, etik aspektləri tənzimləyərək yuxarıda göstəri-
20
lən iki müddəaya riayət olunmasına istiqamətlənən bioetikanın üzərinə düşür.
Bioetika elmin yeni sahəsi olan həyat haqqında elm istiqamətlərinə, humanitar
elmlərə aid olmaqla, bu sahədə aparılan araşdırmaların sosial, hüquqi, etik və tibbi
aspektlərini daim diqqət mərkəzində saxlamalıdır.
«Bioetika» termini (yunan. «bio» - həyat, «ethos» - əxlaq) «həyatın etikası,
əxlaqi» kimi tərcümə edilə bilər. Bu termin ilk dəfə 1969-cu ildə amerikalı biokim-
yaçı-həkim Van Renssler Potter tərəfindən «Bioetika: gələcəyə körpü» kitabında
müasir dünyada bəşəriyyətin yaşamasına potensial təhlükə ilə bağlı etik problem-
ləri ifadə etmək üçün işlədilib. Müəllif sürətlə inkişaf edən elmi-texniki tərəqqinin
dəyərlərə lazımi diqqət yetirməməsi faktını vurğulamışdır. Əsas ideya ondan ibarət
idi ki, Yer üzərində həyatın qorunması probleminin həlli üçün humanitar və bioloji
elmlər öz səylərini birləşdirməlidir. Bir müddət sonra bioetika ekoloji problemləri
də ehtiva edərək elmi faktları, tərəqqini dəyərlərlə birləşdirməyə çağırdı. İnsan
fəaliyyətinin ətraf mühitə, ekologiyaya, biosferə göstərdiyi təsirin öyrənilməsi, öz
fəaliyyətin hüquqi və etik normalarının tənzimlənməsi ekobioetikanın əsasını təşkil
etdi. Beləliklə, ekobioetika – bioetikanın ekoloji aspektlərini, insan və ətraf
mühitin qarşılıqlı təsirlərini öyrənən elm sahəsidir. Ekobioetika termini bütün
dünyada hələ qəbul edilməsə də, bir çox regionlarda artıq geniş istifadə edilir
(məsələn, Latın Amerikası ölkələrində: Braziliya, Argentina Ekvador,həmçinin
Avstraliya və s.). Ekoloji sağlamlıq, ekoloji hüquq, ekoloji etika ekobietika ilə sıx
əlaqəli olub onun tərkib hissələri kimi də baxıla bilər (7).
Bioetik problemlərin bəşəriyyətin gələcəyi üçün böyük akutallığını nəzərə
alaraq YUNESKO 1993-cü ildə bioetikaya dair xüsusi bir proqram hazırladı, 2002-
ci ildən isə bioetikanı öz işində əsas prioritet istiqamətlərdən birinə çevirdi.
YUNESKO bəşəriyyətin etik və mənəvi həmrəyliyi olmadan sülhün əldə edilməsi-
nin mümkünsüzlüyünü irəli sürərək bütün ölkələri bioetika məsələləri üzrə beynəl-
xalq və mədəniyyətlərarası müzakirələrə cəlb etməyi qarşısında məqsəd qoydu.
2005-ci il oktyabrın 19-da YUNESKO-nun Baş Konfransı 33-cü sessiyasında
«Bioetika və İnsan Hüquqları» Ümumi Bəyannaməsini qəbul etdi. Bu sənəd dün-
21
yanın bütün regionlarını təmsil edən müstəqil və hökümət ekspertlərinin iştirakı ilə
işlənildikdən və intensiv məsləhətləşmələrdən sonra YUNESKO-ya daxil olan 191
dövlətin razılaşdığı bioetik prinsiplərdən ibarətdir. Bioetikanın 15 prinsip külliy-
yatı elə bir qlobal platforma yaradır ki, bioetika hər bir dövlətdə yaranıb möhkəm-
lənə bilsin.
Burada 15 əsas bioetik prinsip kimi aşağıdakılar göstərilib:
Dostları ilə paylaş: